IV Səadət Gəray

IV Səadət Gəray (16621732, Bolqarıstan) — XXXIV Krım xanı.[1]

IV Səadət Gəray
1717 – 1724
ƏvvəlkiIII Dövlət Gəray
SonrakıII Məngli Gəray
Şəxsi məlumatlar
Doğum tarixi 1662
Vəfat tarixi 1732
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti suveren[d]
Atası I Səlim Gəray
Uşağı
Ailəsi Gəraylar
Dini sünni islam

Krım xanı I Səlim Gərayın oğludur. 1692-ci ildə Perekop qalasının idarəsiylə vəzifələndirildi. Atasının taxtdan çəkilməsinin ardından qardaşı II Dövlət Gəray xan, Səadət isə nurəddin təyin edildi (16 fevral 1699). Ancaq həmin ilin sonunda böyük qardaşı Şahbaz Gəray vəfat etmiş, bu səbəblə Səadət Gəray kalqay ünvanı almışdır. II Dövlət Gərayın ikinci səltənəti dönəmində də kalqay olan Səadət Gəray 1717-ci ildə Osmanlı sultanı Sultan Əhmədin əmriylə Krım xanlığına təyin edildi. Qardaşı Səfanı nurəddin, I Səlamət sülaləsindən olan İnayət Gərayı isə kalqay təyin etdi.

Osmanlıların Avstriya cəbhəsinə göndərilən Səadət Gəray çox keçmədən sülhün bərpa edilməsiylə Krıma qayıtdı. Ancaq mərkəzdə yerli əsilzadələr ona qarşı ayaqlanmışdı. Başlayacaq yeni taxt mübarizəsində qan tökülməməsi səbəbilə Səadət Gəray 1724-cü ildə öz istəyilə taxtdan endirildi. Qalan illərini Yanboluda keçirən Səadət Gəray 1732-ci ildə burada vəfat etdi.

  • Oleksa Gaivoronsky «Повелители двух материков», Kiev-Bakhchisarai, 2007, ISBN 978-966-96917-1-2
  1. Henry Hoyle Howorth, History of the Mongols, 1880, part 2, p 479