Kiçik Həsən

Şeyx Həsən Sulduz və ya Kiçik Həsən (1319, Təbriz1343, Təbriz) — Əmir Dəmirdaş Sulduzun oğlu, Çobanlılar sülaləsindən sərkərdə. O, Elxanilər sülaləsinin hakimiyyətinin zəifləməsi nəticəsində demək olar ki, müstəqil Çobani dövlətini yaratması ilə fərqlənməkdədir. O, adaşı Böyük Həsən kimi hökmdarları oyuncaq hökmdar olaraq taxta çıxarmış və onların yerinə hakimiyyəti öz əlində saxlamağı bacarmışdır.

Şeyx Həsən (Kiçik) Sulduz
Doğum tarixi 1319
Doğum yeri
Vəfat tarixi 1343
Vəfat yeri
Atası Əmir Dəmirdaş Sulduz
Fəaliyyəti hərbi lider[d]

Həyatının erkən dönəmi

[redaktə | mənbəni redaktə et]

Kiçik Həsən 1319-cu ildə Əmir Dəmirtaş Sultuzun Anadoludakı canişinliyi dövründə Dövlət xanım ilə olan evliliyindən dünyaya gəlmişdir.[1] Onun atası 1328-ci ildə Məmlüklər tərəfindən edam edilmiş, bu da Kiçik Həsəni atasının düşmənlərindən bir müddətlik gizlənməsinə yol açmışdır. Beləki Çobani ailəsinin rəhbəri Əmir Çobanın edam edilməsindən sonra Əmir Dəmirtaş Misirə Məmlüklərə sığındı. Özünün oradakı davranışı, eləcə də Əbu Səidin Məmlüklü hökmdarına davamlı təzyiqi nəticədə Dəmirtaşın edam edilməsi ilə nəticələndi.[2][3] Həsənin hakimiyyət uğrunda yüksəlməyə başlaması son güclü Elxani hökmdarı Əbu Səidin ölümündən 3 il sonra başladı. Bu zaman Cəlairilər İranın qərbində güclənməyə başlamış və 1336-cı ildə Məhəmməd xan adlı kukla Elxani hökmdarını taxta oturtmuşdular. Həsən dağınıq vəziyyətə düşmüş Çobani ailəsini birləşdirməyə çalışırdı. Atasının sağ olduğunu iddia edərək, özünü Qara Çəri (gümanki babası Əmir Çobanın nəvəsi) adlı qul kimi təqdim edərək əsl kimliyini gizləməkdə idi.[4] Hətta atasının dul arvadı Kalturmış da onunla evləndi.[5]

Vaxtilə Həsənin atasının edam əmrini vermiş Məmlük hökmdarı Nəsrəddin Məhəmməd onun yalanlarını üzə çıxarmağa çalışsa da, bunda uuğr qazana bilmədi. İmperiya boyunca spələnmiş Çobanilər onun yanında toplanmağa başladılar. Buraya Həsənin əmisinin oğlu və Təbrizin hakimi olan Pir Hüseyn də daxil idi. Pir Hüseyn Böyük Həsənin xidmətindən imtina edərək Kiçik Həsənin yanına gəlmişdi. Kiçik Həsən və qardaşları Qarahisardan Anadolunun şərqinə doğru hərəkət edərkən Böyük Həsənin müttəfiqi olan Sultan Ərətna bəy Uyğur onların qarşısını ala bilmək üçün elə bir şey edə bilmədi.[6]

16 iyul 1338-ci ildə Kiçik Həsənin birləşmiş ordusu Van yaxınlığındakı Aladağda Böyük Həsənin ordusunu məğlub etdi. Məhəmməd xan edam edildi və Təbriz ətrafındakı yerlər ələ keçirildi. Beləliklə, 19 yaşı olan Kiçik həsən Elxani mülkünün de-facto hökmdarı olmağı bacardı.[4]

De-facto hakimiyyəti

[redaktə | mənbəni redaktə et]

Bu məqamda Qara Çəri Həsənin əlindən qaçıb hakimiyyəti öz əlinə toplamağa çalışdı, lakin bunda uğursuz oldu və sonda Böyük Həsən tərəfindən öldürüldü. Bu zaman, yəni 1338-ci ilin yayında Həsən Elxani taxtına Əmir Çobanın dul arvadı və Əbu Səidin bacısı Satıbəyi çıxardı.[7]

Taxtın bir başqa iddiaçısı və Böyük Həsənin müttəfiqi olan Toğay Teymur xan 1339-cu ilin qışında Xorasanı ələ keçirdi. O, Böyük Həsən ilə ittifaq halında idi və Xorasanı da onun göstərişi ilə ələ keçirmişdi. Kiçik Həsən ona məktub göndərərək Satıbəy ilə evləndirməyi təklif etdilər, Toğay Teymurun buna razı olması və bu məqsədlə məktub göndərməsi ilə hadisələrin gedişatı dəyişdi. Kiçik Həsən bu məktubu Böyük Həsənə göndərdi. Özünün xəyanətə məruz qaldığını düşünən Böyük Həsən Toğay Teymurla kordinasiya edilmiş hücumunu dayandırdı. Kiçik Həsənin ordusu ilə tək bacara bilməyəcəyini anlayan Toğay Teymur xan 1339-cu ilin iyulunda Xorasanı buraxıb geri çəkildi. Böyük Həsənin taxta Cahan Teymur adlı şahzadəni çıxarmasından sonra Kiçik Həsən də kişi şahzadə tapıb hökmdar etmək məcburiyyətində hiss etdi. Şahzadə Süleyman xan bu məqsədlə seçildi və Satıbəy 1339-cu ilin may ayında onun evlənməyə məcbur edildi.[7] Bundan sonra Cəlairilər üzərinə yeni yürüşə keçmək barədə qərar verən Kiçik Həsən 26 iyun 1340-cı ildə onları Marağa yaxınlığında məğlub etdi. Bu yürüşdə o, əmisi oğlu Pir Hüseyn və əmisi Surqan tərəfindən də dəstəklənirdi. Qələbədən sonra Surqan İraq, Pir Hüseyn isə Fars valisi edildilər.[8][9]

Surqanın üsyanı

[redaktə | mənbəni redaktə et]

Hər bir halda, Çobanilər arasında da Kiçik Həsəndən narazılıq mövcud idi. Məsələn, Surqan anası Satıbəy Xatun ilə davranışlara görə Həsəndən narazı idi və buna görə Böyük Həsənin yanına qaçdı. Bu ikili arasında formalaşan ittifaqa qısa müddət sonra Diyarbəkirin Sutayi sülaləsindən olan hökmdarı Hacı Tağay və Nəsrəddin Məhəmməd də qatıldı. Lakin Kiçik Həsən Məmlükləri tələyə salaraq bu ittifaqdan ayrılmağa razı sala bildi və onlar bu ittifaqa verdikləri dəstəkləri geri çəkdilər. Surqan ilə yaxınlaşmağa başlayan Toğay Teymurun oordusu 1341-ci ildə Kiçik Həsənin qardaşı Məlik Əşrəf tərəfindən məğlub edildi. Bundan qısa müddət sonra Surqan həbs edildi və Anadolunun dərinliklərində yerləşən Qarahisara həbsə göndərildi.[10]

Yağı Basdının üsyanı

[redaktə | mənbəni redaktə et]

Təxminən eyni zaman ərzində Çobanilər daxilində Fars vilayətinə görə münaqişə baş verməkdə idi. Məlik Əşrəf, eləcə də onun əmisi oğlu Pir Hüseyn, onun əmisi Yağı Bastının qarışdığı münaqişə Fars bölgəsinin irsi hakimləri olan İncuidlər və Cəlairilər də daxil olmuşdular. Bu münaqişə Çobaniləri öz aralarında bölünməsinə yol açdı və Pir Hüseyn həbs edilərək 1342-ci ildə Təbrizdə zəhərlənib öldürüldü. Yağı Basdı və Məlik Əşrəf Bağdad şəhərində görüşdülər. Bu ikilinin bir araya gəlməsindən qaynaqlanan təhlükəni anlayan Kiçik Həsən Məlik Əşrəfin Gürcüstana qaçmasına səbəb oldu və sonradan Böyük Həsəni ona dəstək verməyi dayandırmağa razı sala bildi. Lakin bu iki şəxs növbəti il yenidən Fars bölgəsinə geri döndülər.[11]

Ölümü və sonrası

[redaktə | mənbəni redaktə et]

Kiçik Həsən Sancaq Noyanın oğlu Hacı Cabaşın qızı İzzət Məlik ilə evlənmişdi.[1][12] Kiçik Həsən 1343-cü ildə İzzət Məlik tərəfindən öldürüldü. Öldürülmənin səbəbi kimi İzzət Məlikin etdiyi evlilik xəyanətinin Həsən tərəfindən ortaya çıxarılacağından qorxmasından qaynaqlandığı iddia edilir. Kiçik Həsən geriyə varis buraxmadı. Buna görə də, Məlik Əşrəf, Yağı Basdı və Surqan Çobani torpaqlarını öz aralarında paylaşdırdılar. Tədricən Məlik Əşrəf tək hökmdara çevrildi. Kiçik Həsən Təbrizin Gümüşqaya məhəlləsində dəfn edilmişdir.[13]

1344-cü ildə hakimiyyət Məlik Əşrəfin əlinə keçir. Əşrəfin qəddarlığından cana doyan əhali Qazı Məhiyəddin Bərdəinin başçılığı ilə üsyan etdilər. Hətta onlar Qızıl Orda xanı Cani Bəyi köməyə çağırdılar. 1357-ci ildə Cani bəy Azərbaycana gəlir və hakimiyyəti ələ keçirir. Məlik Əşrəf Sulduz isə ələ keçirilərək edam edildi. Beləliklə, həm də Hülakülər dövlətinin varlığına son qoyuldu.

Bir çox Çobani və Cəlairi hökmdarları Təbrizin Gümüşqaya məhəlləsində yerləşən məzarlıqda dəfn edilmişdilər:

  1. Kiçik Həsən
  2. Məlik Əşrəf
  3. Diməşq xoca
  4. I Həsən Cəlayır
  5. Hüseyn Cəlayır
  6. Əhməd Cəlayır (həmçinin, onun anası)
  7. Tandu xatun
  8. Şahvələd Cəlayır (d. 1411)
  9. Ələddövlə Cəlayır

Qəbiristanlıq 1970-ci illərdə Pəhləvi rejimi dövründə dağıldılmış və onun yerində 1978-ci ildə Əl-Zəhra Qızlar Liseyi tikilmişdir.

  1. 1 2 Sümer, 1970. səh. 98
  2. Tuysuz, 2018. səh. 1649–1675
  3. Melville, 2009. səh. 51-101
  4. 1 2 Melville və Zaryāb, 1991. səh. 98
  5. van Loon, 1954. səh. 65
  6. Nilgün, 2017. səh. 71–80
  7. 1 2 Azərbaycan tarixi (yeddi cilddə), III cild, 2007]]. səh. 27
  8. Nicola və Melville, 2016. səh. 324
  9. Papers on Inner Asia, 1999. səh. 3
  10. Çingizoğlu, 2010
  11. Raby və Fitzherbert, 1996
  12. van Loon, 1954. səh. 70
  13. Spuler, 1968. səh. 40