Karo Kahkeçyan

Karapet (Karo) Kahkecyan (erm. Կարապետ (Կարո) Քահքեջյան; 24 mart 1962, Hələb26 iyun 1993, Çardaqlı, Tərtər rayonu) — Qarabağ müharibəsində iştirak etmiş erməni terrorçu. Karo Qarabağ müharibəsi zamanı əsasən diaspor üzvlərindən təşkil edilmiş Xaçlılar (erm. Խաչակիրներ) adlı könüllü hərbi birləşmənin rəhbəri və qurucusu olmuşdur. Hərbi əməliyyatlarda fəal iştirak etməsi səbəbindən qısa müddətdə tanınmış və böyük nüfuz qazanmışdır. Karo Kəlbəcərin işğalı zamanı 1993-cü ilin 26 iyun tarixində Azərbaycan ordusunun snayperi tərəfindən vurularaq öldürülmüşdür.

Karo Kahkeçyan
erm. Կարո Քահքեջյան
Digər adı Ağ ayı
Doğum tarixi 24 mart 1962(1962-03-24)
Doğum yeri
Vəfat tarixi 26 iyun 1993(1993-06-26) (31 yaşında)
Vəfat yeri Çardaqlı, Tərtər rayonu, Azərbaycan
Vəfat səbəbi güllələnib
Dəfn yeri Yerablur
Milliyyəti erməni
Fəaliyyəti hərbi qulluqçu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kahkecyan 1962-ci ildə Suriyanın ən böyük ikinci şəhəri olan Hələb şəhərində dünyaya gəlmişdir. Ailəsi Suriya ermənilərindəm olan Karo uşaqlıq yaşlarından türklərə qarşı böyük nifrət hissi ilə tərbiyə edildi. Ali təhsil almaq üçün Almaniyanın Frankfurt şəhərinə yollanmış və burada memarlıq sahəsi üzrə təhsil almışdır. Daha sonra Almaniyada olan təhsilini mexanika mühəndisliyi üzrə davam etdirmişdir. Təhsilini bitirdikdən sonra Amerika ermənilərinin çoxluq təşkil etdiyi Kaliforniya ştatının Fresno şəhərinə yollanmışdır. Karo 1988-ci ildə Ermənistanın Spitak şəhərində baş vermiş zəlzələdən sonra əraziyə yollanmış və diaspordan gələn humanitar yardımların çatdırılması işi ilə məşğul olmuşdur.

Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının genişlənməsi və aradınca Qarabağ müharibəsinin başlamasından sonra Karo Qarabağa gəlmişdir. O, burada əsasən diaspor ermənilərindən təşkil edilmiş Xaçlılar (erm. Խաչակիրներ) adlı könüllü hərbi birləşmə yaratmışdır.[1] Azərbaycan Silahlı Qüvvələrinə qarşı Xocavənd, Hadrut və Laçın kimi ərazilərdə döyüşən Karo Kahkecyan 1993-cü ilin 26 iyun tarixində Azərbaycan ordusunun snayperi tərəfindən başından vurularaq öldürülmüşdür.

  1. "Foreigners Fight Again in the Embattled Caucasus". The New York Times. 4 August 1993. 25 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 October 2014.