Orconikidze rayonu (rus. Орджоники́дзевский райо́н, başq. Орджоникидзе районы) — Rusiyanın subyektlərindən biri olan Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərinin yeddi şəhər rayonundan biri. Orcoonikidze rayonu Ufa şəhərinin şimal-şərq hissəsində yerləşir.
Rayon | |
Orconikidze rayonu | |
---|---|
rus. Орджоники́дзевский райо́н başq. Орджоникидзе районы | |
54°50′ şm. e. 56°05′ ş. u.HGYO |
|
Ölkə |
Rusiya Başqırdıstan Respublikası |
Daxildir | Ufa şəhər dairəsi |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1956-ci il |
Sahəsi | 146 km² |
Saat qurşağı |
UTC +6 yayda UTC +7 |
Əhalisi | |
Əhalisi | ▼ 166,479 nəfər (2017) |
Etnik tərkib | Ruslar, başqırdlar |
Dini tərkib | Xristiyanlar, müsəlmanlar |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 347 |
Orconikidze rayonu Ufa şəhər dairəsinin şimal-qərb hissəsində yerləşir. Rayonun cənubunda və qərbində Kalinin rayonu, cənub-qərbində isə, Oktyabr rayonu yerləşir. Orconikidze rayonunun ərazisi 14,600 hektardır.
Hal-hazırkı rayon ərazisində, Çernikov, Aniçkov, Boniye və başqa kəndlər yerləşirdi. Daha sonra ərazi, Boqorodskaya adı altında, Ufa rayonunun bir hissəsi halına gəlmişdi. Mühərrik və qazanxana-turbin zavodlarının Ufa yaxınlığında tikintisi ilə əlaqədar Başqırd MSSR Kiçik Rəyasət Heyəti, 23 dekabr 1931 tarixində Çernikov kənd şurası təşkil etmişdir. 1936-ci ildə bu ərazilər Başqırd MSSR-a aid olan Ufa şəhər dairəsinə əlavə edilmiş, rayon mərkəzi Motornı kəndində yaranmışdır. Bununla birlikdə, ərazidə Ufa şəhər dairəsinin tabeliyində olan bir rayonu yaradılmışdır. Yeni rayon Stalin rayonu adlandırılmışdır. 1941-cu ilin əvvəllərində rayon, SSRİ-nin ən böyük sənaye rayonlarından biri halına gəlmiş və rayon bölgüsü böyük bir məsələyə çevrilmişdi, lakin Böyük Vətən müharibəsi bütün planları dəyişdirdi. Böyük sayda işçilərin olmasıyla birlikdə, çoxlu sənaye müəssisəsinin şəhər mərkəzindən 15-20 km uzaqlıqda olması, şəhər sovetinin icra komitəsinin işini çətinləşdirirdi, ona görə də RSFSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə 5 dekabr 1944 tarixli qərarı ilə, Stalin rayonu yenidən şəhər qəbul edilmişdir. Müharibədən sonra, şəhər sənaye, ərazi və əhali baxımından inkişaf etməyə davam edirdi. Buna görə rayonu bir neçə hissəyə bölmək məcburi olmuşdu. 25 fevral 1952 tarixində Çernikov şəhəri, RSFSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə üç rayona bölünmüşdür. Bunlar, Kalinin, Stalin və Orconikidze rayonları idi. 27 aprel 1952 tarixində rayonda, 118 deputatdan ibarət olan İşçi Şurası yaradılmışdır. İşçi Şurasına rayonun İcra Komitəsinin 11 üzvü seçilmişdi. O dövrdə Çernikov şəhərinin sərhədləri çox geniş idi və Ufa şəhərinin sərhədlərinə yaxınlaşırdı. Bu vəziyyət şəhərlərin birləşməsinin zəruriliyini və məqsədəuyğunluğunu şərtləndirən amillərdən biri idi. 24 iyul 1956 tarixində, Başqırd MSSR Ali Soveti Rəyasət Fərmanı ilə, Ufa və Çernikov şəhərləri birləşib, "Ufa" adlı vahid bir şəhəri əmələ gətirdi. Çernikov şəhərinin Orconikidze rayon şurası, Ufa şəhərinin Orconikidze rayon şurası olmuşdur.
1959[1] | 1970[2] | 1979[3] | 1989[4] | 2002[5] | 2003[6] | 2004[6] |
---|---|---|---|---|---|---|
125,068 | ▲170,694 | ▼117,463 | ▲217,760 | ▼175,551 | ▲175,732 | ▲176,570 |
2005[6] | 2006[6] | 2007[6] | 2008[6] | 2009[7] | 2010[8] | 2013[9] |
▲177,544 | ▲178,096 | ▼177,864 | ▼177,696 | ▼177,377 | ▼168,615 | ▲171,913 |
2014[10] | 2015[11] | 2016[12] | 2017[13] | |||
▼168,860 | ▲168,956 | ▼167,699 | ▼166,479 |
Orconikidze rayonu neft emalı və neft-kimya müəssisələrinin konsentrasiyasıdır. Rayonda neft emalı, neft-kimya, kimya, energetika, mühəndislik, ağac emalı, yüngül sənaye və tikinti sənayesi kimi müəssisələri var. Rayonun Ufa şəhər dairəsinin sənaye istehsalının ümumi həcmindəki payı 44%-dən çoxdur.
Rayon neft emalı, neft-kimya, mikrobiologiya, kimyəvi bitki mühafizəsi məhsulları, sənaye istehsalı proseslərinin inkişafı və dizaynı sahələrində böyük bir elmi mərkəzdir. Rayonda ümumilikdə, 15 sektoral tədqiqat, dizayn institutları və müəssisələr var.