I Xristian (ing. Christian I of Denmark) (d. fevral 1426 – ö. 21 may 1481) — Danimarka, Norveç və İsveçi özündə birləşdirən Kalmar birliyinin kralı. Oldenburq sülaləsindən yetişən ilk monarxdır.
I Xristian | |
---|---|
alm. Christian | |
Əvvəlki | Bavariyalı Xristofor |
Sonrakı | I Con |
Əvvəlki | VIII Çarlz |
Sonrakı | I Con |
Əvvəlki | VIII Çarlz |
Sonrakı | VIII Çarlz |
Şəxsi məlumatlar | |
Doğum tarixi | fevral 1426[1] |
Doğum yeri | Oldenburq |
Vəfat tarixi | 21 may 1481[2] (55 yaşında) |
Vəfat yeri | Kopenhagen, Danimarka krallığı |
Fəaliyyəti | monarx |
Atası | Oldenburqlu Ditrix |
Anası | Helvik Holşteyn |
Həyat yoldaşı | Brandenburqlu Doroteya |
Uşaqları |
I Con Danimarkalı Marqarita I Fridrix |
Ailəsi | Oldenburqlar |
Dini | Roma-Katolik kilsəsi |
Vikianbarda əlaqəli mediafayllar |
Bavariyalı Xristoforun geridə vəliəhd qoymadan ölümündən sonra (1448) yaranan boşluqdan istifadə edən VIII Çarlz İsveç krallığını ələ keçirdi və Kalmar birliyini İsveç rəhbərliyində yenidən canlandırmaq istədi. Ertəsi il Norveç krallığını da özünə tabe edən VIII Çarlzın hədəfində Danimarka səltənəti idi. Ancaq Holşteyn qraflarının da təzyiqi ilə Danimarka Gizli Məclisi Xristianı Danimarka taxtına çıxardı. Daha sonra onun Norveç (1450) və İsveç (1457) səltənətlərini də əlinə alması nəticəsində Kalmar birliyi qısa müddətliyinə də olsa, bərpa olundu. Belə ki, 1463-cü ildə İsveç birlikdən ayrıldı. I Xristianın İsveç taxtını ələ keçirmək cəhdi isə 1471-ci ildə baş tutan Brunkberq məğlubiyyəti ilə nəticələndi.
1460-cı ildə əmisi Holşteyn qrafı Adolfun ölümündən sonra I Xristian Şlezviq hersoqu və Holşteyn qrafı ünvanlarına da yiyələndi.