II Con (Kastiliya kralı)

Kastiliyalı II Con (isp. Juan II) (6 mart 1405[1]21 iyul 1454[1], Valyadolid[1]) – Kastiliya kralı.

II Xuan
25 dekabr 1406 – 20 iyul 1454
ƏvvəlkiIII Henri
SonrakıIV Henri
Şəxsi məlumatlar
Doğum tarixi 6 mart 1405[1]
Vəfat tarixi 21 iyul 1454[1] (49 yaşında)
Vəfat yeri
Fəaliyyəti monarx
Atası III Henri (Kastiliya kralı)[1][2]
Anası Lankasterli Ketrin[1][2]
Həyat yoldaşları
Uşaqları
Ailəsi Trastamar sülaləsi
Dini xristianlıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kastiliya kralı III Henri və xanımı Lankasterli Yekaterinain ən kiçik övladı idi və atasının ölümünün ardından hələ 1 yaşında ikən Kastiliya kralı elan edildi. Əmisi Araqon kralı I Ferdinand və anası isə taxt naibi oldular. 1416-cı ildə əmisinin, 2 il sonra isə anasının vəfatı ilə təkbaşına hakimiyyəti ələ aldı.

II Conun 48 il davam edən səltənəti Kastiliya tarixinin ən uzun dönəmlərindən biridir. Bununla yanaşı, o, tarixdə güclü monarx olaraq tanınmadı. Belə ki, günlərini ibadətlə, ov əyləncələri və cəngavər yarışları tərtibləməklə keçirirdi. Ən yaxın adamı olan Alvaro Luna, kralın ikinci xanımı Portuqaliyalı İzabellanın sarayda güc qazandığı dönəmə qədər onu təsiri altında saxlayırdı. Kraliçanın da hazırladığı intriqalarla Alvaro Luna kral tərəfindən edam edildi və ömrünün sonuna qədər bu səbəblə özünü günahlandırdı.

1411-ci ildə II Conun naibləri bölgədə yəhudilər üzərində nəzarəti artıran Valyadolid qanunlarını elan etdi. Belə ki, verilən qərarla yəhudilər fərqli tərzdə geyinməli və dövlət vəzifələrindən uzaq tutulmalı idi. Buna baxmayaraq II Con 1418-ci ildə hakimiyyəti əlinə aldıqdan sonra yaxın adamı Alvaro Lunanın da təsiriylə yəhudilərə qarşı olan təzyiqləri azaltdı.

1431-ci ildə II Con Kastiliyanın vassalı olma və illik xərac vermə şərtləriylə, IV Yusifi Qranada əmiri olaraq təyin etdi. Bundan başqa onun səltənətində ölkədə memarlıq fəaliyyəti də sürətləndi.

20 iyul 1454-cü ildə Valyadoliddə vəfat etmişdir.

1418-ci ildə Con əmisi olan Araqon kralı Ferdinandın qızı Mariya ilə evləndi. Bu evlilikdən cütlüyün 4 övladı dünyaya gəlsə də, bunlardan yalnız oğlu yetkinlik yaşına çatdı:

  • Yekaterina (1422-1424) - doğumundan ölümünədək Asturiya şahzadəsi.
  • Eleonora (1423-1425) - bacısının ölümündən qardaşının doğumunadək Asturiya şahzadəsi.
  • IV Henri (1425-1474)
  • Mariya (1428-1429)

1445-ci ildə Mariya vəfat etdi və Con Portuqaliya kralı I Conun nəvəsi İzabella ilə evləndi. Cütlüyün bu nigahdan 2 övladı dünyaya gəldi:

  • Harvey, L. P. (1990). Islamic Spain, 1250 to 1500. University of Chicago Press.
  • Previte-Orton, C.W. (1912). The Shorter Cambridge Medieval History. Volume 2. Cambridge at the University Press.
  • Piferrer, F.; Busel, A.R. (1859). Nobiliario de los reinos y señorios de España (revisado por A. Rujula y Busel). Nobiliario de los reinos y señorios de España (in Spanish). p. 228.
  1. 1 2 3 4 5 6 7 8 Diccionario biográfico español (isp.). Real Academia de la Historia, 2011.
  2. 1 2 3 4 5 6 7 Kindred Britain.