Josef Vaçal (çex. Josef Váchal; 23 sentyabr 1884[1][2][…], Milavçe[d][4][5] – 10 may 1969[1][2][…], Studenanı[d][4]) — çex yazıçısı, oymaçı, kitab qrafiki, xəttat və mətbəəçi.
Josef Vaçal | |
---|---|
çex. Josef Váchal | |
Doğum tarixi | 23 sentyabr 1884[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 10 may 1969[1][2][…] (84 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | yazıçı, rəssam, illüstrasiyaçı, qrafik dizayner, heykəltaraş, şair, fotoqraf, qrafika ustası[d], filosof, tipoqraf[d], boyakar[d], vizual incəsənət rəssamı, ksiloqraf |
Fəaliyyət illəri | 1904–1969 |
Janrlar | ekspressionizm |
Vikianbarda əlaqəli mediafayllar |
Josef Vaçalın atası məşhur sənətçi Mikolaş Aleşin əmisi oğludur. Josef Çexiyanın Cənubunda Pisek şəhərində babası və nənəsinin yanında böyümüşdür. O, 1898-ci ildə Praqaya getmiş, cildləmə sənətini öyrənmiş və əmisi oğlu Mikolaş Aleşlə tanış olmuşdur. XIX əsrin sonu — XX əsrin əvvəllərində ən çox yayılmış memarlıq, dekorativ və tətbiqi incəsənət və sənətkarlıq sahəsində bədii istiqamət olan moderndən təsirlənmişdir.
Josef Vaçal 1900-cü ildə şeir yazmağa başlamış və 1903-cü ildə Praqa Teosofiya Cəmiyyətinə qatılmışdır. O, 1904-cü ildə Rəssamlıq Akademiyasına daxil olmuş, Alois Kalvodanın tələbəsi olmuşdur. Josef Vaçal 1910-cu ildə ilk iki kitabını nəşr etdirmişdir. O, Birinci Dünya müharibəsində iştirak etmiş (1916–1918), bu barədə "Cəbhədə rəssam" adlı qeydlərində yazmışdı.
Müəllifin "Qanlı roman" ı özü tərəfindən şəxsən 17 nüsxə həcmində əlyazması olmadan birbaşa mətbəədə çap edilmişdi. "Qanlı roman" 40 min nüsxə tirajla yenidən nəşr olunmuş və yalnız 1990-cı ildən sonra bir neçə dilə tərcümə edilmişdi. Vaçal öz kitablarından başqa Yan Komenski, Bojena Nemtsova, Otokar Brjezina, Edqar Allan Po və başqalarının əsərlərinin illüstrasiyalarını təsvir etmişdi. O, 1940-cı ildə nasist işğalına etiraz olaraq Praqadan uzaq Studenanı kəndinə getmişdi.
Yazıçı 1948-ci ildə kommunist rejim qurulduqdan sonra özünü tamamilə təcrid etmiş, həyat yoldaşının qohumları ilə yaşamış, nəşr işi ilə məşğul olmamışdı. Praqa baharının başlaması ilə 1969-cu ildə Əməkdar artist adına layiq görülmüş, ancaq əsas şöhrət yazıçı və sənətkara yalnız Məxmər inqilabından sonra gəlmişdir. Bir çox kitabları yenidən çap olunmuş, gündəliklər və yazışmalar nəşr olunmuş, yaradıcılığına həsr olunmuş bir sıra sərgilər və konfranslar keçirilmişdir. Həmçinin Litomışlda Vaçal Muzeyi açılmışdır.