II Süleyman şah Səfəvi

II Süleyman Səfəvi (fars. شاه سلیمان دوم‎; iyun 1714, İsfahanmay 1763, Məşhəd, Xorasan), Süleyman şah Səfəvi, Mirzə Seyid Məhəmməd Məraşi1749-cu ildən 1750-ci ilədək Xorasanda hakimiyyətdə olub. Səfəvi şahənşahı, Səfəvilər dövlətinin XII hökmdarıdır.

II Süleyman Səfəvi
Şah Süleyman Mirzə Seyid Məhəmməd oğlu Səfəvi
Süleyman şahın adına zərb olunmuş sikkə
Süleyman şahın adına zərb olunmuş sikkə
1749 – 1750
ƏvvəlkiŞahrux şah Əfşar (Əfşarlar dövləti)
SonrakıŞahrux şah Əfşar (Əfşarlar dövləti)
bayraq
Xorasan hakimi
(Səfəvilər dövlətinin bir hissəsi kimi)
bayraq2
1749 – 1750
SonrakıŞahrux şah Əfşar
Şəxsi məlumatlar
Doğum tarixi iyun 1714
Doğum yeri
Vəfat tarixi may 1763 (48 yaşında)
Vəfat yeri
Atası Mirzə Məhəmməd Mərəşi
Anası Şahbanu Sultan Səfəvi
Həyat yoldaşı Xanağa sultan Səfəvi
Uşaqları Haşim mirzə Səfəvi, Qasım mirzə
Ailəsi Səfəvilər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mir Seyid Məhəmmədin anası Səfəvi şahı I Süleyman şah Səfəvi (II Şah Səfi)-nin qızı idi. Yəni o, ana tərəfdən Səfəvilər sülaləsindən idi. Məhz buna görə də o, İran taxt-tacına iddia edirdi.

1747-ci ildə Nadir şah öldürüldükdən sonra İrandaAzərbaycanda hakimiyyət uğrunda mübarizə başlandı. 1747-ci il iyul ayında hakimiyyətə Adil şah gəlsə də, çox keçmədən o, İbrahim şah tərəfindən məğlub edildi və hakimiyyətdən kənarlaşdırıldı. Lakin İbrahim şahın da hakimiyyəti uzun çəkmədi. Beləki o, 1748-ci ildə Məşhəd üsyançıları tərəfindən məğlub edildi və öldürüldü. Bu işdə Raziya Sultan da varnidi. Çünki o israrla qohumun taxta keçməsini istəyirdi. Beləliklə, İbrahim şah Əfşar öldürüldükdən sonra ona məxsus sərvət və var-dövlət onu qoruyan Mir Seyid Məhəmmədə qismət oldu. O isə öz növbəsində İbrahimin məğlubiyyətindən sonra onun hakimiyyətini tanımaqdan imtina etməklə bərabər, Səfəvi taxt-tacına namizəd kimi özünün təbliğini genişləndirdi. O, əslində rəqibi Şahrux şah Əfşarı zərərsizləşdirdikdən sonra hakimiyyətə gəlmək istəyirdi. Lakin Qum yaxınlığında məskunlaşmış türk Xələc tayfaları Mir Seyidə müraciət edərək, ona hakimiyyəti ələ almaq təklifini etdilər. Lakin o, təklifi qəbul etmədi. Bununla o, Şahruxa sadiqliyini nümayiş etdirmək istəyirdi. Şahrux şah Mir Seyidin güclü rəqib olduğunu nəzərə alaraq, ona qarşı sui-qəsd təşkil etdi. Lakin bu sui-qəsd baş tutmadı. 1749-cu ilin dekabrında Şahrux çevriliş nəticəsində hakimiyyətdən kənarlaşdırılmış və gözləri kor edilmişdir. Və 1750-ci il yanvarın 14-də şah elan edilən Mir Seyid Məhəmməd II Süleyman ləqəbi ilə taxtda əyləşdi. Bununla belə II Süleymanın da hakimiyyəti çox sürmədi. Saray çevrilişi nəticəsində onun hakimiyyəti devrildi və 1750-ci il martın 20-də hakimiyyətə yenidən Şahrux şah gətirildi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
Şah II Süleyman
Doğum: iyun 1714 Vəfat: may 1763
Haqq iddası titulları
Sələfləri 
III Şah Abbas

Səfəvilər (صفویان) Şahı

1749-1750
Xələfləri 
III Şah İsmayıl