Kəngərlinskilər

KəngərlilərAzərbaycan xalqının tanınmış soylarından biri. Sonradan Naxçıvanskilər soyadını götürdülər.

Kəngərlilər
Naxçıvanskilərin gerbi[1]
Naxçıvanskilərin gerbi[1]
Qohum soylar Qacarlar
Budaqları Kəngərlinski, Kəlbəlixanovlar, Naxçıvanskilər, Zülfüqarxanovlar Zamanbəyovlar
Mənşəyi Naxçıvan
Təbəəliyi Naxçıvan xanlığı,
Rusiya imperiyası

Soyun yaranması

[redaktə | mənbəni redaktə et]

Ustaclı elinə qatılan oymaqlardan biri də Kəngərlidir. Kəngərli oymağı öncə Qaradağda məskunlaşmışdı. 1603-cü ildən sonra Şah Abbasın əmri ilə Naxçıvan vilayətində yerləşdilər. Oymağın bir qolu da Astarabadda yaşam sürürdü. Kəngərli oymağının məşhur nümayəndələrindən biri Xəlil ağadır. Xəlil ağa I Şah Təhmasibə xidmət etmişdi. Kəngərli oymağının ünlü əmirlərindən biri də Cəfər bəydir. Cəfər bəy I Şah Təhmasibə qulluq etmişdi. Hicri təqvimlə 970 (1562/63)-ci ildə Osmanlı dövlətinə elçilik missiyasını yerinə yetirmişdi. Şahdan sultan ünvanı almışdı. Cəfər sultanın Bəylərverdi bəy, Allahqulu bəy adlı oğulları vardı. Bəylərverdi bəy Şah Məhəmməd Xudabəndənin tanınmış əmirləri sırasında idi. Mürşüdündən xəlifə ünvanı almışdı. Cəfər sultanın ikinci oğlu Allahqulu bəy Şah Məhəmməd Xudabəndənin və I Şah Abbasın şahlığı dönəmində üzdə olmuşdu. Şahdan sultan ünvanı almışdı. Kəngərli oymağının tanınmış simalarından biri də Şahverdi bəydir. Şahverdi bəy Astrabadda olurdu. Sədrəddin xan Kəngərli-Ustaclının mülazimi idi. Kəngərli oymağının məşhur əmirlərindən biri də Mustafa bəydir. Mustafa bəy öncə sultan, sonra xan ünvanı almışdı. Təbəs vilayətinə hakim təyin olunmuşdu. Özbəklərin hücumu zamanı Təbəs qalasında mühasirəyə düşmüşdü. Avşar elinin yardımı nədənində mühasirədən qurtulmuşdu. 1594-cü ildə Mustafa xan özbəklər tərəfindən öldürüldü. Kəngərli oymağının tanınmış əmirlərindən biri də Maqsud bəydir. Maqsud bəy I Şah Abbasın fərmanı ilə sultan ünvanı alıb 1589-cu ildə Qaradağa hakim təyin edilmişdi. 1603-cü ildə Naxçıvan vilayətinə dəyişilmişdi. Kəngərli oymağının məşhur simalarından biri də Mahmud sultandır. Mahmud sultan I Şah Abbasın əmri ilə 1603-cü ildə Naxçıvana gəlmişdi. Mahmud sultanın Nadir bəy adlı oğlu vardı. Nadir bəy Şah Səfinin ağalığı dönəmində Naxçıvanın hakimi olmuşdu. Kəngərli oymağının sədalı əmirlərindən biri də Murad bəydir. Murad bəy I Şah Təhmasibdən öncə sultan, sonra xan ünvanı almışdı. Şah Məhəmməd Xudabəndənin şahlığı dönəmində seçkin əmirlər sırasındaydı. Kəngərli oymağının səsli oğullarından biri də Muradxan bəydir. Muradxan bəy sultan ünvanı ilə 1668-ci ildən Naxçıvan vilayətinin hakimi olmuşdu. Muradxan sultanın Əliqulu bəy adlı oğlu vardı. Əliqulu bəy Şah Abbasın hakimiyyəti illərində Gürcüstana yürüş etmişdi. Öncə sultan, sonra xan ünvanı almışdı. Atasından sonra Naxçıvana hakim təyin olunmuşdu. Kəngərli oymağının tanınmış əmirlərindən biri də Murtuzaqulu xandır. Murtuzaqulu xan Astrabad vilayətinin hakimi olmuşdu. Murtuzaqulu xanın Səfiqulu xan, Vəliqulu xan, Heydərqulu xan, Abbasqulu xan oğulları, Şahşərəf xanım, Fəxri xanım, Nəşidə xanım, Sitarə xanım, Xurşidbanu xanım və Soltan xanım adlı qızları vardı. Səfiqulu xan Şah Sultan Hüseyn Səfəvinin hakimiyyəti dönəmində Naxçıvanın hakimi olmuşdu. Kəngərli oymağının ünlü oğullarından biri də Əliməhəmməd bəydir. Əliməhəmməd bəy oymaq başçısı olmuşdu. Əliməhəmməd bəyin Məhəmmədkərim bəy adlı oğlu vardı. Məhəmmədkərim bəy II Şah Abbas Səfəvinin hakimiyyəti illərində sultan ünvanı ilə Kəngərli oymağına başçı təyin edilmişdi. Onun soyu sonralar Kərimsultanlı adlandı. Kəngərli oymağının səsli oğullarından biri də Məhəmmədrza bəydir. Məhəmmədrza bəy öncə sultan, sonra xan ünvanı almışdı. 1678-ci ildən 1691-ci ilədək Naxçıvanın hakimi olmuşdu. Pak əqidəli olduğundan Şah Sultan Hüseyn Səfəvinin hakimiyyəti dönəmində xəlifətülxülafa vəzifəsinə yüksəlmişdi. Kəngərli oymağı Ustaclı elinin tərkibindən çıxıb, müstəqil elə çevrildi. Kəngərli elinin bəydili, qaracadağlı, yurdçu, qaradolaq, sarvanlar, xalxal, pirhəsənli, qızıllı, ağabəyli, salahlı, həmən, qaraxanbəyli, hacılar, cəmşidli, bilici, qızılqışlaq, cağatay, qaracallı, kəlfirli, ərəfsəli, əlixanlı, qarabulaqlı, qarahəsənli, rəiyyətli, tatarlı, bulaqarlı, didvarlı, ələkbərli, kərəmpa və başqa oymaqları vardı. Kəngərli eli Naxçıvanda müstəqil xanlıq qurmuşdu.

Soyun tanınmış nümayəndələri

[redaktə | mənbəni redaktə et]

1816-cı il mayın 12-də Naxçıvan xanı Kəlbəli xan Naxçıvan şəhərində Rusiya generalı A. N. Yermolovu qəbul edərkən demişdi ki, Naxçıvanı üç əsr onun Kəngərli nəsli idarə etmişdir[2] İ. P. Petruşevski yazır: "Zəngin Naxçıvan ölkəsi qızılbaş ustaclu tayfasının bir qolu olan Kəngərli tayfasının irsi ülkası idi"[3]

  1. Гулордава Д. А. Герб рода Ханов Нахичеванских // В сб. Известия Азербайджанс кого Историко-родословного общества. Баку, 2001. Вып. 2. С. 84-86.
  2. Köçərli Tofiq Qasım oğlu. Akademik Naxçıvan: uydurmalar və tarixi həqiqətlər. Bakı – "ELM" — 2005
  3. Петрушевски И. П. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI-начале — XIХ вв. Л., 1949.

[1]