Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Kəmalə Abiyeva (Abiyeva Kəmalə Aydın qızı) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü.[1]
Kəmalə_Abiyeva | |
---|---|
Abiyeva Kəmalə Aydın qızı | |
Doğum yeri | |
Fəaliyyəti | şair |
Üzvlüyü |
Kəmalə Abiyeva Azərbaycanın cənub bölgəsinin Astara şəhərində müəllim ailəsində anadan olub. Kiçik yaşlarından ailəsi Bakıya köçüb.
Bakının indiki Yasamal rayonundakı 52 nömrəli orta məktəbi bitirib. ADPU-nin fizika fakültəsində ali təhsil alıb.
Pedaqoji fəaliyyətə həmin ildə Abşeron rayon Masazır kəndində başlayıb.
1980-ci ildən Bakının Yasamal rayonundakı Aslan Ağaverdiyev adına 31 nömrəli tam orta məktəbdə işləyir. "Qabaqcıl təhsil işçi"sidir. 10 və 11-ci sinif "Fizika" dərsliyinin rəyçilərindən biridir. Onlarla elmi-metodiki məqalənin müəllifidir. Pedaqoji fəaliyyətiylə yanaşı bədii yaradıcılıqla da məşğul olub.
İlk şeir və hekayələrini 70-ci illərdə hələ məktəbli olarkən yazıb. Tələbəlik illərində ara-sıra mətbuatda şeirləriylə çıxış etsə də, bədii yaradıcılığa 80-ci illərdə başlayıb. 1988-ci ilə qədər şeirləri o dövrün bütün mətbuat orqanlarında, qəzet və jurnallarında, eləcə də müxtəlif almanaxlarda — "Azərbaycan", "Gənc istedadlar","Yaşıl budaqlar", "Bahar çiçəkləri" və s. dərgilərdə yer alıb və həmin illərdə Azərbaycan Dövlət Televiziya və Radio Şirkətinin müxbiri işləyib.
1981-ci ildə yaradılan Azərbaycan LKGİ-nın Respublika Gənc Yazıçılar birliyinin üzvü olub.
1988–1998-ci illərdə Qarabağ hadisələri ədəbi fəaliyyətində durğunluq yaratdı.
1999-cu ildə istedadlı bəstəkar Aygün Səmədzadənin bəstələdiyi "Məktəb illəri" mahnısının söz müəllifidir.[2] Həmin ildə "Yağış yağır bu şəhərə" əsəri oxuculara təqdim olundu. Altı şeir və bir şeir və hekayələr kitabının müəllifidir. Sözlərinə yazılan onlarla mahnı –"Məktəb illəri", "Bu dünyanı nağıl bilək", "Özün günahkarsan", "Uşaqlığım", "Bu sevgi", "Bakı haqqında nağıl", "Azərbaycan", "Yada salma özünü" və s. dillər əzbəridir. Sözlərinə ilk mahnıları Oqtay Kazımi yazsa da, Aygün Səmədzadə, Kamal, Elçin İmanov, Nadir Əzimov, Tahir Əkbər, Aynur Adil qızı və başqa bəstəkarlarla uzun müddətdir yaradıcılıq əməkdaşlığı edir.
İstedadlı yazar Aysel Əlizadənin rus dilindən tərcümə etdiyi kitabların redaktorudur: Oşo -"Kişilərin kitabı", "Qadınların kitabı"; Platonov "Kotlovan"; Aqata Kristi "Qolf meydançasında qətl" bu qəbildən olan tərcümə kitablarıdır. Şeirləri rus, özbək, türk, ingilis dillərinə tərcümə olunub. Kəmalə Abiyeva Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.