VI Afonso' (port. Afonso VI) və ya Müzəffər Afonso (port. Afonso o Vitorioso; 21 avqust 1643[1][2], Ribeyra sarayı, Lissabon, Portuqaliya[2] – 12 sentyabr 1683[1][3][…]) — Braqanza sülaləsinə mənsub ikinci Portuqaliya kralı.
VI Afonso | |
---|---|
port. Afonso VI de Portugal | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 avqust 1643[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 12 sentyabr 1683[1][3][…] (40 yaşında) |
Atası | IV Con |
Vikianbarda əlaqəli mediafayllar |
Anası Luiza Mariya de Quzmanın naibəliyi altında keçən 6 ilin ardından 1662-ci ildə səltənəti ələ alsa da, əqli və fiziki cəhətdən zəif idi. Ətrafındakı dövlət xadimlərinin və evlilik yoluyla qazandığı Fransa dəstəyi ilə hakimiyyəti əlində tutmağa çalışsa da, bu çox çəkmədi. 1668-ci ildə qardaşı İnfant Pyotr tərtiblədiyi saray çevrilişi ilə özünü taxt naibi elan etdi və kral əqli zəifliyi bəhanə göstərilərək Azor adalarında həbs olundu. Ardından monastıra qapanan kraliça Mariya Fransiska kralla olan evliliyinin tamamlandmadığını iddia edərək həmin ilin sentyabrında kraldan boşandı və hakimiyyəti əlində toplayan taxt naibi qaynıyla bir neçə ay sonra evləndi. Sürgündə həbsdə tutulan kral səhhətinin pozulmasının ardından Lissabon yaxınlığındakı Sintra qalasına gətirildi və 1683-cü ildə burada həbsdə vəfat etdi.