Kalinin rayonu (rus. Кали́нинский райо́н, başq. Калинин районы) — Rusiyanın subyektlərindən biri olan Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərinin yeddi şəhər rayonundan biri. Kalinin rayonu Ufa şəhərinin şimal-şərqində yerləşir.
Rayon | |
Kalinin rayonu | |
---|---|
rus. Кали́нинский райо́н başq. Калинин районы | |
|
|
Ölkə |
Rusiya Başqırdıstan Respublikası |
Daxildir | Ufa şəhər dairəsi |
Mer | Sergey Petroviç Kojevnikov |
Tarixi və coğrafiyası | |
Yaradılıb | XVI əsrin axırları , 1952-ci il |
Sahəsi |
|
Saat qurşağı |
UTC +6 yayda UTC +7 |
Əhalisi | |
Əhalisi | ▲ 203,873 nəfər (2017) |
Etnik tərkib | Ruslar, başqırdlar |
Dini tərkib | Xristiyanlar, müsəlmanlar |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 347 |
Rayonun ərazisi 201 kvadrat kilometrdir.
XVI əsrin axırlarında hal-hazırda rayonun yerləşdiyi ərazidə, Çernikovo (rus. Черниково) adlı bir kənd yaranmışdır. Bu kəndin adı, əmlak sahibi olan, Nijni Novqorodlu vitze-qubernator Mixail Naqoyun oğlu, İvan Çernikov-Onuçinin adından götürülmüşdür. 23 dekabr 1931 tarixində, Başqırd MSSR-in əmri ilə Çernikov kəndi rəsmiləşdirilmişdir. 1936-cı ildə kənd, Ufa şəhər dairəsinə Stalin rayonu (rus. Сталинский район) adı altında köçürülmüşdür. 1944-ci il dekabr ayının 15-də, RSFSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Stalin rayonu Ufa şəhərindən ayrılmışdır. 1952-ci ildə, şəhər Kalinin rayonu adı altında, Ufa şəhərinin rayonu halına gəlmişdir.
1959[1] | 1970[2] | 1979[3] | 1989[4] | 2002[5] | 2003[6] | 2004[6] |
---|---|---|---|---|---|---|
119,941 | ▲207,020 | ▲219,765 | ▼211,886 | ▼197,233 | ▼196,910 | ▼195,674 |
2005[6] | 2006[6] | 2007[6] | 2008[6] | 2009[7] | 2010[8] | 2013[9] |
▲195,722 | ▼195,502 | ▼195,316 | ▼195,061 | ▼195,014 | ▲197,451 | ▲199,910 |
2014[10] | 2015[11] | 2016[12] | 2017[13] | |||
▼199,883 | ▲201,281 | ▲202,993 | ▲203,873 |
Rayonda 27 böyük və orta həcmli sənaye müəssisəsi fəaliyyət göstərir. Rayonda, Rusiyanın ən böyük müəssisələrindən biri olan "Ufa Motorlu Tikinti İstehsalat Birliyi" (UMTİB) ASC, təyyarə və avtomobil mühərrikləri istehsal edir. UMTİB müəssisəsinin yaxınlığında Ufa şəhər dairəsinin demək olar ki, yarısına istilik təmin edən Ufimskaya CHPP-2 mövcuddur. Rayonda həmçinin, "Başqırdenerqo" ASC, "2 nömrəli Ufa Dəmir-beton Zavodu" ASC, "Steklonit" ASC, "Ufa Ət-qablaşdırma Zavodu" ASC, Vimm-Bill-Denn ASC-nin filialı, "Ufa Çörəyi" ASC və s. müəssisələr fəaliyyət göstərir.
Rayonda 71 bələdiyyə təhsil müəssisəsi var, onlardan 36-ı məktəbəqədər təhsil müəssisəsi, 26-ı ümumi təhsil müəssisəsi, 9-u isə əlavə təhsil müəssisəsidir. Bütün növ təhsil müəssisələrində 26,697 uşaq təhsil alır, 2030 müəllim isə işləyir.
Kalininki rayonunda 12 müalicə və profilaktika müəssisəsi fəaliyyət göstərir.
Kalinin rayonunda dializ mərkəzi, poliklinika, cərrahiyyə kompleksi və 13 saylı şəhər klinika xəstəxanasının yanında yerləşən bələdiyyələr arası onkologiya mərkəzi uğurla fəaliyyət göstərir. Yenidənqurma işlərindən sonra 2014-ci ilin sentyabr ayında Voloqdada 4 saylı uşaq poliklinikasının filialı açılmışdır. Filial artıq 7,000-dən çox uşağa xidmət edir.
Rayonda uşaqlar və gənclər üçün 6 idman məktəbi, N. Qastello stadionu, Yulayevetsin qapalı buz meydançası, süni çəmənli 3 çoxfunksiyalı idman meydançası, 28 futbol məktəbi, 8 buzüstü hokkey meydançası, 25 basketbol və 23 voleybol kortu var.
Rayonda "Pobeda" kinoteatrı, "Pervomayski" mədəniyyət və istirahət parkı, 2 musiqi məktəbi, 9 kitabxana, 18 məktəb muzeyi, MBU "Fedorovski Mədəniyyət Evi" və "Motorostroiteley" Mədəniyyət Sarayı yerləşir.
Kalinin rayonunda, Müqəddəs Nikolay kilsəsi (Şakşe), Boqorodsko-Ufa kilsəsi, Müqəddəs Bahar şapeli, Mədinə məscidi (İnors) yerləşir.