Khmer İmperiyası


Khmer İmperiyası (khm. ចក្រភពខ្មែរ, Çakrphup Khmer və ya khm. អាណាចក្រខ្មែរ, Anaçak Khmer), rəsmi olaraq Anqkor krallığı (khm. អាណាចក្រអង្គរ, Anaçak Anqkor) və ya hindlilər tərəfindən Kambucadeşa (hind. ख्मेर साम्राज्य) — IX–XV əsrlərdə indiki Kamboca, Vyetnam, TaylandLaos ərazisində hökmranlıq etmiş feodal khmer buddist dövləti. Keçmiş BapnomÇenla krallıqlarının süqutu ilə yaranan imperiya Cənub-şərqi Asiyanın əksəriyyətini[3]Cənubi Çinin bir hissəsini idarə edirdi.[4][5]

İmperiya
Khmer imperiyası
ចក្រភពខ្មែរ
Çakrphup Khmer
ख्मेर साम्राज्य
Kambucadeşa
Bayraq
Bayraq
Cənub-şərqi Asiyanın xəritəsi (900-cu il). Khmer İmperiyası qırmızı rənglə verilib.
Cənub-şərqi Asiyanın xəritəsi (900-cu il).
Khmer İmperiyası qırmızı rənglə verilib.
 
 
 
 
802 — 1431

Paytaxt Mahendraparvata (IX əsrin əvvəlləri)
Hariharalaya (IX əsr)
Koh Ker (928–944)
Yasodharapura (Anqkor) (IX–XV əsrlər)
Dilləri Avstroasiya dilləri
Rəsmi dilləri Qədim khmer dili
Sanskrit dili
Dövlət dini Hinduizm
Mahayana
Txeravada
Ərazisi 1,000,000 km2 (1290)[1][2]
Əhalisi 2,000,000 (1150)
İdarəetmə forması Mütləq monarxiya
Çakravartin
 • 770—830 II Cayavarman
 • 1113—1150 II Suryavarman
 • 1181—1218 VII Cayavarman
 • 1327—1336 IX Cayavarman
Tarixi
 • 802 II Cayavarmanın taxta çıxması
 • 1431 Siamların səfəri
Davamiyyət
 →
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dövlətin ən böyük irsi onun paytaxtı Anqkor şəhəri idi. Şəhərin Anqkor VatBayon kimi tikililəri Khmer İmperiyasının ucsuz-bucaqsız güc və zənginliyinin, valehedici incəsənət və mədəniyyətinin, memarlıq üslublarının, estetik nailiyyətlərinin və əsrlər boyu qoruyub-saxladığı müxtəlif inanc sistemlərinin rəmzidir. Süni peyklərdən əldə edilən şəkillər Anqkor şəhərinin sənaye inqilabından əvvəlki dünyanın ən böyük şəhəri olduğunu sübut edir.[6]

Khmer İmperiyasının yaranma tarixi 802-ci il götürülür. Həmin il II Cayavarman özünü çakravartin ("dünyanın kralı" və ya "krallar kralı"). Krallıq XV əsrdə Anqkor şəhərinin işğalı ilə süquta uğramışdır.

Dövlət Hind-Çin yarımadasının mərkəzi hissələrində yaşayan khmer tayfaları arasındakı əlaqələrin inkişafının bir nəticəsi olaraq yaranmışdır. Khmer tayfalarının bir hakimiyyət altında birləşmələrinin ən böyük səbəbi Anqkor şəhərinin yerləşdiyi ərazidi. Bu ərazi kənd təsərrüfatının inkişafı üçün münasib idi. Dövlətin qurulmasının başqa bir səbəbi hind sivilizasiyasının sahilyanı ərazilərdən yarımadanın dərinliklərinə yayılması idi.

II Cayavarman (802–850) Kambucadeşa kral sülaləsinin banisi hesab edilir, ancaq khmer tayfaları I İndravarman (877–889) və I Yaşovarman (889–900) hakimiyyəti dövründə birləşmişdir. XI–XII əsrlər imperiyanın ən qüdrətli dövrü idi. Kral I Suryavarman (1002–1050) və II Udayadityavarman (1050–1066) imperiya ərazisində böyük bir suvarma sistemi tikmişdir.

Kral II Suryavarmanın hakimiyyəti dövründə imperiya Çauprahaya çayının vadisində yaşayan monlarlaTyampa dövləti ilə vuruşmuşdur. Böyükmiqyaslı müharibələr XIII əsrdə imperiyanın tənəzzül dövrünə girməsi ilə nəticələnmişdir. XIII əsrin ikinci yarısında imperiya qərbdə yaşayan tay tayfalarının hücumlarına məruz qalmışdır. İmperiya XV əsrdə Anqkor şəhərinin işğalı ilə süquta uğramışdır.

İnzibati bölgü

[redaktə | mənbəni redaktə et]

Khmer İmperiyasının inzibati bölgüsü barədə çox az məlumat var. İmperiyanın krala xərac verən kiçik-kiçik knyazlıqlardan ibarət olmağı ehtimalı var. Mahal sistemi X əsrin ortalarında yanmışdır. Hər bir mahalda 20–90 nəfərlik srukdan (kənd) və bir məbəddən ibarət idi.[7]

Khmer cəmiyyəti ikidilli idi. Sanskrit hakimiyyətin və mədəniyyətin, khmer isə adi xalqın dili idi. Buna baxmayaraq, kitabələrdə həm sanskrit, həm də khmer dillərindən istifadə olunurdu.[7]

Kambocanın 1993-cü ildə qəbul edilən krallıq bayrağı.

Kambocadakı məbədlər

Tailanddakı məbədlər

Laosdakı məbədlər

  1. Turchin, Peter; Adams, Conatan M.; Hall, Tomas D. "East-West Orientation of Historical Empires". Journal of world-systems research. 12 (2). dekabr 2006: 223. ISSN 1076-156X. 2019-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2018.
  2. Taaqepera, Reyn. "Expansion and Contraction Patterns of Large Polities: Context for Russia". International Studies Quarterly. 41 (3). sentyabr 1997: 493. doi:10.1111/0020-8833.00053. JSTOR 2600793. 2020-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2018.
  3. "Angkor". Infopleace. 2012-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2018.
  4. Reynolds, Frank. "Angkor". Encyclopædia Britannica. Encyclopædia Britannica, Inc. 2019-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 noyabr 2018.
  5. "Khmer Empire". Ancient History Encyclopedia. Ancient History Encyclopedia. 2019-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2018. (#first_missing_last)
  6. Demiyan Evans; və b. "A comprehensive archaeological map of the world's largest preindustrial settlement complex at Angkor, Cambodia". PNAS. 104 (36). 9 aprel 2009: 14277–82. doi:10.1073/pnas.0702525104. PMC 1964867. PMID 17717084. 2018-12-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2018.
  7. 1 2 Cavan, B. Кхмеры. Moskva: Вече. 2009.