Joan Qamper kuboku

Joan Qamper kuboku (kat. Trofeu Joan Gamper) — Barselona futbol komandası tərəfindən hər il avqust ayında mövsüm başlamazdan əvvəl təşkil edilən yoldaşlıq oyunu turniri.[1] Barselona komandasının yaradıcısı, oyunçusu və ilk prezidenti olan Joan Qamperin şərəfinə təşkil edilən turnir klubun ev oyunlarını keçirdiyi Kamp Nou stadionunda oynanılır. Turnir ilk dəfə 1966-cı ildə həmin dövrdə Barselonanın prezidenti Enrik Llaudet tərəfindən təşkil edilmişdir.[2] Qalib gələn komandaya 10 kq ağırlığında olan mərmər qaidənin üzərinə olan, beş mikrometr qalınlığında qızıl ilə örtülən, 800 qram ağırlığında olan gümüş kubok verilir.[3]

Trofeu Joan Gamper
Qalib gələn komandaya verilən kubok
Açılış ili 1966
Komandaların sayı 4 (1966-1996)
2 (1997-ci ildən)
Son çempion İspaniya Barselona (44-cü dəfə)
Ən uğurlu klub İspaniya Barselona (44 dəfə)
TV yayımçıları TV3 Televisió de Catalunya,
Barça TV
Veb səhifəsi Barselona FK

Başlanğıcda turnirdə 4 komanda iştirak edirdi. Bu dövrdə turnirdə iki yarımfinal, üçüncülük matçı və final oyunu keçirilirdi. 1966-cı ildə təşkil edilən ilk turnirdə Barselona ilə yanaşı Belçikadan Anderlext, Fransadan Nant və Almaniyadan Köln iştirak etmişdir. Finalda Kölnü 3–1 məğlub edən Barselona kubokun ilk sahibi olmuşdur. Kubokun finalında məğlub olan Köln 1978 və 1981-ci ildə kuboku qazanmışdır. 1979-cu ildə isə finalda məğlub olmuşdur. Bu nailiyyətlə Köln ev sahibi Barselonadan sonra kuboku birdən çox qazanan yeganə komandadır. Bir sonrakı kuboka başqa bir ispan futbol klubu Atletiko Madrid, Almaniyadan Bayern Münhen və Argentinadan Boka Xuniors dəvət edilmişdir. Boka Xuniors turnirə dəvət edilən ilk Cənubi Amerika komandası olmuşdur. Avropa xaricində kuboka qatılıb qələbə qazanan yeganə komanda 1982-ci ildə kuboku qazanan Braziliya klubu İnternasionaldır.

Turnirə ən çox qatılan Bundesliqa komandaları olsa da, son illərdə daha çox İtaliya A Seriyası komandaları dəvət olunur. Barselonanın La Liqada rəqibləri olan TenerifeValensiya 1993 və 1994-cü illərdə bu kuboku qazanmağı bacarmışlar. Kubok 1997-ci ildən etibarən komandaların oyun saylarının artması səbəbiylə bir oyun ilə keçirilir. 90 dəqiqə ərzində oyunda bərabərlik pozulmazsa, əlavə vaxt oynanılmır və birbaşa penalti zərbələri ilə qalib müəyyən olunur.

Qaliblər və finallar

[redaktə | mənbəni redaktə et]
  • Qalib komandaların penalti zərbələri nəticəsində müəyyənləşdirilən oyunlar (p) ilə göstərilmişdir.
  • Qalib komandaların əlavə vaxt nəticəsində müəyyənləşdirilən oyunlar (ə.v.) ilə göstərilmişdir.
# İl Qalib Nəticə İkinci Üçüncü Nəticə Dördüncü
1 1966 Barselona 3–1 Almaniya Köln Belçika Anderlext 7–0 Fransa Nant
2 1967 Barselona 2–1 Atletiko Madrid Argentina Boka Xuniors 1–0 Almaniya Bayern Münhen
3 1968 Barselona 5–4 Braziliya Flamenqo Atletik Bilbao 3–1 Almaniya Verder Bremen
4 1969 Barselona 2–1 Real Saraqosa Çexiya Slovan Bratislava 2–1 Argentina Estudiantes
5 1970 Macarıstan Uypeşt 3–1 Dinamo Moskva Barselona 1–0 Almaniya Şalke 04
6 1971 Barselona 1–0 Argentina Çaçarita Xuniors Macarıstan Honved 2–0 Almaniya Bayern Münhen
7 1972 Almaniya Borussiya Münxenqladbax 3–2 ÇSKA Sofiya Barselona 0–0 (p) Braziliya Vasko da Qama
8 1973 Barselona 2–2 (p) Almaniya Borussiya Münxenqladbax Argentina San Lorenzo de Almagro 1–1 (p) Peru Deportivo Munisipal
9 1974 Barselona 4–1 Şotlandiya Reyncers Atletik Bilbao 1–0 Niderland Ayaks
10 1975 Barselona 2–1 Niderland Feyenoord Çexiya Spartak Trnava 1–1 (p) Macarıstan Uypeşt
11 1976 Barselona 2–0 Almaniya Ayntraxt Frankfurt Çexiya Sparta Praqa 1–1 (p) MOİK Moskva
12 1977 Barselona 4–1 Almaniya Şalke 04 Argentina Boka Xuniors 2–1 Çexiya Slovan Bratislava
13 1978 Almaniya Köln 5–0 Avstriya Rapid Vyana Barselona 3–2 Braziliya Botafoqo
14 1979 Barselona 3–2 (ə.v.) Almaniya Köln Belçika Anderlext 2–2 (p) İsveçrə Sürix
15 1980 Barselona 2–1 Braziliya Vasko de Qama Argentina River Pleyt 0–0 (p) Niderland PSV Eyndhoven
16 1981 Almaniya Köln 4–0 İspaniya Barselona Braziliya Vasko de Qama 2–1 İngiltərə İpsviç Taun
17 1982 Braziliya İnternasional 3–1 İngiltərə Mançester Siti İspaniya Barselona 1–1 (p) Almaniya Köln
18 1983 İspaniya Barselona 2–1 Almaniya Borussiya Dortmund Belçika Anderlext 4–2 İngiltərə Nottingem Forest
19 1984 İspaniya Barselona 3–1 Almaniya Bayern Münhen Argentina Boka Xuniors 3–1 İngiltərə Aston Villa
20 1985 İspaniya Barselona 3–1 Almaniya Hamburq Niderland Ayaks 4–2 Avstriya Rapid Vyana
21 1986 İspaniya Barselona 1–0 Niderland PSV Eyndhoven İngiltərə Tottenhem Hotspur 2–1 İtaliya Milan
22 1987 Portuqaliya Portu 2–0 Almaniya Bayern Münhen İspaniya Barselona 3–2 Niderland Ayaks
23 1988 İspaniya Barselona 3–1 Styaua Buxarest Uruqvay Penyoral 3–3 (p) Niderland PSV Eyndhoven
24 1989 Belçika Mexelen 2–0 Fransa Soşo İspaniya Barselona 1–0 Braziliya İnternasional
25 1990 İspaniya Barselona 3–1 Belçika Anderlext NiderlandPSV Eyndhoven 2–1 Spartak Moskva
26 1991 İspaniya Barselona 3–0 Fransa Marsel Braziliya İnternasional 2–0 Avstriya Rapid Vyana
27 1992 İspaniya Barselona 2–0 Niderland Feyenoord Belçika Brügge 3–3 (p) Bolqarıstan ÇSKA Sofiya
28 1993 İspaniya Tenerife 3–1 İspaniya Barselona Fransa Bordo 2–0 Xorvatiya Hayduk Split
29 1994 İspaniya Valensiya 4–1 İspaniya Barselona Niderland PSV Eyndhoven 2–1 İtaliya Breşia Kalsio
30 1995 İspaniya Barselona 5–1 Argentina San Lorenzo de Almagro Niderland Feyenoord 3–2 Bolqarıstan ÇSKA Sofiya
31 1996 İspaniya Barselona 2–1 İtaliya İnter Milan Belçika Anderlext 3–2 Argentina San Lorenzo de Almagro
32 1997 İspaniya Barselona 2–2 (p) İtaliya Sampdoriya 1997-ci ildən etibarən cəmi 2 komanda iştirak edir.
33 1998 İspaniya Barselona 2–2 (p) Braziliya Santos
34 1999 İspaniya Barselona 2–1 Portuqaliya Sportinq Lissabon
35 2000 İspaniya Barselona 2–1 Niderland PSV Eyndhoven
36 2001 İspaniya Barselona 3–2 İtaliya Parma
37 2002 İspaniya Barselona 1–0 Srvena Zvezda
38 2003 İspaniya Barselona 1–1 (p) Argentina Boka Xuniors
39 2004 İspaniya Barselona 2–1 İtaliya Milan
40 2005 İtaliya Yuventus 2–2 (p) İspaniya Barselona
41 2006 İspaniya Barselona 4–0 Almaniya Bayern Münhen
42 2007 İspaniya Barselona 5–0 İtaliya İnter Milan
43 2008 İspaniya Barselona 2–1 Argentina Boka Xuniors
44[4] 2009 İngiltərə Mançester Siti 1–0 İspaniya Barselona
45[5] 2010 İspaniya Barselona 1–1 (p) İtaliya Milan
46[6] 2011 İspaniya Barselona 5–0 İtaliya Napoli
47 2012 İtaliya Sampdoriya 1–0 İspaniya Barselona
48[7] 2013 İspaniya Barselona 8–0 Braziliya Santos
49[8] 2014 İspaniya Barselona 6–0 Meksika Leon
50 2015 İspaniya Barselona 3–0 İtaliya Roma
51[9] 2016 İspaniya Barselona 3–2 İtaliya Sampdoriya
52 2017 İspaniya Barselona 5–0 Braziliya Şapekoense
53 2018 İspaniya Barselona 3–0 Argentina Boka Xuniors
54 2019 İspaniya Barselona 2–1 İngiltərə Arsenal
55 2020 İspaniya Barselona 1–0 İspaniya Elxe
56 2020 İspaniya Barselona 3–0 İtaliya Yuventus

Qalib komandalar

[redaktə | mənbəni redaktə et]
Xavi 2008-ci ildə turnirin həll edici oyunu olan Barselona—Boka Xuniors (2:1) oyununda topla hərəkət edərkən.
Komanda Qazanma sayı
İspaniya Barselona 39
Almaniya Köln 2
Macarıstan Uypeşt 1
Almaniya Borussiya Münxenqladbax
Braziliya İnternasional
Portuqaliya Portu
Belçika Mexelen
İspaniya Tenerife
İspaniya Valensiya
İtaliya Yuventus
İngiltərə Mançester Siti
İtaliya Sampdoriya

İştirak edən komandalar

[redaktə | mənbəni redaktə et]
İştirak sayı Komanda(lar)
56 Barselona
6 PSV Eyndhoven
5 Anderlext, Bayern Münhen, Köln, Boka Xuniors
3 San Lorenzo, Sampdoriya, Rapid Vyana, İnternasional, Vasko de Qama, ÇSKA Sofiya, Milan, Ayaks, Feyenoord
2 Şalke 04, Borussiya Münhünqladbax, Uypeşt, İnter Milan, Atletik Bilbao, Slovan Bratislava, Santos, Yuventus
1 Çacarita Xuniors , Estudiantes, River Pleyt, Roma, Brügge, Mexelen, Botafoqo, Flamenqo, Hayduk Split, Sparta Praqa, Aston Villa, İpsviç Taun, Nottingem Forest, Tottenhem Hotspur, Reyncers, Atletiko Madrid, Real Saraqosa, Tenerife, Valensiya, Bordo, Marsel, Nant, Soşo, Borussiya Dortmund, Ayntraxt Frankfurt, Hamburq, Verder Bremen, Honved, Breşia Kalsio, Parma, Deportivo Munisipal, Portu, Sportinq Lissabon, Styaua Buxarest, MOİK Moskva, Dinamo Moskva, Spartak Moskva, Srvena Zvezda, Sürix, Spartak Trnava, Penyarol, Napoli, Leon
Yer Futbolçu Komanda Qollar
1 İspaniya Xuan Manuel Asensi İspaniya Barselona 7
İspaniya Çiki Beqiristayn
Bolqarıstan Hristo Stoiçkov
2 İspaniya Xosep Mariya Fuste 6
Argentina Lionel Messi
İspaniya Marsial Pina
  1. Lozano Ferrer, Carles et al
  2. "Enric Llaudet". FC Barcelona. 3 January 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 August 2010.
  3. Miguel, J.; Giménez, S. "La gran fiesta culé". SPORT.es (Spanish). Grupo Zeta. 16 August 2008. 21 September 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 August 2010.
  4. "Ibrahimovic makes Barcelona debut in Man City loss". USA Today. 19 August 2009. İstifadə tarixi: 9 August 2010.
  5. "Conquista Barcelona el Trofeo Joan Gamper". La Cronica de Hoy (Spanish). 25 August 2010. 16 January 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 August 2010.
  6. "Fabregas scores for Barca". ESPN Soccernet. 22 August 2011. 2 November 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 August 2011.
  7. "FC Barcelona v Santos: Gamper of goals and high hopes (8-0)". fcbarcelona.com. 2 August 2013. 8 January 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 August 2013.
  8. "FC Barcelona – Club León: NIght full of promise (6-0)". fcbarcelona.com. 18 August 2014. 17 May 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 August 2014.
  9. "Barcelona 3-2 Sampdoria: Luis Suarez and Lionel Messi brace help Spanish giants clinch Gamper Trophy triumph". Daily Mail. 10 August 2016. 22 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 August 2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]