Jan Baptista Jozef Furye (fr. Jean Baptiste Joseph Fourier; 21 mart 1768[1][2][…], Oser, Burqundiya, Fransa krallığı[6] – 16 may 1830[1][2][…], Paris, Burbon restavrasiyası[1]) — fransız riyaziyyatçısı və fiziki.
Jozef Furye | |
---|---|
fr. Jean-Baptiste Joseph Fourier | |
Doğum adı | Jean-Baptiste Joseph Fourier |
Doğum tarixi | 21 mart 1768[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 16 may 1830[1][2][…] (62 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Elm sahələri | riyazi analiz, riyaziyyat, fizika, Afrikanistika, tarix elmi[d], arxeologiya, riyazi fizika |
İş yerləri | |
Təhsili | |
Elmi rəhbəri | Jozef Lui Laqranj[8] |
Tanınmış yetirməsi | Peter Qustav Lejyon Dirixle |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Bir dərzinin oğlu olan Jan Baptista Jozef Furye 21 mart 1768-ci il tarixində Fransanın Oser şəhərində anadan olmuşdur. Hələ 9 yaşında olarkən həm anasını,həm də atasını itirmişdir. Xeyriyyəçi Madam Moiton və Oser qəsəbəsinin baş rahibinə nə qədər təşəkkür edilsə yenə də azdır. Çünki bu xeyriyyəçi şəxslər yetim və kimsəsiz qalan Furyeni şəhərdəki hərbi məktəbə göndərdilər. Furye özünü bu məktəbdə çox yaxşı şəkildə inkişaf etdirdi. Riyaziyyatla ilk dəfə tanış olduqda sehrlənmiş kimi olmuşdur.
1817-ci ildən Paris 1829-cu ildən Peterburq Elmlər Akademiyasının. üzvüdür. İlk elmi tədqiqatları cəbrə aiddir. O cəbri tənliyin verilmiş sərhədlər arasındakı köklərinin sayı haqqında teoremi isbat etmiş (Furye teoremi) Nyutonun verdiyi tənliyin təqribi həlli üsulunun tətbiq edilməsi şərtlərini araşdırmışdır. Füryenin əsas tədqiqat sahəsi riyazi fizika olmuşdur. 1807-1811-ci illərdə o bərk cisimdə istiliyin yayılmasına aid ilk kəşflərini etmiş , 1822-ci ildə isə "İstiliyin analitik nəzəriyyəsi" əsərini çap etdirmişdir. İstilikkeçirmə tənliyi üçün bu və ya digər sərhəd şərtləri daxilində dəyişənlərin ayrılmasını üsulunu vermişdir. Onun "İstiliyin analitik nəzəriyyəsi" əsəri triqonometrik sıralar nəzəriyyəsi və analizin bəzi ümumi məsələlərinin işlənib hazırlanması üçün istinad mənbəyi olmuşdur.Müxtəlif sahələrdə verilmiş funksiyaların triqonometrik sıraya ayrılmasına aid ilk misalları Furye vermişdir. Onun istənilən funksiyanı belə sıraya ayırma cəhdi uğursuz olsa da, o həmin problemə aid böyük işlərin başlanğıcını qoymuşdur. Çoxluqlar nəzəriyyəsi və həqiqi dəyişənli funksiyalar nəzəriyyəsinin yaranması bu tədqiqatlarla bağlıdır.