Könül Hüseynova

Könül Qabil qızı Hüseynova (8 yanvar 1981, Bakı) — Azərbaycan pianoçusu, pedaqoqubəstəkarı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının professoru; Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru.[1]

Könül Hüseynova
Könül Qabil qızı Hüseynova
Konsert öncəsi
Konsert öncəsi
Digər adı Könül Atakişiyeva
Doğum tarixi 8 yanvar 1981(1981-01-08) (43 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR
Vətəndaşlığı Azərbaycan
Həyat yoldaşı Rəşad Atakişiyev
Atası Qabil Hüseynli
Milliyyəti Azərbaycanlı
Dini İslam
Təhsili
Fəaliyyəti Bəstəkar - pianoçu
Elmi dərəcəsi sənətşünaslıq üzrə fəlsəfə doktoru
Elmi adı Professor
Mükafatları Tərəqqi medalı, Humay mükafatı

1998-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini fərqlənmə attestatı ilə bitirib. Təhsildəki uğurlarına görə Bülbül adına məktəbin "Fəxri fərmanı" ilə təltif olunub. 1998-ci ildə Bakı Musiqi Akademiyasının fortepiano şöbəsinə daxil olaraq professor Yuri Sabayevin sinfində təhsil alıb. 2002-ci ildə həmin təhsil müəssisəsinin bakalavr, 2004-cü ildə isə magistr pillələrini fərqlənmə diplomları ilə bitirib. Təhsil illərində Niyazi adına təqaüdə layiq görülüb. 2004-cü ildə daxil olduğu Bakı Musiqi Akademiyasının əyani aspiranturasında bütün minimumları əla qiymətlərlə tamamlayaraq vaxtından əvvəl dissertasiya işini müdafiəyə təqdim etmiş, 2008-ci ilin may ayında "Azərbaycan musiqi mədəniyyətinin inkişafında Fərhad Bədəlbəyli yaradıcılığının yeri və rolu" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş və sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2008-ci ildə BMA-nın assistent stajorluq pilləsini də fərqlənmə ilə bitirmişdir.

Pedaqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2004-cü ildən Bakı Musiqi Akademiyasının "Konsertmeyster ustalığı" kafedrasında müəllim, 2008-ci ildə baş müəllim, 2010-cu ildən dosent, 2021-ci ildən isə professor vəzifəsində çalışır.

2010-cu ildən həmçinin 1 saylı "İxtisas fortepiano" kafedrasında da fəaliyyət göstərir.

2024-cü ilin iyulundan Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktorudur.[2][3]

Elmi və yaradıcılıq fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

22 çap vərəqi həcmində "Musiqimizin Fərhadı" adlı monoqrafiyanın, "Robert Şumanın "Şairin məhəbbəti" vokal silsiləsinin ifaçılıq xüsusiyyətləri" adlı dərs vəsaitinin, "prof. Y. Sabayevin metodikası", "Robert Şumanın "Simfonik etüdlər" silsiləsinin ifaçılıq xüsusiyyətləri" və s. mövzuları əhatə edən elmi əsərlərin müəllifidir və hazırda yeni elmi tədqiqat mövzuları, həmçinin doktorluq dissertasiyası üzərində işlərini davam etdirir. 30-dan artıq elmi məqalənin və 2 metodik vəsaitin müəllifidir.

Fərhad Bədəlbəyli yaradıcılığının sahələrini əks etdirən, 2011-ci ilin 23 fevral tarixində təqdimatı keçirilmiş elmi saytın müəllifidir.

2019-cu ildə Əməkdar incəsənət xadimi, professor Nailə İbrahimovanın həyat və yaradıcılığını əks etdirən kitabın və bu mövzuda çəkilmiş "Qəlbimizdə yaşayan insan" sənədli filminin ssenari müəllifi olaraq səsləndirilməsini də həyata keçirmişdir.[4][5]

R. Şumanın "Şairin məhəbbəti" vokal silsiləsi (2013) və R. Leonkovallonun "Məzhəkəçilər" operası (2015), Ş. Qunonun "Faust" operasından səhnələr (2018), Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş (2023), Gənclər gününə həsr olunmuş "İstedadlı gənclərin musiqi dünyası" (2024) adlı irihəcmli opera səhnələrindən və instrumental musiqidən ibarət və b. konsert-layihələrini tələbələri ilə birlikdə təqdim etmişdir. K. Hüseynovanın tələbələri Beynəlxalq və Resbublika müsabiqələrinin laureatlarıdırlar.

Son zamanlarda vətənpərvərlik mövzusunda ciddi bəstəkarlıq fəaliyyəti ilə məşğul olur. Onun 2020-ci ilin noyabr ayında Azərbaycan şəhidləri və Azərbaycan Ordusunun ermənilər üzərində qazandığı qələbələrə həsr edilmiş, söz və musiqisinin özünə məxsus olduğu, Xalq artistləri Fidan HacıyevaSamir Cəfərovun ifasında "Yenilməzsən Azərbaycan" musiqili layihəsi təqdim olunub.[6][7] Bunlardan əlavə bu mövzuda "Şəhidlik zirvəsində"(söz. Xalq şairi Vahid Əziz)[8], "Şuşam mənim" (söz. Vahid Əziz)[9], "Murov qartalı" (söz. Könül Hüseynova)[10][11] "Zəfər"(söz. Ramiz Abdullayev), "Yuxunda görmüsən" "(söz. V. Əziz)[12] , "Qəhrəman övladıyıq" (söz. K. Hüseynova), "Qoruyaq dünyamızı" (söz. V. Əziz), "Vətən qəhrəmanı" (söz. V. Əziz), "Azərbaycan əsgəri" (söz. H. Mansurov) mahnıları da məşhur ifaçılar tərəfindən ifa olunur. Bu mahnılardan əlavə müxtəlif mövzuları əks etdirən "Deyəsən" (söz. V. Əziz), "Fərəh" (söz. K. Hüseynova), "Oğlum" (söz. K. Hüseynova) mahnıların da müəllifidir.

1996–98-ci illərdə N. Əliverdibəyov adına pianoçuların ümumşəhər müsabiqəsinin diplomantı, "Azərbaycan musiqisi" festivalının laureatı olub.

2007-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilmiş "Elmi məqalələr müsabiqəsi"ndə diploma layiq görülmüşdür.

2007-ci ildə yazdığı "Musiqimizin Fərhadı" adlı monoqrafiyası[13] 2008-ci ildə Kitab nominasiyası üzrə "Humay" Milli Mükafatına layiq görülmüşdür.

Azərbaycanın 4-cü prezidenti İlham Əliyev tərəfindən 2021-ci ildə "Tərəqqi" medalı ilə təltif edilib.[14][15]

Beynəlxalq müsabiqə

[redaktə | mənbəni redaktə et]

2023-cü ildə Türkiyənin Antalya şəhərində keçirilən Harmony XI Beynəlxalq İfaçılıq müsabiqəsində fortepiano dueti nominasiyası üzrə 1-ci dərəcəli mükafata layiq görülərək qalibi olmuşdur. Elə həmin müsabiqə çərçivəsində keçirilən festivalda da müəllifi olduğu "Qoruyaq dünyamızı" əsəri ilə uğurla çıxış etmişdir. Bu müsabiqə və festivalda Könül Hüseynovanın duet həmkarı Azərbaycan Respublikasının əməkdar artisti Nigar Məlikova idi.[16]

Könül Hüseynova eyni zamanda solo və konsertmeyster kimi Azərbaycanda və xaricdə keçirilən konsertlərdə çıxış edir.

Fransanın paytaxtı Paris şəhərində Bakı Mədəniyyət Evinin konsert salonunda Azərbaycanın Xalq artisti Fidan Hacıyeva ilə birgə konserti (24 may 2022), Bakıda Beynəlxalq Muğam Mərkəzinin səhnəsində qardaşı, Almaniyada fəaliyyət göstərən pianoçu, Beynəlxalq müsabiqələr laureatı Toğrul Hüseynli ilə birgə "Romantik ruhun yüksəlişi" adlı konsert proqramları (23 dekabr, 2023) olub. Azərbaycanın böyük səhnələri — Heydər Əliyev Sarayı, Heydər Əliyev Mərkəzi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən konsert tədbirlərində[17] və b. böyük konsert salonlarında çıxışlar edib.

Beynəlxalq konfranslar

[redaktə | mənbəni redaktə et]

1. F. Bədəlbəylinin 70 illik yubileyinə həsr olunmuş elmi — praktik konfrans. "Fərhad Bədəlbəylinin ifaçılıq sənətinin xüsusiyyətləri" mövzusunda çıxış. 2017.

2. Əməkdar İncəsənət Xadimi , professor Nailə İbrahimovanın xatirəsinə həsr olunmuş "Azərbaycan konsertmeyster sənətinin inkişafında professor Nailə İbrahimovanın yeri və rolu" mövzusunda elmi — praktik konfrans. 2019.

3. "Şərq-Qərb Musiqi Mədəniyyətlərinin Dialoqları" adlı Beynəlxalq elmi-praktik konfrans. Bakı 2021.

4."Şərq-Qərb Musiqi Mədəniyyətlərinin Dialoqları" adlı Beynəlxalq elmi-praktik konfrans. Bakı 2022.

5. "Rast Music Congress" adlı Beynəlxalq konfrans. Türkiyə — Antalya 2023.

6. "Şəxsiyyət- təhsil-yaradıcılıq" XXI əsrin musiqi mədəniyyətində mövzusunda I Beynəlxalq elmi-praktik konfrans. Qazaxıstan — Almatı 2024.

7. "Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri" adlı beynəlxalq elmi — praktiki konfrans. Bakı 2024.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Azərbaycanlı siyasətçi, Azərbaycanın sabiq dövlət müşaviri, fəlsəfə elmləri doktoru, professor Qabil Hüseynlinin qızıdır.[18]

2019-cu ildə Xəzər dənizində baş vermiş təyyarə qəzasında həlak olmuş Azərbaycanın hərbçi-pilotu polkovnik-leytenant şəhid Rəşad Atakişiyevin həyat yoldaşı idi, 2 oğlu var.[19][20]

  1. "Şəhid Rəşad Atakişiyevin xanımına vəzifə verildi". Oxu.az (az.). İstifadə tarixi: 2024-07-05.
  2. "Nazir şəhid Rəşad Atakişiyevin xanımına vəzifə verdi". Qaynarinfo (az.). İstifadə tarixi: 2024-07-05.
  3. "Şəhid Rəşad Atakişiyevin xanımına vəzifə verildi". Qafqazinfo (az.). 2024-07-05. 2024-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-05.
  4. "Nailə İbrahimovanın yeri və rolu" mövzusunda keçirilmiş Elmi-Praktik Konfrans öz işini başa çatdırdı". www.musicacademy.edu.az (az.). 2023-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-04.
  5. "В БМА почтили память профессора Наили Ибрагимовой - ФОТО". Day.Az (rus). 2019-05-29. 2019-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-04.
  6. ""Yenilməzsən Azərbaycan!" musiqi kompozisiyası - VİDEO". az.azvision.az. İstifadə tarixi: 2024-07-04.
  7. ""Yenilməzsən Azərbaycan" layihəsi əsasında klip hazırlanıb". az.azvision.az. İstifadə tarixi: 2024-07-04.
  8. Bayramova, Sevda. "Mərhum pilot Rəşad Atakişiyevin xanımı şəhid Ülviyə MAHNI HƏSR ETDİ - VİDEO - FOTOLAR". News24.az (az.). 2023-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-04.
  9. "Rəşad Atakişiyevin xanımının bəstəsinə klip çəkildi". Qafqazinfo (az.). 2021-05-26. İstifadə tarixi: 2024-07-04.
  10. "Xalq artisti qəhrəman döyüşçümüz haqqında mahnı oxudu - Video". Kulis.az (az.). İstifadə tarixi: 2024-07-04.
  11. "Şəhid polkovnik-leytenant Raquf Orucova mahnı həsr edildi - VİDEO". modern.az (az.). 2024-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-04.
  12. "Şəhid polkovnik-leytenant Soltan Məmmədovun anım gününə həsr olunmuş "Təki Vətən Yaşasın" adlı tədbir keçirilib". terter-ih.gov.az (az.). İstifadə tarixi: 2024-07-04.
  13. "Вышел в свет первый том двухтомника о жизни и творчестве народного артиста Фархада Бадалбейли". Azərtac.
  14. Əliyev, İlham. "Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarının təltif edilməsi haqqında". president.az (az.). 2024-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-04.
  15. "Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə bir qrup əməkdaşı təltif olunub". medeniyyet.az (az.). 2024-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-04.
  16. "Azərbaycanlı pianoçular beynəlxalq müsabiqənin qalibi olublar - FOTO". Xəzər Xəbər (az.). 2023-05-05. 2023-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-04.
  17. "Qəhrəman övladlarının Şuşaya incəsənət töhfəsi". Azərtac.
  18. A. Qorxmaz. "Məşhurların övladları: Qabil Hüseynlinin musiqiçi qızı - Mətin pilotun xanımı - DOSYE". modern.az (az.). 2024-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-04.
  19. "Rəşad Atakişiyevin xanımından ÜRƏKDAĞLAYAN SÖZLƏR". Baku.ws (rus). İstifadə tarixi: 2024-07-04.
  20. "Pilotun xanımı: "Oğluma necə deyəcəm ki, atan bir də qayıtmayacaq?" - FOTOLAR". Yeni Avaz. 2023-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-04.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]