Müqəddəs Yelisey

Müqəddəs Yelisey (Qafqaz Albanlarının dilində: 𐔴𐔾𐔼𐕐𐔰) və ya Eqişe (erm. Եղիշե) - Ənənəvi olaraq Qafqaz Albaniyasına xristianlığı yayan ilk həvari kimi qəbul edilən müqəddəs.

Müqəddəs Yelisey
𐔴𐔾𐔼𐕐𐔰
Müqəddəs Yelisey. Terenti Fomin stilində hazırlanmış ikona
Müqəddəs Yelisey. Terenti Fomin stilində hazırlanmış ikona
Rütbə Həvari, Rəhbər, Şəhid
Doğum tarixi I əsr
Doğum yeri Yerusəlim
Vəfat tarixi 74 və ya 79
Vəfat yeri Şəki və ya Qax
Qeyd edilir Alban Avtokefal Həvari Kilsəsi
Əsas məbədi Kiş kilsəsi
Xatirə günü 20 iyul
Himayədar Azərbaycan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müqəddəs Yelisey ilə bağlı əfsanənin “Albaniyanın tarixi”ndə iki versiyası var. Hər iki versiyada Müqəddəs Yeliseyin Kişdə ilk kilsənin əsasını qoyduğu, Yerusəlimdə İsanın qardaşı, Həvari Yaqub tərəfindən Albaniyanın ilk patriarxı kimi təqdis olunduğu qeyd edilir. Lakin versiyalar əfsanənin davamı ilə bağlı məsələdə fərqlənir.

Bu versiyaya əsasən Eqişe Müqəddəs Faddeyin tələbəsi idi. Müqəddəs Faddeyin maskutlar tərəfindən şəhid edilməsindən sonra Yerusəlimə qayıdaraq, hadisə barədə digər həvarilərə danışıb və orada Yerusəlimin ilk patriarxı, İsa Məsihin qardaşı Həvari Yakov tərəfindən təyinat almışdı. Daha sonra Yerusəlimdən İrana oradan da maskutların ölkəsinə gəlir və öz təbliğatına Çolada başlayır, oradan Uti vilayətindəki Soğarn şəhərinə gəlir. Soğarnda çoxlu şagird yığır və çoxunu dinə gətirir. 3 şagirdindən biri şəhid edilir, digər ikisi Yeliseyi tərk edir. Bundan sonra isə Gis zonasına gələrək Kiş kilsəsini tikir. Lakin bəzi tədqiqatçılar bu marşrutun doğruluğuna inanmır. Onların fikrincə Yelisey əvvəl Uti vilayətinə gəlmiş, Kiş, Çola, Axtı, Zrıx, Müxrək, Qelmets marşrutu ilə hərəkət etmişdir.[1] Araşdırmaçıların fikrincə Müqəddəs Yelisey 60-cı illərdə fəaliyyət göstərmişdir.[2] Kişdə kilsəni tikdikdən sonra bütpərəstlərin yandıraraq tanrılara insan qurban verdiyi, müqəddəs sayılan Zerqoyn düzənliyinə çatır. Burada kimliyi naməlum şəxslər tərəfindən şəhid edilərək cəsədi Homenk (Qelmets) kəndində şəhid edilmişdir və bir çuxura atılmışdır.[3]

İkinci versiyada bu kimi detallı məlumatlar verilməsə də, bu versiyaya görə İsanın şagirdlərindən biri Yelisey Yerusəlimdə İsanın qardaşı, Həvari Yaqub tərəfindən təqdis edilərək Ermənistanda hərhansı bir kilsə olmazdan əvvəl Kişdə kilsə tikir. Zaza Aleksidzenin fikrincə Müqəddəs Yeliseyin şəhid edildiyi yer Kürmükdür. Belə ki, “Kur” udicə "quyu, çuxur, çala" mənalarını verir, "-mux" isə Qafqaz Albanlarının dilində çoxluq bildirən şəkilçidir. Tədqiqatçıların fikrincə Kürmük məbədi Yeliseyin şəhid edildiyi yerdə tikilə bilərdi.[4] Bu iki versiya arasındakı əsas fərqin Həvari Faddeyin tələbəsi olmağa bağlayan Aleksidze birinci hekayənin Yeliseyin birbaşa Yerusəlimdən təqdis edilmədiyini, sonradan, dolayı yola Ermənistana xristianlığı gətirən Faddeyin tələbəsi olduğunu deyir. O, bu hekayəni əfsanəyə sonradan əlavə edilmiş erməni uydurması sayır.

Müqəddəs Yeliseylə bağlı toponimlər və kilsə adları daha çox Şəki-Qəbələ zonasındadır. H. Arakelyanın fikrincə Yelisey adının şimalda daha çox qorunub saxlanması məhz bu kultun orada başlandığını deməyə əsas verir. Həmçinin bu udilərin öz etnik kimliklərini qoruyub saxlaması üçün də açar rolunu oynayıb.[5] Müqəddəs Yelisey nə katolik, nə pravoslav, nə də erməni kilsələri tərəfindən müqəddəs kimi qəbul edilmir.

Müqəddəs Yelisey və şagirdləri ilə bağlı əsas ziyarətgahlar Şəki-Qəbələ zonasındadır. Müqəddəs Yeliseyin şagirdlərinin üçünün qəbri bilinir. Biri Nicdədir - Cotari kilsəsi Yeliseyin şagirdi Şəhid Vlasın qəbri üzərində tikilib. Biri Komratdır, hazırda Kor Murad ibn Əli ibn Əbu Talibin pirinə çevrilib. Digəri isə, müasir Oğuzda yerləşir.

Həsr edilmiş kilsələr

[redaktə | mənbəni redaktə et]
  1. Ибрагимов Г. Христианство у цахуров. Альфа и Омега. № 1(19). М., 1999. С.174.
  2. Kanançev Z. - Qafqaz Albaniyası həvari xristianlığı tarixindən. Almanax «The history of Caucasus» №2. Bakı, 2002. səh.62-63.
  3. C. F. J. Dowsett (1961), “Albaniyanın tarixi” (The History of Caucasian Albanians), II kitab, 48-ci fəsil
  4. J. Gippert, W. Schulze, Z. Aleksidze, J.-P. Mahé - The Caucasian Albanian Palimpsests of Mount Sinai, Brepols Publishers, ISBN 978-2-503-53116-8, 2008; 1-ci cild, səh. xii
  5. H.S.Arakelyan - Եղիշե առաքյալի պաշտամունքն ուդիների մեջ և ուտի գավառի հարցի շուրջ Arxivləşdirilib 2020-06-28 at the Wayback Machine - Культ апостола Егише среди удин и к вопросу о провинции Утик - Yeghishe Apostle's cult among udins and to the questioո of Utik province. Lraber hasarakakan gitutʻyunneri, nömrə 6, ISSN 0320-8117, səh. 69-86