Kevin Karter

Kevin Karter (ing. Kevin Carter; 13 sentyabr 1960[1], Yohannesburq, Transvaal[d]27 iyul 1994[2][3][…], Yohannesburq) — Cənubi Afrika Respublikasından (CAR) olan fotojurnalist və 1993-cü ildə Sudanda aclığı təsvir etdiyi fotoya görə Pulitser mükafatının sahibi. O, 1990-1994-cü illərdə Cənubi Afrikada fəaliyyət göstərmiş “Bang-Bang Club”un üzvü olmuşdur. 33 yaşında intihar etmişdir. Onun hekayəsi 2010-cu ildə çəkilmiş “Bang-Bang Club” filmində nümayiş olunmuşdur. Bu filmdə onun obrazını Teylor Kits canlandırmışdır.

Kevin Karter
ing. Kevin Carter
Doğum tarixi 13 sentyabr 1960(1960-09-13)[1]
Doğum yeri
Vəfat tarixi 27 iyul 1994(1994-07-27)[2][3][…] (34 yaşında)
Vəfat yeri
Fəaliyyəti müharibə fotoqrafı, fotojurnalist, jurnalist, fotoqraf
Fəaliyyət illəri 1975–1994
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kevin Karter Yohannesburq şəhərində anadan olmuşdur. Karter orta sinfə məxsus rayonda böyümüşdür. Bu rayonda ancaq ağdərili insanlar yaşamışdır. O, uşaqlıqda bu rayonda qeyri-qanuni yaşayan qaradərililərin həbs edilməsi üçün həyata keçirilən bir sıra polis reydlərinin şahidi olmuşdur.[4]

Orta məktəbi bitirdikdən sonra o əzcaçı olmaq üçün təhsil almaqdan imtina etmiş və orduya çağırılmışdır. Quru qoşunlarında xidmət etməkdən yayınmaq üçün o Hərbi Hava Silahlı Qüvvələri sıralarına yazılmış və burada 4 il xidmət keçmişdir. 1980-ci ildə o qara xalat geyinmiş ofisiantın təhqir edilməsinin şahidi olmuşdur. Buna dözməyən Kevin ofisiantı müdafiə etsə də, digər hərbi qulluqçular onu yaxşıca əzişdirmişdir. Bundan sonra o dezertir olmaq qərarına gəlmiş və radiolardan birində “David” adı altında Dj kimi çalışmağa başlamışdır. Lakin bu onun gözlədiyindən daha çətin gəlmişdir. Bu səbəbdən o yerdə qalan məcburi hərbi xidmətini yerinə yetirmək qərarına gəlmişdir. 1983-cü ildə Pretoriyada baş vermiş bombalanmadan sonra o, fotomüxbir və jurnalist olmaq qərarına gəlir.[4]

O, 1983-cü ildən başlayaraq həftəsonu çap olunan idman jurnalında fotoqraf kimi çalışmağa başlayır. 1984-cü ildə Yohannesburqda çap olunan “Star” qəzetində işləməyə başlamış və burada aparteid (irqi ayrı-seçkilik) rejimini kəskin şəkildə ifşa etmişdir. O, həmçinin 1980-ci illərdə Cənubi Afrikada qaradərililər tərəfindən həyata keçirilən “boyundan asılma”ları ictimaiyyətə çatdıran ilk fotoqraf olmuşdur. Sonralar Karter bu şəkillər haqda demişdir:

" “Mən vizual düşünmək lazım oldu. Mən qəddarlıqla güllələnmiş qan içində olan ölü oğlanın yanına yaxınlaşıram və onun xaki formasının qumdakı qan gölməçəsində batdığının şahidi oluram. Ölünün sifətinin rəngi azca boza çalır. Siz burada vizual obrazı yaradırsınız. Lakin daxilinizdən “Aman Tanrı!” qışqırığı gəlir. Lakin indi işləmək vaxtıdır. Əgər siz bunu etməsəz, oyundan kənarlaşacaqsınız”. "

[5]

Mükafat qazanmış fotosu

[redaktə | mənbəni redaktə et]
Kevin Karter, 1993-cü il, Leş yeyən və kiçik qız fotosu

Lakin Kevin Karterə ən böyük məşhurluğu onun 1993-cü ilin martın 25-də Sudanda aclıqdan ölən qızın yaxınlığında onun ölümünü gözləyən leşcil ağqartalı təsvir etdiyi foto gətirmişdir. Bu şəkilə görə Kevin Karter 1994-cü ildə Pulitser mükafatına layiq görülmüşdür. Bu şəkil “New York Times” jurnalı tərəfindən alınmış və ictimaiyyəti heyrətə gətirmişdir.[6] Karter KİV tərəfindən tənqidlərə məruz qalmış və insafsızlıqda, qəddarlıqda günahlandırılmışdır. Floridada nəşr olunan “St.Petersburg Times” qəzeti bu barədə bu sözləri qeyd etmişdir:

“Öz obyektivini əzab çəkən uşağın uğurlu şəklini çəkmək üçün quraşdıran insan onsuz da yırtıcıdır, daha bir leşcil ağqartaldır”.

“Bang-Bang Club”un keçmiş üzvü olmuş hərbi fotoqraf Joao Silvanın xatirələrinə görə, Kevin Sudana olan səfərində ilk dəfə kütləvi aclığın şahidi olmuş və rast gəldiyi səhnələrdən heyrətə gəlmişdir. Şəkili çəkilmiş qızın valideynləri həmin anda Ayod şəhərində humanitar yardım təyyarəsinin boşaldılması ilə məşğul idilər. Qısa müddətdə olsa onlar uşaqlarını tək qoymalı olurlar. Bu zaman qızın yanına leşcil ağqartal uçub gəlir. Həm qızın, həm də leşcil ağqartalın hər ikisinin fokusa düşməsi üçün Karter sakitcə qıza yaxınlaşaraq quşu hürkütmədən 10 m məsafədən bir sıra şəkillər çəkmişdir. Bundan sonra o, leşcil ağqartalı qovmuşdur. Fotojurnalistlərə xəstəliyin yayılmaması üçün aclıqdan ölənlərə toxunmamaq tapşırıldığından Karter qıza toxunmamışdır. Həmçinin, Karter insanların qidanın yanında olsalar da, hər 20 dəqiqədən bir ölmələrinin şahidi olmuşdur.

İspaniyadan olan Xose Mariya Luis Arenzana və Luis Davilla adlı fotoqraflar isə Karterin çəkdiyi fotodan xəbəri olmadan həmin ərazidə oxşar kadrlar çəkmişdilər. Onlar fərziyyəsinə görə bu çox da xüsusi zəhmət tələb etməmişdir. Beləki burada leşcil ağqartalların kifayət qədər geniş yayılması ilə yanaşı, uşaqların da aclıqdan əldən düşməsi onların cəsəddən fərqləndirmirdi.

" “Belə ki siz teleobyektivi əlinizə alıb uşağı leşcil ağqartalın fonunda çəkirsiniz. Əslində isə onlar arasındakı məsafə 20 m-ə bərabərdir. Lakin şəkildə isə sizə sanki leşcil ağqartalın uşağı dimdikləməyə başlayacağı görsənəcək”. "

1994-cü ilin martında CAR-dakı seçkilərə az müddət qalmış Boputatsvanaya uğursuz müdaxilə zamanı CAR-ın neonasist “Afrikanerlərin Müqavimət Hərəkatı”nın üzvlərinin güllələnmə səhnəsinin fotosunu çəkmişdir. İnsidenti çəkməyə gedən yolda Karterin film lenti bitsə də, o bu hadisəni işıqlandırmaq üçün bütün dünyaya heyrətə gətirə biləcək şəkillər çəkə bilir. The Guardiandan olan Emon Makkeyb bu barədə bildirmişdir: “Bu, bütün dünya mətbuatında demək olar ilk səhifələrdə nümayiş olunan şəkil idi”.[7]

Mükafatı aldıqdan 3 ay sonra Karter 33 yaşında özünə intihar edir. 1994-cü il 27 iyul tarixində öz avtomobilində çayın sahilinə gələn Karter bir tərəfi yapışqan lentlə bağlanmış qaz şlanqını maşının salonunun yan şüşəsindən içəri salaraq mühərriki işə salmışdır. Karter dəm qazından zəhərlənmədən dünyasını dəyişmişdir. Onun ölümqabağı yazdığı məktubdan bir hissə belə səslənirdi:

" “Mən sınmışam... Telefon söndürülüb... İcarə üçün pul yoxdur...Uşaqlar üçün pul yoxdur... Hesabı ödəməyə də pulum yoxdur.. Pul!!! Məni ölümlər, cəsədlər, ağrı və qəddarlıq haqda aydın xatirələr, yaralı və aclıqdan əzab çəkən uşaqların təsvirləri təqib eləyir.... Əgər bəxtim gətirsə, mən Kenlə (onun kolleqası Ken Oosterbroek) qarşılaşacam”. "
  1. 1 2 https://www.theguardian.com/media/2014/jul/30/kevin-carter-photojournalist-obituary-archive-1994.
  2. 1 2 3 RKDartists (nid.).
  3. 1 2 Kevin Carter // Luminous-Lint (ing.). 2005.
  4. 1 2 Marinovich, Greg; Joao, Silva. The Bang-Bang Club: Snapshots from a Hidden War. William Heinemann. 2000. 39–41. ISBN 0-434-00733-1.
  5. "Arxivlənmiş surət". 2022-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-17.
  6. S. Macleod. The Life and Death of Kevin Carter Arxivləşdirilib 2008-03-11 at the Wayback Machine // Time Magazine - US Edition. — Monday, Sept. 12, 1994.
  7. Eamonn McCabe. "Photojournalist Kevin Carter dies - obituary: from the archive, 30 July 1994; Media". The Guardian. 30 July 2014. 30 July 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 October 2015. (#apostrophe_markup)