Gəncənin mühasirəsi — 1606-cı ildə, 1603–1618-ci illərin Səfəvi–Osmanlı müharibəsi əsnasında, Mehmed paşanın rəhbərlik etdiyi Osmanlı qüvvələri ilə Şah Abbasın öndərliyi altındakı Səfəvi qüvvələri arasında baş vermiş döyüş. Mühasirə Səfəvi ordusunun müvəffəqiyyəti və Gəncə qalasının 18 il sonra yenidən Səfəvi idarəsinə keçməsi ilə nəticələnmişdir.
Gəncənin mühasirəsi | |||
---|---|---|---|
Səfəvi-Osmanlı müharibəsi (1603-1618) | |||
| |||
Tarix | 1606 | ||
Yeri | Gəncə, Azərbaycan | ||
Səbəbi | Şah Abbasın itirilmiş torpaqları geri almaq istəməsi | ||
Nəticəsi | Səfəvilərin qələbəsi | ||
Ərazi dəyişikliyi | Gəncə şəhəri Səfəvilərin əlinə keçir | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
|
Səfəvilər şəhəri 1590-cı ildə imzalanmış İstanbul sülh müqaviləsinin bir nəticəsi olaraq, Osmanlılara verməli olmuşdular.
Şah Abbas Osmanlı imperiyasının 1578–1590-cı illərdə gerçəkləşmiş Səfəvi–Osmanlı müharibəsi nəticəsində ələ keçirdikləri əraziləri geri almaq üçün 1603-cü ildə başlatdığı hücumda əhəmiyyətli uğurlar qazanmışdır. O, 1603-cü ildə Nəhavənd və Təbrizi, eləcə də İranın bütün qərbini zəbt edə bilmiş, 1604-cü ildə isə uzunmüddətli bir mühasirədən sonra İrəvan şəhərini dövlətinin ərazilərinə qata bilmişdi.
Bir tərəfdən Avstriya ilə uzun bir müddətdir vuruşan, digər tərəfdən isə Cəlali üsyanları ilə məşğul olan Osmanlı imperiyası 1603-cü ildə taxta yeni sultanın oturmasının da təsiri ilə qərb sərhədlərində bu qəfil hadisələrə tez bir cavab verə bilmədi. 1604-cü ildə şərq-sərdar təyin edilən Cığalızadə Yusif Sənan Paşanın İrana yürüşü uğursuz olmuş, 1605-ci ildə yenə Sənan Paşanın öndərliyindəki Osmanlı ordusu Urmiya döyüşündə böyük bir məğlubiyyətə uğramışdı.
Bu böyük məğlubiyyətdən sonra Osmanlı hərbi komandanlıq rütbələrindəki sarsıntılar və 1607-ci ilə qədər Suriya ilə Cənub-şərqi Anadoluya təsir göstərən Canpoladoğlu üsyanının çıxması ilə Cənubi Qafqazdakı son Osmanlı qoşunları da yardımsız qalmış, Şah Abbas isə 1606-cı ildə Azərbaycan və Gürcüstandakı köhnə torpaqlarını geri almaq üçün ordusu ilə bu bölgələrə soxulmuşdu.
Osmanlı ordusu təhlükəsini aradan qaldıran Şah Abbas Gəncə şəhərini mühasirə etməyə aprel ayı kimi əlverişli bir vaxtda başlamışdır. Gəncə şəhərində təxminən 5.000 nəfərlik Osmanlı qarnizonu köhnə Təbriz qubernatoru Mehmed Paşanın öndərliyi altında idi.[1]
Təslimiyyət təklifinin rədd edilməsindən sonra qızılbaş ordusu atəş açır. Bir tərəfdən Xorasan topçuları şəhəri kəsintisiz bombardman edir, lağımçılar isə iki ay ərzində qüllələrin altını boşaltmağa nail olurlar. Qala ətrafındakı xəndəkdən keçərək əsas divarlardan birinin altına çatan və divarın tam altına yerləşdirdikləri kərənləri yandıran lağımçılar bu divarı devirirlər.[2]
Qızılbaşlar 4 iyul tarixində ümumi bir hücuma start verir. Əlbəyaxa döyüşdə Osmanlı qoşunları qızılbaşlara diqqətəlayiq itkilər verirlər, ancaq onlardan 2.500 nəfər əsgər həlak olur. Nəhayət, Gəncə bəylərbəyi Mehmed Paşa təslim olur və Şah Abbas ilə ordusu qalanın nəzarətini ələ alır.[1] Səfəvi ordusu Osmanlı qüvvələri ilə əməkdaşlıq edən təxminən 2.500 Gəncə sakinini öldürür. Dövrün ermənidilli tarixşünası Arakel Təbrizli yazır ki, Şah Abbas sünni kürd tayfası olan Cəkirli üzvlərinin hər birini qılıncdan keçirmişdir.[3] Əsir düşən Mehmed Paşa Mazandaranda yerləşən bir həbsxanaya göndərilir, daha sonra isə xalqa verilir. Mazandaranda qabaqcıl şəxsiyyətlərdən olan Rüstəm Sultanı öldürmüş Mehmed Paşa xalq tərəfindən edam edilir.[4]