Keşkek — Qərbi Anadolu, Trakya, Şərqi Anadolu və Orta Anadoluda gündəlik və toy mərasimlərində bişirilən yeməkdir[1].
Əsasən keşkek yarma, buğda və ətdən hazırlanır[2][3].
2011-ci ildə İndoneziyanın Balı bölgəsində keçirilən 6-cı UNESCO-nun iclasında keşkek Türkiyənin Maddi və mənəvi irsinə daxil edilmişdir. Bundan başqa Merzifon bələdiyyəsi Türk patent və makrası olaraq ona coğrafi məkan adınında əlavə edilməsini irəli sürdü. Beləliklə, 2015-ci ildə artıq keşkek deyil "Merzifon keşkek" i kimi ədəbiyyata daxil edildi[4].
Keşkek yeməyi xüsusilə Amasya, Sivas, Manisa, Çanaqqala, Ədirnə, Keşan, Balıkəsir, Kandıra, Sinop, Tokat, Muş, Samsun, Ordu, Çankırı, Dənizli, İzmir, Uşak, Aydın, Muğla, Afyonqarahisar, Çorum, Yozğad, Karabük, Ağrı ve Antalya kimi şəhərlərdə bişirilir və yeyilir. Anadoluda xüsusən toylarda yemək bişirilir[5].
Toydan bir gün əvvəl buğda isladılır, toy günü qazanda qayandılaraq bişirilir. Qaynadılan buğda və ətlər qazanın içində əzilir ki, tamamilə həll olsun və bir-birinə qarışaraq bişsin[6][7]. Aşbazlar onun tam həll olunaraq bişməsinə xüsusi nəzarət edirlər. Ət və buğda nə qədər çox döyülürsə, yemək daha ləzzətli və dadlı olur[8]. Yaxşı döyülmüş və bişmiş keşkek saqqıza oxşadığı üçün "saqqız kimi keşkek" adlanır. Lifləri yaxşı ayrılmış ət tamamilə buğdaya qarışaraq, saqqız kimi uzanaraq onları ayırmaq cətin olur ki, buda yeməyin əsas özəlliyini təşkil edir. Bu dadı almaq üçün onu əvvəlcədən kötükdə döyməyi məsləhət görürlər. Onu regionlardan fərqli olaraq bibər, soğan və yağdan hazırlamış sousda əlavə edilir[9]. Əsasən onu toyuq əti ilə bişirillər. Regiondan asılı olaraq onu noxud, düyü, bulqur və ayranla serviz edillər. Ümumiyyətlə sümüklü dana əti, qırmızı bibər və kərə yağından hazırlançış sous töküllər[10].
Sinop Ayancık ətrafında fərqli bir keşkek bişirilir[11][12].