Kərrar Mikayılov

Kərrar Qədir oğlu Mikayılov (1910, Ağdam, Şuşa qəzası8 mart 1980, Ağdam) — maarif xadimi, müəllim.

Kərrar Mikayılov
Kərrar Qədir oğlu Mikayılov
Doğum tarixi
Doğum yeri Muradbəyli, Şuşa qəzası
Vəfat tarixi
Vəfat yeri Ağdam, Azərbaycan SSR, SSRİ

Həyatı[redaktə | mənbəni redaktə et]

Kərrar Mikayılov 1910-cü ildə Şuşa qəzasının Muradbəyli (indiki Ağdam rayonunun Muradbəyli kəndi) kəndində anadan olmuşdur. Ağdamda orta məktəbi bitirdikdən sonra (1928) Quzanlı kəndində ibtidai məktəbdə müəllim, Ağcabədi və Ağdam məktəblərində müəllim, məktəb direktoru (1930-37), müəllim kadrları hazırlayan texnikumda müəllim, direktor (1937-1939), Ağdam Pedaqoji Texnikumunda müəllim (1939-56), Ağdam 1 nömrəli orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi (1956-1971), Göytəpə kənd orta məktəbində müəllim (1971-1980) vəzifələrində işləmişdir. 52 ildən çox pedaqoji fəaliyyət göstərmişdir.

Kərrar Mikayılov Lenin və Oktyabr İnqilabı ordenləri ilə təltif olunmuşdur. O, dəfələrlə Ağdam şəhər Sovetinə deputat, Azərbaycan və SSRİ müəllimlər qurultaylarının nümayəndəsi seçilmişdir.

Kərrar Mikayılov 8 mart 1980 ildə Ağdamda vəfat etmişdir.

biologiya elmləri doktoru, professor Tofiq Mikayılov, coğrafiya elmləri doktoru, professor Nadir Mikayılov Kərrar Mikayılovun oğlanlarıdırlar.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, Sabah, 2001
  • Orxan Zakiroğlu (Baharlı). Ağdam şəhər 1 nömrəli orta məktəbin tarixi (1883-1993). I kitab. Bakı, 2016