Janna Osipovna Badoyeva (ukr. Жанна Йосипівна Бадоєва; qızlıq soyadı — Dolqopolskaya; 18 mart 1976, Majeykyay) — Ukraynalı teleaparıcı və rejissor. Daha çox "Oryol i Reşka" səyahət proqramının müəllifi və aparıcısı kimi tanınır.[1]
Janna Badoyeva | |
---|---|
ukr. Жанна Бадоєва | |
Doğum tarixi | 18 mart 1976 (48 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | aktrisa, rejissor, aparıcı, prodüser, televiziya aparıcısı, dizayner, səyyah, televiziya prodüseri[d], pedaqoq, müəllimə |
zhannabadoeva.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Janna Badoyeva 18 mart 1976-cı ildə Litvanın Majeykyay şəhərində anadan olmuşdur. Onun valideynləri mühəndis idilər, buna görə də qızlarının inşaat texnikumuna daxil olmasını arzu edirdilər. Janna bu texnikuma daxil olur və sonadək təhsil alır. Sonra Kino və Televiziya İnstitutunun aktyorluq fakültəsinə daxil olmaq istəyir, lakin yaşı çatmır. Rejissorluq fakültəsini bitirərək, ardınca Kiyevdə yerləşən ali məktəblərin birində işləməyə başlayır.
Badoyeva Comedy Club U. A. şousunun ilk rezident qadını olmuşdur. 1+1 telekanalında efirə çıxan "Танцую для тебя" (azərb. "Sənin üçün rəqs edirəm") layihəsində və "Суперзвезда", "Шарманка", "Лялечка" verilişlərində iştirak etmişdir. Mədəniyyət Universiteti nəzdində Kino və Televiziya Məktəbində aktyor sənətini tədris etmişdir[2].
2011-ci ildə Janna Badoyeva Yevgeni və Yelena Sinelnikovlar, həmçinin Natella Krapivina ilə birlikdə Интер telekanalında "Oryol i Reşka" (rus. Орёл и решка) proqramının formatını irəli sürmüşlər. Janna həyat yoldaşı Alan Badoyevlə bu verilişin aparıcısı olmuşdur. 2012-ci ildə – üçüncü mövsümdən sonra layihəni tərk etmişdir; onu Lesya Nikityuk əvəz etmişdir. 8 fevral 2015-ci ildə "Oryol i reşka" verilişinin 10-cu yubiley buraxılışı efirə çıxarkən, digər həmkarları ilə birlikdə Janna Badoyeva da həmin verilişdə iştirak etmişdir[3]. 2017-ci ilin noyabrında Jannanın "ulduzlu" mövsümün bir buraxılışında layihəyə qayıdacağı açıqlanmışdı[4].
5 mart 2015-ci ildə Пятница! telekanalında "Битва салонов" (azərb. "Salonların döyüşü") proqramının premyerası olmuşdur. Verilişin 1-ci və 2-ci mövsümlərinin aparıcısı Janna Badoyeva olmuşdur. Onun vəzifəsi hazır süjetlərə nəzər salmaq və öz münasibətini bildirmək idi[5][6].
2015-ci ilin sentyabrın əvvəlində Пятница! telekanalında Janna Badoyeva "#ЖаннаПожени" (azərb. "Janna, evləndir") adlı yeni proqramını təqdim etdi. Verilişin əsas ideyası planetin müxtəlif yerlərində aparıcının şəxsən təşkil etdiyi toy mərasimlərini göstərmək idi[7][8]. Layihə başa çatmışdır.
2016-cı ildə Janna "Опасные гастроли" (azərb. "Təhlükəli qastrollar") proqramında çəkilmişdir. Bu verilişdə Vova Myaso kimi tanınan Vladimir Petrov və Janna Badoyeva marginal Avropa dünyasını araşdırırdılar[9][10].
2017-ci ildə Janna Badoyeva Пятница! telekanalında "ЖаннаПомоги" (azərb. "Janna, kömək et") müəllif proqramının aparıcısı olmuşdur. O, həmin proqramda öz xarici görünüşlərindən sıxılan və internet tanışlıqlarına üstünlük verən qızların köməyinə gəlir[11].
2019-cu ilin fevralından Pervıy kanalda yayımlanan "Жизнь других" (azərb. "Başqalarının həyatı") proqramının aparıcısıdır[12].
17 oktyabr 2016-cı ildə Janna italyan dizayner Ernesto Espozito ilə birlikdə hazırladığı ZHANNA BADOEVA debüt ayaqqabı kolleksiyasını təqdim etmişdir.[13][14] 2017-ci ildən ayaqqabı satışı üzrə internet mağazası fəaliyyət göstərir.
Janna Badoyeva 2013-cü ildən övladları ilə birlikdə İtaliyada yaşayır[17].