Qönçəbəyim

Qönçəbəyim və ya Qönçəbəyim Naxçıvanskaya (1827, Naxçıvanbilinmir) — Naxçıvan xanları ailəsindən olan Azərbaycan şairəsi. Naxçıvanın sonuncu xanı olan Ehsan xanın qızıdır.[1]

Qönçəbəyim
Doğum tarixi 1827
Doğum yeri
Vəfat tarixi bilinmir
Atası Ehsan xan Kəngərli
Fəaliyyəti şair
Əsərlərinin dili Azərbaycan dili
Vikimənbənin loqosu Qönçəbəyim Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyat və yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

"Naxçıvanın sonuncu xan"ı olan Ehsan xanın qızıdır. 1827 ildə Naxçıvanda açılmış rus məktəbinə daxil olmuş, rusfars dillərini öyrənmiş, Şərq ədəbiyyatına maraq göstərmişdir. "Qönçeyi-ülfət" ədəbi məclisinin iştirakçılarından olmuşdur. "Bəyim" təxəllüsü ilə lirik şerlər yazmışdır. "Şahzadə İbrahim" dastanına daxil edilən və Bəyimin dilindən deyilən şerlərin bir qisminin ona aidliyi ehtimal olunur. Ehsan xanla tanış olan gürcü şairi Nikolaz Barataşvili Naxçıvanda ikən onunla görüşmüş (1845), yaradıcılığı ilə maraqlanmış, ona şeir həsr etmiş ("Qoncabəyimin nəğməsi"), bir şerini gürcü əlifbası ilə köçürərək, tərcümə olunmaq üçün Tiflisə göndərmişdi. O, həmin şerin məclislərdə oxunması üçün xanəndə Səttara və şəkili Cəfərə verilməsini məsləhət görmüşdü. İ.K.Yenikolopovun yazdığına görə, Barataşvilinin ondan tərcümə etdiyi bir şeri xanəndə Səttar gürcü dilində ifa edirmiş.[2][3][4]

Xanlığın Rusiya tərəfindən işğal edilməsindən sonra ailə soyadını Naxçıvanski olaraq dəyişdirmişdir. Qönçəbəyim xanımın iki qardaşı İsmayıl xan NaxçıvanskiKəlbəli xan Naxçıvanski Rusiya imperiyasınnı məşhur generallarından olmuşdurlar. Həmçinin bu qardaşların bir neçə övladı da hərbçi olmuşdur. Bunlardan ən məşhuru isə Hüseyn xan Naxçıvanskidir.[5]

Naxçıvanskilər

[redaktə | mənbəni redaktə et]
Kəlbəli xan Kəngərli
 
 
Ehsan xan Kəngərli
(1789—1846)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

İsmayıl xan
Naxçıvanski

(1819—1909)

Kəlbəli xan
Naxçıvanski

(1824—1883)

Qönçəbəyim
(1827—?)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Ehsan xan
Naxçıvanski

(1855 — 1894)
 

Cəfərqulu xan
Naxçıvanski

(1859—1929)

Hüseyn xan
Naxçıvanski

(1858-1919)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Kəlbəli xan
Naxçıvanski

(1891—1931)
 

Cəmşid
Naxçıvanski

(1895—1938)

Davud xan
Naxçıvanski

(?—1934)


  1. "Azərbaycan qadın şairləri antologiyası", Bakı: "Avrasiya press", 2005. səh.58.
  2. Azərbaycan qadın şairləri antologiyası. Baku: Avrasiya Press. 2005. 58.
  3. Azərbaycan Qender İnformasiya Mərkəzi . Qönçəbəyim
  4. Zülfiyyə Əliyeva. "Kəngərli nəslinin qadın nümayəndələri Xan Sarayının ekspozisiyasında". medeniyyet.nakhchivan.az. 2021. İstifadə tarixi: 4 July 2022.
  5. Алиханов, Bruce R. Оборона Баязета — рассказ генерал-лейтенанта хана Нахичеванского. Berlin: Кавказ. 198–203. ISBN 0-786918-50-0.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]