Kəsəyən dağ siçancığı

Kəsəyən dağ siçancığı (lat. Calomyscus urartensis) — gəmiricilər dəstəsinin Kəsəyən dağ siçancıqları fəsiləsinə (lat. Calomyscidae) aid növdür.

Kəsəyən dağ siçancığı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Xarici görünüşü

[redaktə | mənbəni redaktə et]

Ölçüləri xırda, quyruğu bədənindən uzundur (uyğun olaraq 101 və 85 mm-ə qədər). Xarici görünüşü siçanşəkilli, qulaqları uzun olub seyrək, zərif tüklərlə örtülmüşdür. Bığları uzundur. Başqa siçancıqlardan fərqli olaraq arxa ətrafları ön ətraflardan xeyli uzundur.

Azərbaycanda və şimal-qərbi İranda yayılmışdır.

Yaşayış yerləri Naxçıvançayın sol sahili boyunca dağlıq çöllər 1660–1700 m hündürlüyə qədər bağlıdır. Dəyişkənliyi öyrənilməmişdir. Tək-tək və ya kiçik qruplar halında məskunlaşır. Gizli həyat tərzi keçirir. Yay vaxtı ancaq gecə, yazda və payızda isə həm də gündüz fəal olur. İqtisadi əhəmiyyəti yoxdur. Epidemoloji rolu aşkar edilməmişdir.

Mart ayının sonundan iyunun əvvəlinə qədər çoxalır. Nəslində 3-5 bala olur. Bəzi fərdlərdə yayın əvvəlində ikinci nəsil olur.

Başlıca olaraq toxumlarmeyvələr, az miqdarda yarpaqlarpöhrələrlə qidalanır.

  • Azərbaycan faunası. X cild. Məməlilər. Bakı, Elm nəşriyyatı, 1978
  • Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar.Bakı, Elm nəşriyyatı, 2004.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0