Plantagenetlər

Plantagenetlər (fr. Plantagenêt, ing. Plantagenets /plænˈtæənɪt/) — XII–XV əsrlərdə İngiltərədə hökmranlıq edən fransız mənşəli kral sülaləsi. Müasir tarixçilər Plantagenet adını dörd fərqli kral evinə bölürlər: Anju ölkəsində hökmranlıq etmiş anvecinlər, 1154-cü ildə hakimiyyətə Matildanın oğlu və Anju qrafı V Joffrua Plantagenetin hakimiyyətə gəlməsi ilə İngiltərədə hökmranlığa başlayan plantagenetlər və plantagenetlərin iki kadet budağı olan lankasterləryorklar. Plantagenetlər İngiltərə taxt-tacında 1154-cü ildən III Riçardın döyüş zamanı VII Henri tərəfindən öldürülməsinə, 1485-ci ilə qədər hakimiyyətdə olmuşdurlar.

Plantagenetlər
Plantagenêt
Plantagenets
Banisi V Joffrua Plantagenet
Sonuncu hökmdar III Riçard
Əsası qoyulub 1154
Soyun kəsilməsi 1485
Milliyyət fransız
Titullar
Kral sülaləsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Plantagenetlərin hakimiyyəti altında İngiltərə yenidən quruldu. Plantagenet kralları Magna Carta imzalayaraq, kompromis və danışıqlar apardılar. Onlar maliyyə və hərbi dayaq vasitəsilə kral hakimiyyətini məhdudlaşdırdılar. Kral təkcə ölkədə ən nüfuzlu adam olmadı, həm də məhkəmə, feodal vergiləri və hərbi hakimiyyəti öz əlində cəmləşdirdi. İndi o, məkhəmə, hüquq və dövlət vəzifələrinə adamları özü təyin edirdi. Milli müxtəliflik nəticəsində fransızlar, şotlandlar, uelslilər və irlandlar arasında formalaşan münaqişə ingilis dilinin əsas dil olmasına zəmin yaratdı.

XV əsrdə İngiltərə Yüzillik müharibədə məğlub oldu və sosial, siyasi və iqtisadi problemlərlə qarşılaşdı. Bu da, çoxsaylı xalq üsyan və çıxışlarına gətirib çıxardı. Xüsusi qoşun toplamış ingilis zadəganları VI Henriyə xüsusi nifrət bəsləyir və onunla açıq düşmənçilik aparırdılar.

Plantagenetlərin iki kadet budağı olan lankasterlər və yorklar arasında 30 il davam edən Al qızılgül və ağ qızılgül müharibələri 1485-ci ildə Bosurt döyüşündə öz kulminasiyasına çatdı. Döyüş nəticəsində III Riçard öldürüldü, Henri Tüdor qalib gəldi və VII Henri adı ilə özünü İngiltərə kralı elan etdi. Bununla da, İngiltərədə Tüdorlar sülaləsi hakimiyyətə gəldi, Plantagenetlərin hakimiyyəti başa çatdı.

Ancient depiction of the first Plantagenet King Henry the 2nd of England
II Henri (1154–1189) İngiltərənin ilk plantagenet kralı hesab edilir.

3-cü York hersoqu Riçard Plantagenet adını XV əsrdə öz ailəsinin adı kimi götürmüşdür. Plantegenetlər (və ya Plant Genetlər) XII əsrdə onun əcdadı Anju qrafı və Normandiya hersoqu Joffruanın ləqəbi olmuşdur. Bir çox məşhur nəzəriyyələr təklif edirlər ki, planta genista orta əsr latın dilində nəfəsotu bitkisinin ləqəbi olmuşdur[1]. Al qızılgül və ağ qızılgül müharibələri zamanı Riçardın seçdiyi xüsusi ad məlum olmasa da, onun Joffrua nəslindən olması məlumdur. Joffruanın bütün kişi nəslindən olanlar üçün retrospektiv istifadəsi sonradan Tüdorlar sülaləsi dövründə populyar olub, bəlkə də Riçardın nəvəsi VIII Henriyə verdiyi daha da legitimliyi ilə dəstəkləndi[2]. XVII əsrin sonlarında tarixçilər arasında bu ad ümumi istifadə olunmuşdur.

Sülalənin hakimiyyətə gəlməsi

[redaktə | mənbəni redaktə et]

I Vilhelmin kiçik oğlu I Henri (1100–1135) mərkəzi hakimiyyəti möhkəmləndirmək siyasətini davam etdirir: kral hakimiyyətini, yustisariləri, kansleri, xəzinədarı və digər ali vəzifəli şəxsləri özündə birləşdirən kral şurası (kuriyası) böyük rol oynamağa başlayır[3]. Xüsusi hakimlər təşkil olunur ki, onlar ölkəni gəzərək məhkəmələrin, vergi idarələrinin işinə nəzarət edirlər.

Artıq I Henrinin dövründə kral kuriyasının daxilində xəzinədarlıq – "Şahmat lövhəsi palatası" (ing. Exchequer; Palatadakı stolların üstü uzununa çəkilmiş xəttlərlə bir neçə zolağa bölünmüşdü. Pul qablarını müəyyən qayda ilə həmin zolaqların üstünə düzür, yerlərini dəyişdirirdilər ki, bu da şahmat oyununu xatırladırdı)[4][5] ayrılır və bu idarə şeriflərin maliyyə fəaliyyətini yoxlayır.

Mərkəzləşmənin bütün uğurlarına baxmayaraq, İngiltərədə ən iri maqnatlar krala qarşı çıxış etməkdən çəkinmirdilər. I Henrinin ölmündən (1135) sonra əsl feodal pərakəndəliyi baş verir. Kralın oğlu olmadığı üçün, onun qızı – Anju qrafı Joffrua Plantagenetin arvadı Matilda və bacısı oğlu, fransız feodalı Stefan qraf Blua hakimiyyətə iddia edirlər.

Hakimiyyət uğrunda mübarizədən istifadə edən feodallar ölkəni talan edir və mərkəzi hakimiyyətin nəzarəti altından çıxırlar. Feodal anarxiyasına yalnız 1153-cü ildə son qoyulur, həmin il kilsənin vasitəçiliyi ilə Stefan və Matilda saziş bağladılar. Sazişə görə, Stefan kral elan olunurdu, lakin onun vəfatından sonra hakimiyyətə Matildanın oğlu, Anju qrafı Henri Plantagenet gəlməli idi. 1154-cü ildə o, II Henri adı ilə kral oldu və XIV əsrin sonunadək ölkəni idarə edəcək Plantagenetlər sülaləsinin əsasını qoyur.

XII əsrdə sülalənin hakimiyyəti

[redaktə | mənbəni redaktə et]

II Henri (1154 – 1189) öz hakimiyyəti altında geniş mülkləri birləşdirir: İngiltərədən başqa, Normandiya, Anju, Men, Turen, Puatu və Akvitaniya ona tabe idi. Bəzən Plantagenetlərin dövlətinə Anju imperiyası deyirdilər. Böyük maliyyə ehtiyatları olan və cəngavərlərə, şəhərlilərə, azad kəndlilərə arxalanan II Henri İngiltərədə feodal pərakəndəliyinə son qoydu, şerif vəzifəsinə isə xırda və orta feodalları təyin etməyə başladı.

Dövlətin mərkəzləşdirilməsində II Henrinin islahatları da böyük rol oynamışdı. Ilk növbədə kral məhkəməsini gücləndirmək üçün o, məhkəmə islahatı keçirir. Islahatın mahiyyəti ondan ibarət idi ki, hər bir azad adam müəyyən ödənc verməklə öz işini malikanə məhkəməsindən kral məhkəməsinə keçirə bilərdi. Malikanə məhkəməsində " Tanrı məhkəməsi" nin köməyilə işə baxılırdısa kral məhkəməsində işə andlılar baxırdı. Nəticədə senyor kuriyalarının nüfuzu aşağı düşür. Kral kuriyası bütün senyor məhkəmələri üçün ali appelyasiya orqanı olur. Lakin kral məhkəməsi villanlar üçün deyildi, onlar öz senyorlarının məhkəməsinə tabe idilər.

Kral kuriyasının məhkəmə səlahiyyətlərinin genişlənməsi kralın gəlirlərini xeyli artırdı. Lakin əhalinin müəyyən hissəsi kral hakimləri tərəfindən tətbiq olunan cərimələrdən əziyyət çəkirdi. Kral məhkəmələrinin məhkəmə praktikası prosesində ümumi hüquq (common law) – yəni bütün ölkə üçün kral hüququ işlənib hazırlanır; bu hüquq yerlərdə tətbiq olunan hüququ tədricən sıxışdırır.

II Henri həmçinin hərbi islahat da keçirir. Belə ki, kralın xeyrinə feodalların hərbi xidməti xeyli məhdudlaşdırılır (kiçik müddətlə), bunun əvəzində isə onlar xüsusi pul ödənci – " qalxan pulu " verməli idilər. Bu pulla kral cəngavərləri muzdlu xidmətə cəlb edirdi. Bindan başqa kralın göstərişi ilə hər bir azad əmlakına müvafiq silaha malik olmalı idi və kralın çağırışı ilə yürüşə hazır olmalı idi.

II Henrinin kilsə məhkəmələrini dövlətin nəzarəti altına almaq cəhdi uğursuz oldu. Bu zəmində o, ingilis kilsəsinin başçısı, Kentenberili arxiyepiskop Tomas Beketlə toqquşmalı oldu. Bu mübarizə gedişində Beket kralın gizli göstərişilə öldürüldü. Papa məsələyə müdaxilə edəndən sonra II Henri islahatsan əl çəkməli oldu.

İngiltərədə mərkəzi hakimiyyəti möhkəmlədən II Henri İrlandiyanın istilasına başladı. 1169-cu ildə ingilis baronları yürüşə çıxdı. Onların ilk uğurlarından sonra 1171-ci ildə kral özü İrlandiyaya gəldi və yerli klan başçıları onun hakimiyyətini tanıdı. Lakin faktik olaraq, ingilislər adanın cənub – şərq sahilboyu torpaqlarını ələ keçirdilər və burada " Peyl " (hərfən cəpərə alınmış) adlı rayon yaratdılar. Buradan ingilis cəngavərləri İrlandiyanın digər vilayətlərinə yürüş edirdilər.

II Henri İngiltərənin şimal qonşusu Şotlandiyanı da tabe etdirməyə cəhdlər edirdi. Davamlı sərhəd müharibələri gedişində o, şotland kralı Vilyam Levi əsir götürdü və 1174-cü ildə onu müqavilə imzalamağa məcbur etdi. Müqaviləyə görə Vilyam vassal andı içdi. Lakin kifayət qədər feodallaşmış və mərkəzləşmiş dövlət olan Şotlandiya tezliklə vassal asılılığından çıxdı. İngiltərəyə əks olaraq o, Fransa ilə yaxınlaşdı və sonralar (XIII – XIV əsrlərdə) antiingilis ittifaqında birləşdi.

Normandlılar və Fransadan gəlmələr İngiltərə əhalisi ilə dərhal çuğlaşmadı. XII əsr boyu krallar rəsmi aktlarda öz təbəələrinə müraciətdə " fransızlar və ingilislər " deyə müraciət edirdilər. Lakin XII əsrin sonuna doğru yerli əhali ilə normand istilaçıları arasında etnik və dil fərqləri faktiki yoxa çıxır. Fransız elementi təşəkkül tapmaqda olan ingilis xalqının etnik tərkibinə daxil olur və vahid əhali tipi yaranır. İngiltərə əhalisinin əsas hissəsinin – kəndlilərin, şəhərlilərin və feodalların böyük bir hissəsinin dili ingilis dili idi. Yalnız əyanlar, kral əshabələri və hüquqşünaslar fransız dilindən istifadə edirdilər. Dövlət idarələrində rəsmi dil latın və fransız dili idi.

XIII əsrdə sülalənin hakimiyyəti

[redaktə | mənbəni redaktə et]

XIII əsrdə İngiltərənin iqtisadi həyatında xeyli dəyişikliklər baş verir: əkinçilik təkmilləşir, üçtarlalıq geniş yayılır. Meşələrin təmizlənməsi və bataqlıqların qurudulması nəticəsində əkin sahələri xeyli artır. Ingils yununa təlabatın Flandriyada və İtaliyada artması nəticəsində qoyuçuluğun sonrakı inkişafı gedir. Ümumi təsərrüfat yüksəlişi əhalinin 2,5 – 3 dəfə artmasına gətirib çıxarır.

Şəhərin kənddən ayrılması prosesi davam edir. XIII əsrin sonuna doğru İngiltərədə təxminən 280 — ə yaxın şəhər məskəni var idi. Şəhər əhalisinin sayı da artmışdı. XIII əsrin əvvəllərinə doğru daxili iqtisadi əlaqələr sabitləşir.

Orta əsrlərdə İngiltərənin iqtisadi inkişafının ən mühüm xüsusiyyətlərindən biri daxili əlaqələrin inkişafında kəndin böyük rol oynaması idi. Onların sürətli inkişafına kənd təsərrüfatı rayonlarının ixtisaslaşması mühüm təsir göstərir.

XIII əsrdə ingilis cəmiyyətinin əsas təsərrüfat və sosial özəyi manor olaraq qalırdı. XII əsrin sonundan başlayaraq manor bazar əlaqəərinə cəlb olunur. Bazara daha çox kənd təsərrüfatı məhsulu çıxarmaq üçün bu manorların sahibləri icma əmlakını da ələ keçirməyə çalışır və biyarı artırırdı. İri feodallar bu səbəbdən villanların şəxsi azadlıq qazanmalarına mane olurdular.

Eyni zamanda əmtəə — pul münasibətləri ingilis kəndində biyar təsərrüfatını dağıdan yenilikləri də doğururdu. Villanların daha az olduğu xırda manorlarda pul rentası üstünlük qazanırdı. Bu isə kəndliləri feodalların hündəlik nəzarətindən azad edirdi. Lakin fransız feodalından fərqli olaraq ingilis feodalları domen təsərrüfatından hələ əl çəkməmişdilər. Onlar villanların əməyindən də, muzdlu işçilərdən də eyni dərəcədə istifadə edirdilər.yəni XIII əsr ingilis kəndində 2 əks inkişaf meyli – mühafizəkar və mütərəqqi meyl nəzərə çarpır.

Əmtəə — pul münasibətlərinin təsiri altında XIII əsrdə iri feodallar – baronlarla, xırda feodallar – cəngavərlər arasında fərq xeyli dərinləşir. Bu, ilk növbədə onların əmlak və gəlirləri, təsərrüfat fəaliyyətinin xarakteri və siyasi mövqeyi ilə müəyyən olunurdu.

XIII əsrdə əmtəə — pul münasibətlərinə cəngavərlər daha intensiv cəlb olunurdu. Onların təsərrüfatında pul rentası üstün idi, muzdlu əməkdən də istifadə edilirdi. Ingilis cəngavərlərinin böyük bir hissəsi hərbi zümrə xarakterini tədricən itirir və kənd sahiblərinə çevrilirdilər. Daxili bazarın inkişafında ümumi maraq onları şəhərlilərlə və varlı kəndlilərlə yaxınlaşdırırdı. Bunun müqabilində feodallar təbəqəsi İngiltərədə ümumilikdə qapalı zümrəyə çevrilmir: mənşəyindən asılı olmayaraq 20, bəzən 40 funt illik gəliri olan azad torpaq mülkiyyətçisi cəngavər adını alırdı və zadəganların tərkibinə daxil olurdu.

Feodal aristokratiyasını təşkil edən baronlar və prelatlar isə öz silki imtiyazlarını hakimiyyətər vəchlə saxlamağa çalışırdılar.

Daxili iqtisadi əlaqələr möhkəmləndikcə, feodal dövlətinin mərkəzləşməsi də güclənirdi. Lakin bu proses uzun sürən siyasi mübarizə ilə müşayiət olunmuşdur.

Mübarizənin birinci mərhələsi II Henrinin kiçik oğlu Torpaqsız İoannın (1199–1216) hakimiyyəti dövrünə təsadüf edir. Özbaşına torpaq müsadirələri, bəzi maqnatların hakimiyyətəbsi və edamı ona qarşı baronların böyük müqavimətini yaradır. İoannın Fransadakı uğursuz müharibələri də onların qəzəbinə səbəb olur. Və nəhayət, kilsə seçkilərinə kralın müdaxilə etməsindən narazı olan kilsə də baronların tərəfindən çıxış edirdi.

Kralın baronlarla əvvəlki toqquşmalarından fərqli olaraq bu dəfə cəngavərlər və şəhərlilər də krala qarşı dururlar.xüsusilə şəhərlilərdən yığılan özbaşına rüsumlar da onları baronlarla yaxınlaşdırır. 1202 −1204-cü illərdə fransız kralı II Filipp Avqust İoannın Fransadakı mülklərini: Normandiyanı, Anjunu, Meni, Tureni və Puatunun bir hissəsini alır. Laroş- o – Muan və Buvindəki (1214) məğlubiyyəti İoannın mövqeyini daha da zəiflədir. Bundan xeyli əvvəl, 1207-ci ildə kralın icazəsi olmadan Kenterberili arxiyepiskopu ingilis kilsəsinin başçısı təyin etdiyi üçün papa III İnnokenti ilə münaqişə baş verir. 1212-ci ildə papa İoannın taxt – tacdan məhrim edilməsi haqqında bulla verir və ingilis tacı hüququnu fransız kralına verir. İoann 1213-cü ildə papa qarşısında təslim olur, özünü onun vassalı elan edir və ildə 1000 marka gümüş ödəməyi öz üzərinə götürür. Bu biabırçı akt müxalifəti daha da gücləndirir. 1215-ci ilin yazında baronlar cəngavərlər və şəhərlilərin dəstəyi ilə krala qarşı müharibəyə başayır. Kral qiyam qaldırmış baronların tələblərinə tabe olur və 15 iyun 1215-ci ildə Azadlıqların Böyük Xartiyasını imzalayır.

Bu xartiyanın (Magna Charta Libertatum) əksər maddələri baronların və kilsə feodallarının maraqlarını ifadə edirdi. Kral kilsə seçkilərinin sərbəstliyini qəbul etməli olur. Adəti üzrə yığılan rüsumlardan artıq yığılmayacağını vəd edirdi. Kral şurasının icazəsi olmadan " qalxan pulu " yığmaq da qadağan olunurdu. Şuranın tərkibinə isə əsasən baronlar daxil olmalı idi. Digər zümrələrdən fərqli olaraq baronları yalnız onlara bərarər şəxslər – perlər mühakimə edə bilərdi. Perlərin qərarı olmadan krala baronları həbs etmək, mülkünü müsadirə etmək qadağan olunurdu. Və nahayət, xartiyanın yerinə yetirilməsinə nəzarət etmək üçün 25 baronlan ibarət komitə seçilirdi.

Cəngavərlərə azad kəndlilərə münasibətdə xartiya daha az bənd nəzərdə tutmuşdu: baronlara və krala nəzərdə tutulduğundan artıq xidmət etmək qadağan olunurdu. Bütün azad adamlara kral məmurlarının özbaşınalığından müdafiə vəd olunurdu. Onlar üçün II Henri tərəfindən tətbiq olunmuş məhkəmə qaydaları saxlanılırdı. Şəhərlərə gəlincə, xartiya onların artıq mövcud olan imtiyazlarını təsdiqləməklə kifayətlənirdi. Vahid ölçü və çəki tətbiq olundu. İngiltərəyə xarici tacirlərin sərbəst gəlişi asanlaşdırıldı. Bu tədbir xarici ticarətin inkişafına imkan yaratsa da, şəhərlilər üçün sərfəli deyildi, çünki onların inhisarını pozurdu. Və nəhayət, villanlara gəlincə, xartiya onlara heç nə vermədi, əksinə onların hüquqsuzluğunu bir daha təsdiqlədi.

Eyni zamanda Xartiya öz dövrü üçün mütərəqqi səciyyə də daşıyırdı: o, təkcə baronlara deyil, cəngavərlərə və şəhərlilərə münasibətdə kral özbaşınalılığının qarşısını alırdı. Bu sonuncular isə həmin dövrdə ölkənin iqtisadi inkişafında mütərəqqi meyllərin daşıyıcıları idi.

Böyük Xartiya praktikada həyata keçirilmədi. Papanın dəstəyinə arxalanan İoann baronları qiyamçı adlandıraraq onların tələblərini yerinə yetriməkdən imtina etdi. Müharibə başladı və onun qızıcı vaxtında İoann öldü. Baronlar onun azyaşlı oğlu III Henrini kral elan etdilər.

Bu kralın hakimiyyəti dövründə (1216 – 1272) daha kəskin siyasi münaqişə baş verdi. Sonsuz vergilər, qohumlarına – fransızlara və provansallara verilən torpaq payları, papa ilə dostluq III Henriyə qarşı böyük narazılıq doğurdu.

1258-ci ilin yazında III Henri papa IV İnnokentinin təkidilə İtaliyada başladığı hərbi avantüra üçün baronlardan ölkə gəlirinin 1/3 – ni tələb edəndə, bu böyük bir partlayışa səbəb oldu. Silahlanmış baronlar kralın yanına gələrək ondan siyasi islahat keçirilməsini tələb etdilər. Kral güzəştə getməli oldu. 1258-ci ilin iyununda Oksfordda maqnatların şurası yığıldı və sonralar " azğın " şura adlandırılacaq bu yığıncaqda ölkədə baron oliqarxiyasını bərqərar edən " Oksford proviziyası " təsdiqləndi. Hakimiyyət 15 barondan ibarət Şuraya verilir və onların icazəsi olmadan kral heç bir qərar verə bilməzdi. Bundan əlavə, baronlar cəngavərlərdən və şəhərlilərdən 12 nəfər seçərək ildə 3 dəfə yığılır və Onbeşlər Şurası ilə birgə dövlət işlərini müzakirə edirdilər.

Lakin baronların bu ağalığı cəngavərlər və şəhərliləri təmin etmirdi və onların arasında parçalanma baş verir. 1259-cu ildə cəngavərlər müstəqil siyasi tələblər irəli sürülər. Başda Simon de Monfor olmaqla uzaqgörən bəzi baronların dəstəyilə " Vestminster proviziyası " qəbul olunur və o, cəngavərləri və azad kəndliləri iri feodalların özbaşınalığından qorumağı nəzərdə tuturdu.

Ona əks olan partiya daxilində ziddiyyətlərdən istifadə edən III Henri " Oksford proviziyası "- nı yrinə yetirməkdən imtina etdi. 1263-cü ildə vətəndaş müharibəsi başlandı. Müxalif qüvvələrin başında Simon de Monfor dururdu. O, təkcə baronlara deyil, cəngavərlərə, şəhərlilərə və azad kəndlilərə arxalanırdı. Bir çox şəhərlərdə mübarizə nəticəsində tacir oliqarxiyası devrilir. Londonlular Monforun köməyinə 15 minlik dəstə göndərirlər. 1264-cü il Lüse döyüşündə kral ordusu məğlub olur, III Henri və böyük oğlu Eduard əsir düşür. Monfor İngiltərənin faktiki hakimi olur.

1265-ci ilin yanvarında Monfor yığıncaq çağırır. Bura o, iri baronlarla yanaşı, hər qraflıqdan iki cəngavər və hər şəhərdən iki şəhərli dəvət edir. Bu ingilis parlamentinin başlanğıcı olur.

Kral üzərində qələbə vətəndaş müharibəsini gücləndirir. Hərəkata geniş kütlələr, bəzi yerlərdə villanlar da qoşulur. Xalq hərəkatından ehtiyat edən baronlar kralla sazişə meyl edirlər. Şahzadə Eduard əsirlikdən qaçanda baronlar onunla birləşdilər. 1265-ci il İvşem döyüşündə Monforun qoşunları darmadağın edildi, özü isə həlak olur.

III Henri Simon de Monforun tərəfdaşlarının torpaqlarını kütləvi sürətdə müsadirə etməyə başladı, bu isə silahlı müqavimətə gətirib çıxardı. 1267-ci ildə kral feodalların köməyilə müqaviməti qıra bildi. III Henrinin hakimiyyəti qəti bərpa oldu. Lakin həm kral, həm baronlar cəngavərlərin və varlı şəhərlilərin köməyi olmadan kütlələri tabeçilikdə saxlamağın qeyri – mümkünlüyünü başa düşürdülər. Ona görə də 1263–1267-ci il vətəndaş müharibəsinin yekunu silki nümayəndəliyin – parlamentin yaranması oldu.

Parlament qəti şəkildə I Eduardın (1272 – 1307) dövründə təşəkkül etdi. Həmin zamandan etibarən ingilis feodal dövləti silki monarxiya forması alır. Parlamentə arxalanan kral iri feodalların məhkəmə imtiyazlarını ləğv etdi, kilsə idarələrinə kralın icazəsi olmadan torpaq almaq qadağan edildi. I Eduard və onun varislərinin parlamentə ehtiyacı var idi, çünki o, iri feodallara müqavimət göstərmək üçün lazım idi. Silki yığıncaq krala imkan verirdi ki, o, cəngavərlərə və şəhər alilərinə birbaşa arxalansın.

Öz strukturuna görə ingilis parlamenti fransız Baş ştatlarından fərqlənirdi. Bura arxiyepiskoplar, yepiskoplar, iri monastrların abbatları və baronlar dəvət olunurdu. Bundan əlavə bura hər qraflıqdan 2 cəngavər və hər iri şəhərdən 2 şəhərli çağrılırdı. Cəngavərlər və şəhər nümayəndələri qraflıqlarda və şəhərlərdə ən zəngin adamlar tərəfindən seçilirdi. Azad kəndlilər və şəhər yoxsulları parlamentdə təmsil olunmamışdılar.

XIV əsrin I yarısında parlament iki palataya bölünürdü: yuxarı palata – lordlar palatasında prelatlar və baronlar iclas edirdi. Aşağı palata – icma palatasında cəngavərlər və şəhər nümayəndələri otururdu. Cəngavərlər və şəhərlilər bir yerdə sayca baronlardan çox olurdu. Onların möhkəm ittifaqı parlamentdə onların siyasi gücünü artırırdı. XIV əsrdə parlament vergiləri müəyyən etməklə yanaşı, statutların (qanunların) verilməsində iştirak etmək hüququ da qazanır. Icma palatasının petisiyası ilə statutlar kral və lordlar palatası tərəfindən qəbul olunurdu.

Parlamentin yaranması və silki monarxiyanın təşəkkülü İngiltərənin siyasi mərkəzləşməsinin mühüm nailiyyəti idi. Öz növbəsində parlament feodal dövlətinin sonrakı möhkəmlənməsində mühüm amil oldu. XIII – XIV əsrlərdə parlament İngiltərədə mütərəqqi rol oynayırdı, çünki mürtəce feodalların – baronların siyasi iddialarını məhdudlaşdırıdı. Və nəhayət, parlament bir çox sosial – siyasi münaqişələrin sülh yolu ilə dinc yolla yoluna qoyulmasına imkan verirdi.

I Eduard feodalların maraqlarını ifadə edərək fəal işğalçı müharibələr də aparırdı. 1282 – 1283-cü illərdə o, Uelsi İngiltərəyə birləşdirməyə müvəffəq oldu. Uels feodallarının torpaqlarını öz baronlarına payladı. Şotland kralı III Aleksandr 1286-cı ildə vəfat edəndən sonra I Eduardın Şotlandiyanı tutmaq cəhdi isə baş tutmadı. 1295-ci ildə o, burada birbaşa ingilis idarəçiliyini bərqərar etdi, lakin 1297-ci ildə burada Vilyam Uolmsin rəhbərliyi altında üsyan baş verdi. 1306-cı ildə müstəqillik uğrunda müharibə başladı. 1328-ci ildə İngiltərə rəsmi olaraq Şotlandiyanın müstəqilliyini tanımalı oldu.

İrlandiyada isə ingilislər işğalçılıq cəhdlərini davam etdirdiklərindən, vahid irland dövlətinin təşəkkülünə mane olurdular.

XIV–XV əsrlərdə sülalənin hakimiyyəti və sülalənin sonu

[redaktə | mənbəni redaktə et]

XIV əsrin ikinci rübündə ingilis kəndində rentanın kommutasiyası genişlənir və kəndlilərin şəxsi azadlıq qazanması halları artır. Kəndli təsərrüfatı iri feodalların domen təsərrüfatı ilə rəqabət aparmağa başlayır. Villanların əməyinə əsaslanan feodal təsərrüfatı az məhsuldar idi. XIV əsrin ortalarına doğru hətta iri feodallar da biyardan imtina edir. Bununla əlaqədar muzdlu əməyə tələbat artır.

Kənddə baş verən ziddiyyətli proseslər, taun epidemiyası ilə əlaqədar (1348) daha da kəskinləşir. Əhalinin 1/3 ölümünə səbəb olan bu xəstəlik nəticəsində işçi əməyinə böyük ehtiyac yaranır, əmək haqqı kəskin surətdə artır. Feodalların köməyinə isə kral hökuməti gəlir – XIV əsrin ikinci yarısında hökumət bir çox qanunlar verir və bu qanunlar məcmusu " içşi qanunvericiliyi " adını alır.

I belə qanun 1349-cu ildə III Eduard (1327 – 1377) tərəfindən verilir. 1349-cu il ordonansına görə 12 yaşından 60 yaşınadək hər bir kəs, əgər torpağı və yaşayış vəsaiti yox idisə, tuandan əvvəlki maaşa uyğun işə düzəlməli idi. Muzdlu işdən imtina etmək həmin işçinin türməyə düşməsilə nəticələnirdi.daha sonra (1351, 1361, 1388) qadağalarla əlaqədar statutlar verilir.

Senyor irticası, " işçi qanunvericiliyi ", dövlət vergilərinin artırılması sosial mübarizəni kəskinləşdirir. Nəinki villanlar, həmçinin azad kəndlilər də "işçi qanunvericiliyindən " əziyyət çəkirdi. Statutların bütün qadağalarına baxmayaraq, muzdlu işçilər əmək haqqlarının artırılması uğrunda mübarizə aparırdılar.

XIV əsrin ikinci yarısında lokal dağınıq hərəkatlar artıq kütləvi və yaxşı təşkil olunmuş hərəkatlara çevrilir. Məhz bu dövrdə nəcib quldur Robin Qud haqqında balladalar yaranır. Şəhərlərdə də sexlər və oliqarxiya arasında mübarizə kəskin şəkil alır.

XIV əsrin ikinci yarısında İngiltərədə katolik kilsəsində islahat uğrunda geniş hərəkat baş verir. Müxtəlif ictimai qruplar müxtəlif səbəblərdən bu hərəkatda maraqlı idilər.

Hələ XIII əsrin sonlarından İngiltərədə kral hakimiyyəti Torpaqsız İoann tərəfindən tanınmış papalılığın asıllılığından əziyyət çəkirdi. 1309-cu ildə Avinyonda iqamətgah tapmış papalar Yüzillik müharibədə Fransanın tərəfində idi və İngiltərə bu asılılıqdan çıxmağa çalışırdı. Saray əyanları və iri feodallar kilsə torpaqlarının müsadirə edilməsinin və öz mülklərinin genişləndiriliməsini istəyirdilər. Cəngavərlər və şəhərlilər kilsənin zəhmətsiz yolla qazandığı sərvətə düşmənçiliklə baxırdı. Onlar kilsə mərasimlərinin sadələşdirilməsini, kilsənin torpaq mülklərinin müsadirə olunmasını tələb edirdilər. Və nəhayət, kilsə vergilərindən əziyyət çəkən yoxsul təbəqələr də kilsə islahatının tərəfdarı idilər.

Bu cür ümumi antikilsə mühitində Oksford universitetinin professoru Con Viklif (1320 – 1384) çıxış etdi. Viklif göstərirdi ki, papa İngiltərədən vergi yığa bilməz və dünyəvi hakimiyyətin işinə qarışa bilməz. Əksinə, kilsə bütün mülki məsələlərdə dünyəvi hakimə tabe olmalıdır. Ingilis hökuməti tamamilə Viklifə dəstək dururdu. London şəhərliləri də onun tərəfində idilər.

Bu dəstəyi hiss edən Viklif daha qətiyyətli çıxış edərək kilsədə islahat keçirilməsini tələb edir. O, katolikliyin əsas ehkamları – ruhanilərin fövqəltəbii qüvvələrə malik olması, günahları yumaq qabiliyyəti kimi ehkamlara qarşı çıxırdı. O, papanın və yepiskopların indulgensiya hüququnu və hətta papalıq təsisatlarının zəruri olub – olmamasını da şübhə altına alırdı. Viklif Bibliyanın latından ingiliscəyə tərcümə olunmasına imkan yaratdı.

Viklifin görüşləri ilk növbədə cəngavərlərin və şəhərlilərin maraqlarını müdafiə edirdi. Əvvəlcə, Viklifə dəstək olan əyanlar onun sonrakı çıxışlarından ehtiyat edərək, ondan üz döndərdilər. 1381-ci ildə Viklifin təlimi bidətçi təlim elan olundu.

XIV əsrin sonuna doğru ingilis kəndlilərinin vəziyyəti xeyli ağırlaşdı. Xüsusilə kral II Riçardın (1377–1399) tətbiq etdiyi yeni vergilər və Yüzillik müharibənin bərpa olunması böyük narazılığa səbəb olur. 1377-ci ildə parlament can vergisi müəyyən edir, 1380-ci ildə isə onu üçqat artır. Bu üsyanın başlaması üçün təkan olur.

Üsyan 1381-ci ilin yazında İngiltərənin cənub – şərqində, Esseks qraflığında başladı. Kəndlilər vergi toplayanları qovdu, bəzilərini isə öldürdülər. Üsyan tezliklə İngiltərənin 40 qraflığından 25 – ni bürüdü.

Üsyan ən mütəşəkkil şəkildə Londonla qonşu qraflıqlarda – Esseksdə və Kentdə baş verirdi. Kent kəndliləri kilsə islahatı uğrunda mübarizə apardıqlarına görə həbs edilmiş Con Bollu azad etdilər və onu öz sərkərdələri təyin etdilər. Üsyanın başçısı isə kənd sənətkarı Uot Tayler oldu. O, hərbi işlə yaxşı tanış idi və kəndlilər arasında nüfuzu var idi.

Iki dəstəyə ayrılan kəndlilər Londona yaxınlaşdılar. Şəhər yoxsulları darvazaları açıb üsyançıları şəhərə buraxdılar. Kral faktiki onların əsirinə çevrildi. Bəzi əyanlar, o cümlədən ölkənin kansleri Kenterberili arxiyepiskop Sedberi üsyançılar tərəfindən edam olundu.

Mayl – End yaxınlığında kəndlilərin kralla ilk görüşü oldu. Onlar krala öz tələblərini irəli sürdülər. " Mayl – End proqramı" nda villan statusunun və biyarın ləğvi, vahid pul rentasının (hər akrdan 4 pens) tətbiq edilməsi, İngiltərənin hər bir şəhərində azad ticarətin bərqərar olması və üsyançıların əfv edilməsi tələb olunurdu. Karl bu tələblərə razı oldu. Uot Tayler və Con Boll başda olmaqla kəndlilərin bir hissəsi Londondan qaçaraq, kralla yeni görüş tələb edirdilər.

II görüş Smitfilddə oldu. "Smitfild proqramı"nda kəndlilər "işçi qanunvericiliyi" nin ləğvini, kilsə torpaqlarının müsadirəsini və kəndlilərə verilməsini, senyorların ələ keçirdiyi icma təsərrüfatının qaytarılmasını tələb edirdilər. Proqramda həmçinin senyorların imtiyazlarının ləğvi və bütün zümrələrin bərabərliyi də tələb olunurdu.

Danışıqlar zamanı Londonun meri Uot Tayleri qətlə yetirir. Silahlanmış cəngavərlər və zəngin şəhərlilər kralın köməyinə gəldilər. Üsyan etmiş bütün bölgələrdə kral hakimləri üsyançıları qəddarcasına cəzalandırmağa başladı. Con Boll özü də işgəncəli ölümə məruz qaldı. Öz əvvəlki vədlərindən imtina edən kral üsyandan əvvəl kəndlilərin yerinə yetirdikləri bütün mükəlləfiyyətlərin bərpa edilməsi əmrini verdi.

Lakin 1381-ci il üsyanı biyar sisteminə böyük zərbə vurdu. XIV əsrin sonu XV əsrin əvvəlllərində villanların böyük bir hissəsi şəxsi azadlıq qazandı. Xırda kəndli təsərrüfatı möhkəmləndi, manor isə dağılmağa başladı.

Kənddə baş verən bu proseslərin təsiri altında feodal aristokratiyası müflisləşməyə və yeni zadəganlar – centrilər meydana gəlməyə başladı. Bunlar əsasən yun, kənd təsərrüfatı məhsulları ilə ticarət edən feodallar idi. Eyni zamanda sənaye də inkişaf edirdi. Ingilislər ölkədən təkcə yun deyil, mahud da ixrac etməyə başladılar.

1399-cu ilsə sonuncu Plantagenet II Ricard şimal baronlarının təşəbüssü ilə devrilir və hakimiyyətə IV Henri Lankaster (1399 – 1413) gəlir. Müflisləşmiş feodalların vəziyyətini normallaşdırmaq üçün yeni sülalə Fransa ilə müharibəni bərpa etmək qərarına gəlir. 1415-ci ildə Azenkur döyüşündə V Henri (1413 – 1422) Yüzillik müharibənin sonuncu mərhələsini başlatdı. Bütün Şimali Fransa ingilislərin əlinə keçəndən sonra baronlar işğal olunmuş ölkəni talan etdilər. Xüsusilə Parisi ələ keçirib fransız kralı VI Karlın V Henrini öz varisi kimi tanıyandan sonra, 1420 – 1422-ci illər ərzində ingilis feodalları xeyli sərvət toplaya bildilər. 1422-ci ildə V Henrinin qəflətən ölümü ilə hakimiyyətə gələn azyaşlı VI Henrinin (1422 – 1461) dövründə İngiltərədə baronların siyasi fəallığı artdı. Xüsusilə parlamentdə çox gərgin vəziyyət yarandı və hətta baronların çoxu iclaslara silahlı əshabələrinin müşayiəti ilə gəlirdilər. Icma palatasında isə daha çox geniş şəhərli kütləsi və xırda centrilər təmsil olunmuşdu və onlar baronların əlində oyuncağa çevrilmək fikrində deyildilər. Seçıcılər üçün müəyyən olunmuş senz aşağı olduğu üçün indi daha çox adam parlament seçkilərində iştirak edə bilərdi. Bu cür demokratikləşmə feodal aristokratiyasını təmin etmirdi. Ona görə də 1429-cu ildə yeni statuta görə, seçkilərdə iştirak etmək üçün 40 şillinq illik gəliri olan əmlak senzi müəyyən olundu və icma palatası hakimiyyətdə olan feodalların asılılığına düşdü.

Eyni vaxtda Fransada ingilislərin vəziyyəti xeyli ağırlaşır və artıq 40-cı illərin sonuna doğru müharibənin fransızların xeryinə başa çatacağı aydın idi. Bu, feodallararası mübarizəni daha da kəskinləşdiridi. Yorklu Ricardın rəhbərlik etdiyi feodal müxalifəti vəziyyətdən öz məqsədi üçün istifadə etmək qərarına gəldi.

Üsyan 1450-ci ilin mayında başladı və iyulun ortalarınadək davam etdi. Üsyançıların sayı 50 mini ötürdü. Hakimiyyətərəkatın mərkəzi İngiltərənin cənubu, xüsusilə Kent qraflığı olur. Üsyançıların içində kəndlilər, muzdlu işçilər, kənd centriləri və şəhərlilər də var idi.üsyançıların ordusunda ciddi nizam – intizam var idi. Üsyanda yeni əyanların iştirak etməsi hərəkata siyasi xarakter verirdi. Üsyançılar hökumətin xarici siyasətinin dəyişdirilməsini və hakimiyyətin hersoq Ricarda verilməsini tələb edirdilər. Üsyanın başında duran Cek Ked varlı friqoldyer idi və özünü York hersoqunun qohumu kimi qələmə verirdi. Üsyan qısa müddətdə Kent hüdudlarından kənara da yayılır. 18 iyunda üsyançılar kral ordusu üzərində qələbə qazanandan sonra hərəkat İngiltərənin bütün cənub – şərqini bürüyür. Londonun özündə şəhər yoxsulları üsyan edir. 2 iyul 1450-ci ildə Cek Kedin ordusu Londona daxil olur, kralın bəzi müşavirləri edam olunur. Nəticədə qorxuya düşən şəhər aliləri kral ordusu tərəfinə keçdilər. Üsyançıların arasında parçalanma baş verdi, centrilər və şəhərlilər hərəkatdan çəkilməyə başladılar. Bu vəziyyətdə hökumət üsyançılara dağılışması və hamısına əfv vəd etdi. Ked kiçik bir dəstə ilə üsyanı davam etdiridi. 12 iyulda ağır yaralanmış Ked həbs olundu və yolda vəfat etdi. Ələ keçirilmiş üsyançılar isə edam olundu.

1453-cü ildə Yüzillik müharibə başa çatdı. Hərbi uğursuzluq Yorkluların hakimiyyət iddialarını artırdı. 1453-cü ildə başlayaraq veteranların böyük dəstələri İngiltərəyə qayıdaraq biri – birinə düşmən olan feodal qruplaşmaları üçün hazır ordu təşkil edirdilər.

Cek Kedin üsyanı yatırıldıqdan sonra York partiyasının rəhbəri Ricard İngiltərəyə döndü (bu zamananadək o, İrlandiyanın vitse – kralı idi). 1453-cü ildə VI Henri ağlını itirdi və kraliça Marqarita regent olmağa hazırlaşırdı. Lakin sarayda və parlamentdə Ricard qələbə çaldı və İngiltərəni protektoru elan olundu. Partiyalar arasında mübarizə yenidən kəskinləşdi və Ricard tezliklə istefa verərək şimala getməli oldu. Burada o, Nebil sülaləsinin dəstəyinə arxalanaraq ordu topladı və cənuba hərəkət etdi. 1455-ci il 22 mayda Sent – Olbansda döyüş baş verdi və yorkçular qalib gəldi. Hərbi əməliyyatlarda York tərəfdarı gənc qraf Uorvik xüsusilə fərqləndi. Sent – Olbans döyüşü Qızılgül müharibələrinin başlanğıcını qoydu (York – ağ, Lankaster – al).

Müharibə uzunsürən və gərgin xarakter aldı. Sent – Olbansdan sonra aydın oldu ki, Yorkların tərəfində cənub – şərqdə güclü olan yeni əyanlar, London tacirləri, Lankasterin tərəfində isə qərbin və şimalın mürtəce feodal qruplaşmaları durur.

1459-cu ilin yazında Qızılgül müharibələrinin II mərhələsi başalndı. 1460-cı ilin iyununda yorkçular paytaxta daxil oldular və elə həmin il qraf Uorvik və hersoqun böyük oğlu Eduard Northempton yaxınlığında Lankasterlərin əsas qüvvələrini darmadağın etdilər. VI Henri əsir alındı və bundan sonra Uorvik Londona gələrək kralın adından parlament çağırdı. Lordlar VI Henrinin ölmündən sonra hakimiyyətin Yorklu Ricarda keçməsinə razılıq verdi.

Bu vaxt kraliça Marqarita qoşun toplayaraq cənuba hərəkət etdi və Uekfild yaxınlığında Ricardın ordusunu ağır məğlubuyyətə uğratdı, Ricard özü döyüşdə həlak oldu (1460-cü il 30 dekabr). Bir çox yorklu edam edildi.

Bir müddət sonra York hersoqunun böyük oğlu Yorklu Eduard Uorviklə birgə Londona daxil olaraq, kral elan edildi. Lankasterçilər 1461-ci ilin 29 martında Touton döyüşündə ağır məğlubiyyətə uğradıldı. IV Eduard parlament tərəfindən kral kimi tanındı və Vestminsterdə başına tac qoyuldu.

Müharibənin III mərhələsi (1462 – 1464 mayı) xırda, lokal toqquşmalarla müşayiət olunmuşdir.

4 illik atəşkəsdən sonra Qızılgül müharibəsinin IV mərhələsi (1464 – 1471) başlayır. Bu zaman kral IV Eduardla qraf Uorvik arasında nifaq baş verir. Uorvikin məqsədinə əks olaraq, Eduard Fransaya yox, Burqundiyaya meyl edirdi. Uorvikdən gizli kral Yelizaveta Vudvillə nigaha girdi, Vudvil ailəsi siə cəngavərlərin içərisindən yüksəlmiş yeni əyanlara məxsus idi.

Tezliklə kralın qardaşı, hersoq Klarens də Uorviklə birləşdi. 1469-cu ilin iyununda Eckot döyüşündə onlar IV Eduardı məğlubiyyətə uğratdılar. Daha sonra Fransaya gedən Uorvik VI Henrinin arvadı Marqarita ilə görüşdü və ittifaq bağladı. Bir il sonra Uorvik İngiltərəyə qayıdaraq IV Eduardı təkrar məğlubiyyətə uğratdı və VI Henrini taxta əyləşdirdi.

Lakin artıq 1471-ci ildə IV Eduard Barnet döyüşündə Uorviki ağır məğlubiyyətə uğratdı və hersoq Klarens də qardaşının tərəfinə keçdi. Uorvik ələ keçirildi və öldürüldü. VI Henri isə kral IV Eduardın əsiri oldu. Kraliça Marqarita mübarizəni davam etdirməyə cəhd etsə də, əsir düşdü, oğlu şahzadə Eduard isə edam olundu. Tezliklə VI Henri Tauerdə öldü. Bu hadisədən sonra IV Eduard 1483-cü ildə ölmünə qədər İngiltərəni maneəsiz idarə etdi.

Eduard öz hakimiyyəti dövründə baron çarpışmalarına müvəqqəti son qoydu. Öz qardaşı hersoq Klarensi o, həbs etdirərək öldürtdü. Daha sonra Fransa ilə münasibətləri qaydaya salmaq qərarına gəldi.

1475-ci ildə o, qonşuları ilə Kaleyə çıxdı və Burqundiya hersoqu Cəsur Karlla ittifaqda XI Lüdovikə qarşı yürüşə başladı. Fransız kralı IV Eduarda Fransanı tərk etmək müqabilində müəyyən subsidiyalar təklif etdi. IV Eduard razı oldu və dərhal 15 min funt sterlinq aldı. Daha sonra ingilis kralı Lüdavikə 10 min funt sterliq müqabilində kraliça Marqaritanı təhvil verməyi təklif etdi. Marqarita azadlıq müqabilində XL Lüdovikə mirası olan Anju, Provans və Lotaringiyanı verdi.

IV Eduard ticarətə də böyük maraq göstərirdi və Londonunticarət müəsissələrində özü şəxsən iştirak edirdi.

Feodal baronlarla ömürboyu mübarizə aparan IV Eduard York partiyasının baronlarına da inanmırdı. Ona görə də kral öz tərəfinə yeni əyanları çəkirdi. Parlament aristokratiyanın güclü təsirinə məruz qaldığından, Eduard ona da etibar etmirdi və parlamenti nadir hallarda çağırırdı.

Lakin 1483-cü ildə IV Eduard öldü və feodal müxalifəti dərhal baş qaldırdı. Onun başında kralın kiçik qardaşı Qlosterli Ricard durudu.

IV Eduardın 2 oğlu var idi, lakin Ricard onların hər ikisini Taure saldırdı və öldürtdü. 1483-cü il 6 iyulda III Ricard taxta çıxdı. Lakin dərhal ona qarşı qiyam başladı və qiyamın başında Ricardın keçmiş tərəfdarı Bukinqem hersoqu durudu. Üsyan yatırıldı və onun təşkilatçısı edam olundu. Lakin əyanlar III Ricardın bu qətiyyətli hərəkətlərindən narazı idilər, çünki o da IV Eduardın siyasətini davam etdirirdi. Hədsiz maliyyə iddiaları centriləri və şəhərliləri də ona qarşı çevirdi. Bu vəziyyətdən istifadə edən Riçmond qrafı, Lankasterlərin uzaq qohumu, Henri Tüdor hakimiyyətə iddia etməyə baçladı. 1485-ci ilin avqustunda Milfordda(Uels) qoşun çıxaran Henri Tüdor ölkənin mərkəzinə irəlilədi. 1485-ci il 22 avqustda Bosvort döyüşüündə III Ricardın qoşunu məğlub edildi, özü isə hakimiyyətəlak oldu. Qızılgül müharibələrinin bu sonuncu döyüşündə çox az baron iştirak edirdi: onların çoxu bundan əvvəl həlak olmuşdu. Bu, müsbət hal idi və ölkənin mütərəqqi yolla inkişafında maneələri təmizlədi. Henri Tüdorun tərəfində centrilər və şəhərlilər durudu. O, York şahzadəsi (IV Eduarın qızı) Yelizaveta ilə evləndi və Tüdorlar sülaləsinin (1485 – 1603) özülü qoyuldu.

Plantagenetlər sülaləsindən olan İngiltərə monarxları

[redaktə | mənbəni redaktə et]
Adı Portret Orijinal adı Hakimiyyət illəri
Plantagenetlər
II Henri ing. Henry II Curtmantle 1154–1189
Henri Gənc Kral[6][7] ing. Henry the Young King 1170–1183
Şirürəkli I Riçard ing. Richard the Lionheart 1189–1199
Torpaqsız İoann ing. John Lackland 1199–1216
Prins Lüdovik (**) ing. Prince Louis of France 1216–1217
III Henri Vinçester ing. Henry III of Winchester 1216–1272
I Eduard Uzunayaq ing. Edward I Longshanks 1272–1307
II Eduard (***) ing. Edward II of Carnarvon 1307–1327
III Eduard Vindzor (****) ing. Edward III of Windsor 1327–1377
II Riçard ing. Richard II 1377–1399
  1. Plant, 2007
  2. Wagner, 2001. səh. 206
  3. Барлоу Ф. Вильгельм I и нормандское завоевание Англии / Пер. с англ. под ред. к. ф. н. С. В. Иванова. — СПб.: Евразия, 2007. — 320 с. — 1000 экз. — ISBN 978-5-8071-0240-1.
  4. Steel, Anthony. The Receipt of the Exchequer, 1377–1485. Cambridge: Cambridge University Press, 1954.
  5. Thomas Madox, 1666–1727; Fitzneale, Richard, 1130–1198; Gervasius, of Tilbury, supposed author (1711/1769), History of the Exchequer Published 1769, etext on archive.org
  6. "Laura Ashe, Chivalry and Kingship, p26–27". 2020-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-29.
  7. Matthew Strickland. Henry the Young King, 1155-1183. Yale University Press. 10 June 2016. səh. 153. ISBN 978-0-300-21551-9.