IV Aleksey (Trabzon imperatoru)

IV Aleksey Komnenos (yun. Αλέξιος Μέγας Κομνηνός) (1379, Trabzon26 aprel 1429) — 19-cu Trabzon imperatoru.[1]

IV Aleksey Komnenos
yun. Αλέξιος Δ΄ Μέγας Κομνηνός
ƏvvəlkiIII Manuel
SonrakıIV İohann
Şəxsi məlumatlar
Doğum tarixi 1379
Doğum yeri
Vəfat tarixi 26 aprel 1429
Atası III Manuel
Anası Evdokiya Baqrationi (IX Davidin qızı)
Həyat yoldaşı Teodora Kantakuzin
Uşaqları IV İohann
Mariya Komnini
Aleksandr Komnenos
David Komnenos
Evdokiya Komnini
... Komnini
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Atası Trabzon imperatoru III Manuel, anası isə Gürcü çarı IX Davidin qızı Evdokiya Baqrationidir. 1395-ci ildə atası tərəfindən ortaq imperator elan edildi. Atasının 1417-ci ildə ölümünün ardından idarəni təkbaşına ələ aldı. Atasının ölümündə əli olduğu ehtimal olunur.

Onun səltənətində Genuyalılarla 1418-ci ildə sülh bağlansa da, onlarla mübarizədə Venesiya ilə ittifaq quruldu. Digər tərəfdən şərqi Anadoluda güclənən Qaraqoyunlularla yaxın münasibətlər quruldu və 1420-ci ildə qızlarından birini Qaraqoyunlu sultanı Qara Yusifin oğlu Cahanşahla evləndirdi.

Apardığı evlilik siyasətləriylə qonşularıyla dost münasibət saxladı. Digər qızı Mariyanı 1428-ci ildə Bizans imperatoru VIII İohannla, Evdokiyanı isə italyan əsilli lord Nikol Krispo ilə evləndirdi.

Övladları[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Claude Cahen, Pre-Ottoman Turkey: A General Survey of the Material and Spiritual Culture and History c. 1071–1330, 1968
  • George Finlay, The History of Greece and the Empire of Trebizond, (1204–1461) (Edinburgh: William Blackwood, 1877)
  • Alexander Kazhdan, (Ed.) (1991). The Oxford Dictionary of Byzantium (İngilizce). Oxford ve New York: Oxford University Press. ISBN 0-19-504652-8

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Jackson Williams, Kelsey (2007). "A Genealogy of the Grand Komnenoi of Trebizond". Foundations: The Journal of the Foundation for Mediaeval Genealogy.