Tohoku regionu (東北地方, Tōhoku-chihō?, şimal-şərq) — Yaponiyanın Honşu adasının şimal-şərqində yerləşən region. O, altı prefekturadan ibarətdir: Aomori, İvate, Miyaqi, Akita, Yamaqata və Fukuşima.
Tohoku regionu Yaponiya xəritəsində | |
Yerləşməsi | |
---|---|
Ölkə | Yaponiya |
Ada | Honşu |
Statistika | |
Sahə | 66889,55 km² |
Əhali | 9020531 nəf. |
Əhali sıxlığı | 130 nəfər/km² |
Prefekturalar | 6 |
Tohoku regionun adı iki sözdən ibarətdir: tō (東?) şərq deməkdir, hoku (北?) isə şimal. Ona həmçinin Ou (奥羽, Ōu?) deyirlər. Bu ad həmin regionda yerləşən Ou dağları ilə bağlıdır.[1]
Tohoku regionu Honşu adasının şimal-şərqində yerləşir və Yaponiyanın ərazinin təxminən 18 %-i tərkib edir. Şimaldan onu Hokkaydo adası ilə Sanqar boğazı ayırır, şərqdən Sakit okean, qərbdən isə Yapon dənizi sulayır. Cənubda Kanto, cənub-qərbdə isə Çubu regionu ilə həmsərhəddir.[2]
Əhali sıxlığı Yaponiyanın orta göstəricilərdən aşağıdır. Tohokunun ən böyük şəhəri Sendaydır. Aomori, Morioka, Akita, Fukuşima və Yamaqata kimi prefektura mərkəzləri və Haçinohe, Koriyama və İvaki kimi sənaye və ticarət mərkəzləri də urbanistik yığılma yerləridirlər.[2]
Regionun əhalisi əsasən Yapon dilinin eyni adlı Tohoku dialektində (東北方言 Tōhoku hōgen və ya 東北弁 Tōhoku-ben) danışır.[3]
Keçmişdə bu region Miçinoku adını daşıyırdı.[4]
2011-ci ilin martın 11-də Tohokuda zəlzələsi və sunami baş verdi.[5]
Tohoku həmişə Yapniyanın zəif inkişaf etmiş regionu kimi tanınırdı.[6] Bu region əsasən aqrardır. 2014-cü ildə kənd təsərrüfatın əsas gəlirləri ilk növbədə düyü istehsalından, bundan sonra isə, heyvandarlıqdan, tərəvəz və meyvə istehsalından gəldi.[7] Lakin, kənd təsərrüfatından başqa, 1960-cı illərdən bəri burda həmçinin dəmir, polad, sement, kimyə, ağac, və neft emalı kimi sənayələr inkişaf etməyə başladılar.[8]
Tohoku 2011-ci ilin təbii fəlakətindən böyük zərər almışdı. Lakin sonra, regionun iqtisadiyyatı dirçəlməyə başladı.[9]