Jurnalist Həmkarları İttifaqı

Jurnalistlərin Həmkarlar İttifaqı və ya qısaca JuHİAzərbaycan jurnalistlərinin həmkarlar ittifaqı təşkilatıdır. 1997-ci ildə bir qrup peşəkar jurnalistlər tərəfindən yaradılmışdır. Hal-hazırda müxtəlif beynəlxalq təşkilatların, Beynəlxalq Jurnalistlər Federasiyası, IFEX, Türkiyə Qəzetəçilər Federasiyasının üzvüdür.

Təşkilat 28 mart 2000-ci il tarixində rəsmi dövlət qeydiyyatından keçmişdir və hal-hazırda 270 nəfərə yaxın fəal jurnalistlərin səyi ilə fəaliyyət göstərir, beynəlxalq jurnalist qurumları ilə sıx əlaqə saxlayır.

Təşkilatın sədri Müşfiq Ələsgərlidir.

Məqsədi və fəaliyyət istiqamətləri

[redaktə | mənbəni redaktə et]

JuHİ-nin əsas məqsədi kütləvi informasiya vasitələrində fəaliyyət göstərən jurnalistlərin, media ştatının sosial, iqtisadi və əmək hüquqlarını qorumaqdır.

Bundan əlavə təşkilat Azərbaycanda söz və mətbuat azadlığının qorunması, inkişaf etdirilməsi yönündə fəaliyyət göstərir; buna nail olmaq üçün qurum müxtəlif seminarlar, konfranslar keçirir, lazım olduğu zaman proseslərə müdaxilə edir; rüblük və illik hesabatlar hazırlayıb yaymaqla ölkədə jurnalistlərin və söz azadlığının durumuna dair ictimai rəyi formalaşdırır.

JuHİ məqsədinə çatmaq üçün istər hökumət, istərsə də qeyri-hökumət qurumları ilə iş birliyi edir.

Təşkilat 1998-ci ildən etibarən Azərbaycandakı ABŞBritaniya səfirliyinin, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun (Soros Fondu), “Avrasiya” Fondunun, Azərbaycan QHT ŞurasınınKİVDF-nin maliyyə yardımı ilə 20-yə yaxın layihə həyata keçirərək Azərbaycanda söz azadlığının inkişafına ciddi töhfələr verib.

2010-cu ilin fevral ayından etibarən JuHİ Beynəlxalq Jurnalistlər Federasiyasının təşkilati dəstəyi, Avropa Komissiyasının maliyyə yardımı ilə qlobal media təşəbbüsü olan "Etik Jurnalistika Təşəbbüsləri" layihəsini Azərbaycanda reallaşdırır.

Beynəlxalq əlaqələri

[redaktə | mənbəni redaktə et]

JuHİ söz və mətbuat azadlığının təmin olunması istiqamətində işini üç nüfuzlu beynəlxalq jurnalist təşkilatı ilə qurmuşdur:

Ölkədaxili fəaliyyət

[redaktə | mənbəni redaktə et]

JuHİ hal-hazırda daxili strukturlarını möhkəmləndirmək, regionlarda ilk təşkilatlar qurmaq, həmçinin, azad, müstəqil həmkarlar ittifaqı quruculuğu sahəsində təcrübəni, məlumatları yaymaqla məşğuldur.

Təşkilat Azərbaycan Mətbuat Şurasının qurucu üzvlərindəndir. JuHİ sədri Müşfiq Ələsgərli hal-hazırda Mətbuat Şurası (MŞ) İdarə Heyətinin üzvü, MŞ sədrinin müavinidir. Bundan əlavə JuHİ sədri Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondununun (KİVDF) Müşahidə Şurasında təmsil olunur.

JuHİ ölkə daxilində öz fəaliyyətini aşağıdakı QHT-lərlə vaxtaşırı işbirliyində qurur:

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]