III Manuel (Trabzon imperatoru)

III Manuel Komnenos (yun. Μανουήλ Μέγας Κομνηνός) (16 dekabr 1364, Trabzon5 mart 1417, Trabzon) — 18-ci Trabzon imperatoru.[2]

III Manuil
Şəxsi məlumatlar
Doğum tarixi 16 dekabr 1364(1364-12-16)
Doğum yeri
Vəfat tarixi 5 mart 1417 (52 yaşında)
Vəfat yeri
Atası III Aleksey (Trabzon imperatoru)[1]
Uşağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Atası Trabzon imperatoru III Aleksey, anası isə Teodora Kantakuzindir. 1377-ci ildə böyük qardaşı Vasileyin ölümüylə vəliəhd elan edildi. Elə həmin il atasının nikahdan kənar oğlu Andronikin dul xanımı və Gürcü çarı IX Davidin qızı olan Evdokiya ilə evləndirildi. Atasının 1390-cı ildə vəfatının ardından taxta çıxdı. 1395-ci ildə Bizanslı məşhur Dükas ailəsinə mənsub Anna Filantropeylə evləndi və ilk evliliyindən doğulan oğlu Alekseyi ortaq imperator elan etdi.

Osmanlıların AvropaAsiyada genişlədiyi illərdə Osmanlı sultanı İldırım Bəyazidin Anadolu bəyliklərinə qarşı başlatdığı siyasətdən çəkinməyə başlayan Manuel Komnenos Orta Asiyadan gələn Əmir Teymurun təbəəliyini qəbul etdi. Üstəlik onun Osmanlılar üzərinə çıxdığı səfərdə 20 döyüş gəmisi olaraq itaətkarlığını göstərdi. Osmanlıların Ankara döyüşündəki (1402) məğlubiyyətinin ardından Anadoluda güc qazanan Manuel Komnenos, Əmir Teymurun ölümüylə bölgədə söz sahibi oldu.

5 mart 1417-ci ildə vəfat edən Manuel Komnenosun yerinə oğlu Aleksey taxta çıxdı. Ölümündə oğlunun əlinin olduğu qeyd edilir.

  • Evdokiya Baqrationi — 1377-ci ildə evlənmişdir. Gürcü çarı IX Davidin qızıdır.
  • Anna Filantrope — 1395-ci ildə evlənmişdir. Bizanslı məşhur Dükas ailəsinə mənsubdur. Övladı olmamışdır.
  • Claude Cahen, Pre-Ottoman Turkey: A General Survey of the Material and Spiritual Culture and History c. 1071–1330, 1968
  • George Finlay, The History of Greece and the Empire of Trebizond, (1204–1461) (Edinburgh: William Blackwood, 1877)
  • Alexander Kazhdan, (Ed.) (1991). The Oxford Dictionary of Byzantium (İngilizce). Oxford ve New York: Oxford University Press. ISBN 0-19-504652-8
  1. 1 2 3 Lundy D. R. Manuel III Comnenos, Emperor of Trebizond // The Peerage (ing.).
  2. Jackson Williams, Kelsey (2007). "A Genealogy of the Grand Komnenoi of Trebizond". Foundations: The Journal of the Foundation for Mediaeval Genealogy.