Norveç tarixi — Norveç Krallığının eramızdan əvvəl ki, dövründən günümüzə qədər olan tarixini əhatə edir.
İnsanların Norveçdə məskunlaşması Pleystosen epoxasının sona çatmasından sonra eramızdan 12.000 əvvələ təsadüf edir. Skandinaviyada Daş dövrü və Tunc dövründən qalma qayaüstü rəsmlərin aşkarlanması burada sivilizasiyanın daha erkəndən mövcud olduğunu göstərir. Norveçdə Roma İmperiyasının dönəmində eramızın 800-cü illərinə aid olduğu təxmin edilən Runik Daşların aşkarlanması burada romalarının mövcudluğu barədə olan ehtimalları gücləndirmişdir.
1030-cu ildə Danimarkalılar Norveçi ələ keçirdilər. Norveç Danimarka kralı Knudun qurduğu Şimal Dənizi İmperatorluğunun'nun bir parçası halına gəldi. 1363-cü ildə Norveç kralı VI. Håkon Danimarka kralı IV. Valdemar'ın qızı I. Margrete'lə evlənərək iki ölkəni bir bayraq altında birləşdirdi. Ayrıca Håkon İsveç krallığı ailəsiylə də əqraba idi. Cütlüyün evliliyindən doğulan Olaf'ın 1387-ci ildə erkən yaşda ölməsi üzərinə I. Margrete taxta çıxdı (1387–1412). Margrete'nin başçılığı altında 1397 ildə İsveç, Norveç, Danimarka və koloniyaları (Farer adaları, İslandiya, Qrenlandiya və Finlandiya) birləşərək Kalmar Birliyi adı altında böyük bir Skandinaviya İmperatorluğu halına gəldilər.
1521-ci ildə İsveç Kalmar Birliyindən ayrıldı. Bu zamanda Skandinav ölkələri Martin Lüter tərəfindən Almaniyada başladılan Protestant Reformasiyası ilə sarsıldı. Danimarka və Norveç 1821-ci ilə qədər Danimarka-Norveç adı altında birlikdə hərəkət etməyə davam etdilər. Kralları bir idi, amma konstitusiyaları, dövlət qurumları və orduları ayrı-ayrı olmağa davam etdi. 19-cu əsrin başlanğıcında Norveç Napolyon döyüşləriylə təməlindən sarsıldı. Fransa müharibədə məğlub olanda Danimarka 1814-cü ildə imzaladığı Kil müqaviləsi şərtləri əsasında döyüşü qazanan tərəfin iştirakşısı olan İsveçə Norveçi vermək məcburiyyətində qaldı. Norveçlilər İsveç idarəçiliyindən məmnun qalmadılar. Üsyanlar baş qaldırdı. Nəhayət 1905 tarixində İsveç Norveçin müstəqilliyini tanıdı. Danimarka şahzadəsi VII. Haakon Norveç kralı elan edildi. Bu gün Birliyin Dağılması Günü adı ilə bayram edilməkdədir.
Norveç Birinci dünya müharibəsində bitərəf qaldı. İkinci dünya müharibəsində də bitərəf qalma niyyətində olmasına baxmayaraq 9 aprel 1940 tarixində Nasist Almaniyası tərəfindən işğal edildi. 9 may 1945-ci il tarixində Almaniyanın təslim olmasına qədər Norveç işğal altında qaldı. 1949-cu ildə Norveç NATO'ya daxil oldu. 1960'ların sonlarında Norveç sularında kəşfedilən neft və qaz Norveçə böyük bir rifah qazandırdı. 1972 və 1994'də edilən referendumlarda Norveç xalqı Avropa Birliyi'nə daxil olmamasına qərar verdi. Norveç Avropa Birliyi ilə olan əlaqələrini iştirakçısı olduğu EFTA qurumu vasitəsiylə sürdürməkdədir. Günümüzdə Norveç Birləşmiş Millətlər Təşkilatının məlumatına görə yaşama standartları baxımından dünyanın ən irəlidə olan ölkələrindən biridir.
İngiliscə
Norveççə