Devon (ada)

Devon — (ing. Devon Island) — Kanada Arktik arxipelaqına daxil olan iri adalardan biridir. İnzibati cəhətdən Nunavut vilayətinin Kikiktaanuk regionuna daxildir.

Devon adası
ing. Devon Island
Ümumi məlumatlar
Sahəsi 55 247 km²
Uzunluğu
  • 524 km
Hündür nöqtəsi 1921 m
Əhalisi
  • 0 nəf.
Yerləşməsi
75°10′00″ şm. e. 100°05′00″ q. u.HGYO
Ölkə  Kanada
Vilayət
Akvatoriya
Devon adası xəritədə
Devon adası
Devon adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Devon adası Kraliça Yelezaveta adalarının tərkibinə daxildir. Dünyada ən iri yaşayışı olmayan adadır. Sahəsi 55 247 km², sahil xətdinin uzunluğu 3 589 km təşkil edir[1]. Adaların dünyada sahəsinə görə sıralamasında 27-ci, Kanadada isə 6-cı yeri tutur. Quruluşuna görə Latın "L" hərifinə bənzəyir. Şərqdən qərbə 503 km, şimaldan cənuba 289 km təşkil edir.

Ada Lankaster boğazından şimalda yerləşir. Boğaz adanı Baffin Torpağından ayırır. Qərbdə Vellinqton boğazı Kornuollis adası, Penni boğazı isə Baterst adasından ayırır. Şimalda isə Cons boğazı Elsmir adasından ayırır. Şərqdə adanın sahillərini Baffin dənizinin suları yuyur.

Adanın 12,000 km² (3 980 km³) buzlaqlar təşkil edir. Buzlağın qalınlığı 880 metrdir, buzlaqla adanın ən hündür yeri 1921 metrdir.

Ada əsasən qneys, alevrit kimi suxurlardan təşkil olunmuşdur. Adanın hündürlüyünün yüksək olması burada ancaq Müşk öküzü, kiçik quşlar və kiçik məməlilər yaşayır. Yay cəmi 40–55 gün davam edir və 10°S yüksək olmur. Burada yağıntılar çox az düşür. Qışda temperatur −50°S qədər düşür. Hoton (ing. Haughton) adlı meteorit krateri 2 km diametrə malikdir. 39 milyon il əvvəl əmələ gələn kraterin diametri 24 km olmuşdur. Hətta milyon illər kratedə göl olmuşdur.

Ada 1616-cı Britaniya ekspedisiyasının rəhbəri Vilyam Baffin və R.Baylot tərəfindən Şimal-Qərb keçidi keçərək Atlantik okeandan Sakit okean getmək istərkən aşkarlamışdırlar. Vilyam Parri tərəfindən 1819-cu ildə Devon qraflığı şərəfinə adlandırılıb.[2].

1924-cü ilin avqust ayında Dandas Harbore (ing. Dundas Harbour, 74°32′00″ şm. e. 82°22′30″ q. u.HGYO) stansiyası fəaliyyətə başlayır.

1934-cü ildə müxtəlif səbəblərdən Baffin Torpağından 53 inuit ailəsi Devon adasına köçmüşdür. Havanın sərt olması səinsanlar 1936-cı ildə adanı tərk etmişlər. Dandas Harbor 1940-cı illərdə sərhəd zastavası rolunu oynayır. 1951-ci ildən isə fəaliyyətini dayandırmışdır.

2004-cü ilin iyul ayında adaya 5 alim və 2 jurnalist Marsda həyat sürmənin yolları araşdırılmışdı. Üstəlik NASA adanın geologiyası, hidrologiyası, botanikası və mikrobiologiyası örgənir.

Hal-hazırda isə Dandas Harborede bir sıra binaların qalıqları qalır.

  1. "Atlas of Canada. List of Islands". 2012-01-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-07-09.
  2. "Müasir coğrafi adların lüğəti". 2017-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-09.