III Manuel Komnenos (yun. Μανουήλ Μέγας Κομνηνός) (16 dekabr 1364, Trabzon – 5 mart 1417, Trabzon) — 18-ci Trabzon imperatoru.[2]
III Manuil | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 dekabr 1364 |
Doğum yeri | |
Vəfat tarixi | 5 mart 1417 (53 yaşında) |
Vəfat yeri | |
Atası | III Aleksey (Trabzon imperatoru)[1] |
Uşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Atası Trabzon imperatoru III Aleksey, anası isə Teodora Kantakuzindir. 1377-ci ildə böyük qardaşı Vasileyin ölümüylə vəliəhd elan edildi. Elə həmin il atasının nikahdan kənar oğlu Andronikin dul xanımı və Gürcü çarı IX Davidin qızı olan Evdokiya ilə evləndirildi. Atasının 1390-cı ildə vəfatının ardından taxta çıxdı. 1395-ci ildə Bizanslı məşhur Dükas ailəsinə mənsub Anna Filantropeylə evləndi və ilk evliliyindən doğulan oğlu Alekseyi ortaq imperator elan etdi.
Osmanlıların Avropa və Asiyada genişlədiyi illərdə Osmanlı sultanı İldırım Bəyazidin Anadolu bəyliklərinə qarşı başlatdığı siyasətdən çəkinməyə başlayan Manuel Komnenos Orta Asiyadan gələn Əmir Teymurun təbəəliyini qəbul etdi. Üstəlik onun Osmanlılar üzərinə çıxdığı səfərdə 20 döyüş gəmisi olaraq itaətkarlığını göstərdi. Osmanlıların Ankara döyüşündəki (1402) məğlubiyyətinin ardından Anadoluda güc qazanan Manuel Komnenos, Əmir Teymurun ölümüylə bölgədə söz sahibi oldu.
5 mart 1417-ci ildə vəfat edən Manuel Komnenosun yerinə oğlu Aleksey taxta çıxdı. Ölümündə oğlunun əlinin olduğu qeyd edilir.