Kürmük məbədi[1] (gürc. ქურმუხის წმინდა გიორგის ეკლესია, Müqəddəs Georgi Kilsəsi) — Azərbaycanın Qax rayonu ərazisində vaxtilə mövcud olmuş qədim gürcü məbədinin (I-III əsrlədə mövcud olub) qalıqları üzərində XIX əsrdə Çar Rusiyası tərəfindən bölgəni xristianlaşdırmaq və dini dayaq yaratmaq məqsədilə inşa olunmuş kilsədir .
Kürmük kilsəsi Müqəddəs Georgi kilsəsi | |
---|---|
41°23′20″ şm. e. 46°55′15″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Qax |
Yerləşir | Əmbərçay |
Aidiyyatı |
Alban Həvari kilsəsi Gürcü Pravoslav Kilsəsi |
Tikilmə tarixi | I-III əsrlər – 1894 |
İstinad nöm. | 4581 |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Dilçi alim Zaza Aleksidzenin fikrincə Kürmük adı udicə "kur" (quyu, çuxur, çala) və "-mux" isə Qafqaz Albanlarının dilində çoxluq mənasını qatan şəkilçidir. Onun fikrincə, Kürmük Müqəddəs Yeliseyin bütpərəstlərlə qarşılaşıb öldürüldüyü Zerqoyn düzünün xristianlıqdan sonrakı adıdır.[2]
2006-cı ilin sentiyabrında məbədin cənub ərazisində aparılan arxeoloji qazıntılar zamanı 4 dəfə (I-III əsrlər, IV-VII əsrlər, VIII-XI əsrlər və XIX) mərhələli şəkildə müxtəlif vaxtlarda əsrlərdə yenidənqurma-bərpa işlərinə məruz qalması məlum olmuşdur. Ərazidə aparılan arxeoloji qazıntılar zamanı müəyyən olunmuşdur ki, kilsə qədim məbədin qalıqları üzərində inşa olunmuşdur. Kilsənin adı Gürcü mənbələrində ilk dəfə 1310-cu ildə Gürcü patriarxı III Evktim (1310–1325) tərəfindən ziyarət olunarkən xatırlanır. Maqelaşvili İncilləri adlanan bu mənbəyə görə patriarx Kiş-Kürmük arxiyepiskopu Kirill Donaurini ziyarət etmiş, ona tapşırıqlar vermişdi.[3]
Kilsə 1614-1617-ci illərdə Şah Abbasın yürüşü zamanı dağıdılıb, İlisu sultanlığını işğal edən Çar Rusiyası isə xristianlığı yaymaq üçün "Qafqazda Xristianlığın Bərpası İdarəsi" vasitəsilə qədim məbədin qalıqları üzərində yeni kilsə tikmişdir.[4] Kilsənin bərpası 1891-ci ildə başlayıb və 1894-cü ildə bitirilib. Kilsənin ilk rəhbəri Mixail Kuloşvili (1825–1918) təyin edilib. Sovet dövründə bina kinoteatr kimi istifadə edilib.[5]
Gürcü Pravoslav Kilsəsi tərəfindən Qax və Kürmük yeparxiyasının ikinci böyük kafedralı hesab olunur. Azərbaycan Mədəniyyət Nazirliyinə əsasən isə Kürmük alban kilsəsidir.[6] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahıya əsasən «Kürmük» məbədi tarix və mədəniyyət abidəsi kimi qeydiyyata götürülmüşdür. Rəsmi olaraq dini abidə sayılmasa da, burada hər il Kürmükoba bayramı keçirilir.