Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Əbu Abdullah Məhəmməd ibn İshaq (ərəb. أَبُو عَبْدُ ٱلله مُحَمَّد ٱبْن إِسْحَاق ٱبْن يَسَار ٱلْمُطَّلِبيّ) və ya İbn İshaq (ərəb. ابن إسحاق; 704[1], Mədinə, Hicaz, Əməvilər xilafəti – 767[1][2][…] və ya 768[3], Bağdad, İraq, Abbasilər xilafəti) — ərəb tarixçisi. "Əs-Sirətun-Nəbəviyyə" adlı kitabı ilə məşhurdur.[4]
İbn İshaq | |
---|---|
Doğum tarixi | 704[1] |
Doğum yeri | |
Vəfat tarixi | 767[1][2][…] və ya 768[3] |
Vəfat yeri | |
Elm sahələri | Siyər, islam tarixi |
Tanınmış yetirmələri | Süfyan Sevri[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Əbu Abdullah Məhəmməd ibn İshaq hicri-qəməri tarixi ilə 85-ci ildə Mədinə şəhərində dünyaya göz açmışdır. Uşaqlıq illərini və gənclik dövrünün bir hissəsini Mədinədə keçirən Məhəmməd ibn İshaq hicri-qəməri 115-ci ildə İskəndəriyyə şəhərinə getmişdir. İskəndəriyyənin və Misirin hədis və tarix ustadlarından, o cümlədən, Ubeydullah ibn Muğeyrə, Yezid ibn Həbib, Ubeydullah ibn Əbu Cəfər, Qasim ibn Qəzman və başqa böyük ustadlardan dərs almış, sonra Kufə, Cəzirə, Rey, Hirə, Bağdada səfər etmişdir.
Təxminən 30 yaşında ibn İshaq İsgəndəriyyə şəhərinə gəldi və Yezid ibn Əbi Həbibdən təhsil aldı. Mədinəyə qayıtdıqdan sonra, görüşmədiyi bir qadına,Hişam ibn Urvənin arvadı Fatimə bint əl-Munzir adlı bir qadına hədis isnad etdiyi üçün o, Mədinədən qovuldu[5]. Lakin onu müdafiə edənlər, Süfyan ibn Üyəynə kimiləri, İbn İshaq'ın onlara onunla görüşmüş olduğunu dediyini bildirdilər[6]. Həmçinin İbn İshaq Maliki fiqh məzhəbi ilə məşhur olan gənc Malik ibn Ənəslə mübahisələr etdi. Mədinəni tərk edərək (yaxud tərk etmək məcburiyyətində qalaraq) şərqə doğru İraq`a tərəf getdi, Kufədə, həmçinin Əl-Cəzirədə dayandı və qərbə qayıtmadan əvvəl Reyədək İrana getdi. Nəhayət Bağdadda məskunlaşdı. Orada Əməvilər sülaləsini devirən yeni Abbasilər sülaləsi yeni paytaxt təsis edirdi[7].
Bağdad şəhərində vəfat etmişdir. "Xizran" məzarlığında dəfn edilmişdir.
Bağdada səfər edərkən dövrün xəlifəsi Mənsur Abbasinin görüşünə getmiş və bu görüş onun Bağdadda qalmasına, habelə bir qrup tarixçinin dediyinə görə onun məşhur kitabı olan "Əs-Sirətun-Nəbəviyyə" əsərinin yazılmasına səbəb olmuşdur.Tarixçilər yazırlar ki, bu görüşdə Mənsur Abbasi, Məhəmməd ibn İshaqın tarixi məlumatlarına heyran qalır və ona tarix kitabı yazmağı əmr edir.
Məhəmməd ibn İshaq Mənsurun əmrini yerinə yetirib müfəssəl bir tarix kitabı yazır və onun sarayına gətirir.Lakin Mənsur kitabın çox geniş olduğun söyləyib müxtəsər hala salmasını tapşırır. İbn İshaq kitabı müxtəsər halda yazdıqdan sonra kitab Xəlifə Mənsur tərəfindən onun öz oğlu Mehdiyə verilir.[8]
Biblioqrafiya müəllifi İbn ən-Nədim öz əsərində Məhəmməd ibn İshaq’ın bu əsərini "Kitâbu’s-Sîrə və’l-mübtədəʾ və’l-məġāzî" adıyla qeyd etmişdir.[9]
"Əs-sirətun-Nəbəviyyə" kitabı qələmə alındığı vaxtdan indiyədək bir çox tarixçilər ve və hədis ravilərinin diqqətini özünə cəlb etmişdir.Onu tərifləyənlərlə birlikdə, tənqid edənlər də mövcud olmuşdur.Tənqidçilər müəllifi şəcərənaməni yanlış yazmaqda, etibarsız ravilərdən rəvayət nəql etməkdə, hadisələri saxtalaşdırmaqda və.s işlərdə ittiham etmişlər.
Məhəmməd ibn İshaq tarixi hadisələri nəql edərkən məzhəb təəssübkeşliyindən uzaq duraraq bitərəf mövqe tutduğuna görə əhli-sünnənin "rical elmi" sahəsindəki bəzi alimləri onu şiəlikdə ittiham etmiş, onun şiə olduğunu söyləmişlər.[10]
Məhəmməd ibn İshaqdan sonra Əbdul-Məlik ibn Hişam onu indiki tərtibatda qələmə almışdır.