II Abbad əl-Mötədid

II Abbad əl-Mötədid (1016[1], Sevilya28 fevral 1069, Sevilya) — Abbadilər sülaləsindən ikinci hökmdar.

II Abbad əl-Mötədid
ərəb. عباد بن المعتضد
3 noyabr 1042 – 28 fevral 1069
ƏvvəlkiƏbulqasim Məhəmməd ibn Abbad
SonrakıƏl-Mötəmid ibn Abbad
Şəxsi məlumatlar
Doğum tarixi 1016[1]
Doğum yeri
Vəfat tarixi 28 fevral 1069
Vəfat yeri
Fəaliyyəti siyasətçi, şair
Atası Əbulqasim Məhəmməd ibn Abbad
Ailəsi Abbadilər sülaləsi
Dini islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Abbad ibn Əbulqasim Məhəmməd bin Abbad 1012-ci ildə İspaniyanın Seviliya şəhərində anadan olmuşdu. Saray təlim-tərbiyəsi almışdı.

II Abbad 1042-ci ildə hökmdarlığa yiyələnmişdi.

II Abbad o illərdə qonşularıyla savaşmaqdan da geri qalmırdı. 1053-cü ilə qədər kiçik Bərbəri xanədanlarını hakimiyəti altına almışdı. Buna baxmayaraq Qranadadakı Zirilər onun qarşısında müvəffəqiyyətlə müqavimət edirdilər. Bu arada Cəzirətülhadranı Hammudilərdən alaraq oğlu İsmaili Kurtuba üzərinə göndərdi. Ancaq İsmail Cəzirətülhadrada bağımsızlığını elan etməyə qərar verdi. Bu səfər də digər oğlu Məhəmməd Zirilərə qarşı Malaqadakı Ərəbləri dəstəkləmək üçün hərəkətə keçdi, fəqət Zirilər bu ordunu məğlubiyyətə uğratdılar, Məhəmməd canını zorla qurtardı. Buna baxmayaraq Abbadilər müluküt-təvaifin ən qüvvətlilərindən biri idi. Taxta keçdiyi zaman "Hacib", bir sürə sonra da "əl-Mutazıd-Billah" ünvanlarını işlədən, siyasi baxımdan son dərəcə qabiliyətli və bacarıqlı olan Abbad, iyirmi yeddi illik hökmdarlıqdan sonra 28 fevral 1069-cu ildə öldü.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]