Əmir Çoban

Əmir Çoban noyon Məlik noyon oğlu Sulduz və ya Əmir Çuban (1260-cı illərnoyabr 1327, Herat) — Elxanilər dövlətində fəaliyyət göstərmiş Çobanilər ailəsinə məxsus şəxs və nominal olaraq Böyük Monqol imperiyasının generalı. O, Çin monqolları olan Yuan sülaləsindən hökmdar Yesün Teymur tərəfindən titulla mükafatlandırılmışdı.[1]

Əmir Çoban
bayraq
Elxanlı ordusunun komandanı
1301 – 1327
ƏvvəlkiQutluqşah
Elxani ordusunun generalı
1289 – 1327
Şəxsi məlumatlar
Doğum tarixi 1260-cı illər
Vəfat tarixi noyabr 1327
Vəfat yeri
Fəaliyyəti hərbi lider[d]
Atası Tudaun oğlu Məlik
Həyat yoldaşları
Uşaqları
Dini İslam

Əmir Çobanın atası olan Məlik Bağdadın mühasirəsində iştirak etmişdi. Bundan başqa, onun əmisi Akrunçi 1818-ci ildə Gürcüstana edilən yürüşə qatılmışdı. Əmir Çobanın babası olan Tudaun Sulduz tayfasından idi. Tudaun Çingiz xanın əsas dörd yoldaşından biri olan Çilaunun soyundan gəlməkdə idi. Tudaun Hülakü xanın 1262-ci ildə olan Qızıl Ordaya qarşı yürüşündə iştirak etmiş, bundan sonra onun tərəfindən Diyarbəkir hakimi təyin edilmişdi. Abaqa xanın hakimiyyəti dövründə Xorasana, oradan isə Anadoluya hakimlik etməyə göndərilmişdir. O, Anadoludakı monqol hakimlərindən biri ikən 1277-ci ildə Əlbistan döyüşündə öldürüldü.[2] Çobanın atası barədə qaynaqlarda çox az məlumt var. Güman edilir ki, atasının hakimliklərə təyin edildiyi zaman Məlik də onu izləmişdir.[2]

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Əmir Çoban daha 20 yaşlarında ikən Qızıl Orda Noqaylarına qarşı təşkil edilən 1289-cu il yürüşünə qatılmışdı. Əmir Çobanın adı Keyxatu xanın Elxani taxtı uğrunda mübarizə apardığı zaman onu dəstəkləyən sərkərdələr içində çəkilir. 1295-ci ildə Qazan xanın Baydu ilə taxt uğrunda apardığı mübarizə zamanı Ustanavand yaxınlığında onunla görüşərək öz tərəfini dəyişdi və Qazanı dəstəkləməyə başladı. O, 1299-cu ildə Anadoluda üsyan qaldırmış Oyratlardan Sulamışın üzərinə təşkil edilən yürüşə qatıldı. O, Qazan xanın Məmlüklər üzərinə Suriyaya təşkil etdiyi yürüşlərin hər üçündə əsas komandanlardan biri olaraq qatıldı. Lakin Əmir Çobanın komandanlığı altındakı dəstəsi Qazan xanın əsas sərkərdəsi Qutluqşahın rəhbərliyindəki əsas ordu ilə birlikdə 1303-cü ildə Marc əl-Saffar döyüşündə məmlüklər tərəfindən məğlub edildi. Qutluqşah məğlubiyyətdən sonra qaçarkən Əmir Çoban ordu ilə birlikdə qaldı və iyun ayında Qazan xana qatıldı. Məğlubiyyətə görə qəzəblənən Qazan xan onların hər ikisini cəzalandırdı. Qutluqşah fiziki cəza və Gilana sürgün edilməklə ağır cəzalandırılsa da, Əmir Çoban daha yüngül cəza aldı. Çoban Qazan xanın hakimiyyəti zamanı Zahid Gilani ilə də görüşmüşdür.[3]

Olcaytunun hakimiyyəti illərində

[redaktə | mənbəni redaktə et]

19 mart 1305-ci ildə Çoban Qazan xanın varisi Məhəmməd Olcaytunun qızı Dovlandı Xatun ilə nişanlanmışdı. Gürcüstana yürüşlərini tamamladıqdan sonra vaxtının çox hissəsini qışlağının yerləşdiyi MuğanAranda keçirir, yaylarda isə Olcaytunun ordasına qatılmaq üçün Sultaniyyəyə gedirdi. Tədricən onun nüfuzu güclənir və bu da başda Tacəddin Əlişah olmaqla yerli vəzirlərlə münasibətlərinin kəskinləşməsinə yol açırdı. Gümanki onun nüfuzuna ən böyük təhlükə məmlük əmiri Qarasunqun tərəfindən idi. Olcaytu bir neçə dəfə bütün imperiyadakı hər şeyi yalnız Qarasunqura etibar etdiyini bildirmişdi. Bu da onu Çobanın rəqibinə çevirmişdi.[2][4][5]

1307-ci ildə o, Gilanda başlanan üsyanı yatırmaq üçün vəzifləndirilən dörd ordudan birinin komandanı təyin edildi. Ərdəbildən yürüşə başlayan Çoban Astara və Qaskar hakimlərini sülh yolu ilə təslim olmağa razı sala bildi və bundan sonra Olcaytu ilə görüşdü. Eyni zamanda üsyanın rəhbəri Qutluqşahın ordusunun vəziyyəti yaxşı deyildi. Qutluqşahın özü isə giləklər tərəfindən öldürüldü. Qutluqşahın ölümündən sonra Olcaytu Çobanı ulusun (millətin) əmiri titulu aldı və ordunun əsas komandanına çevrildi. Bundan bir qədər sonra isə 30 sentyabr 1307-ci ildə Çoban nişanlısı Dovlandı Xatun ilə evləndi. Beləliklə də, tədricən o, taxtın arxasındakı əsas qüvvəyə çevrilərək saray vəzirləri ilə güc mübarizəsinə daxil oldu. Dovlandının 1314-cü ildə ölümündən sonra 1316-cı ildə Olcaytu da vəfat etdi. Olcaytunun yerinə hakimiyyətə gəlmiş Əbu Səid Əmir Çobanın titullarını və vəzifəsini güc qazanmağa çalışan Əmir Sevincin cəhdlərinə baxmayaraq olduğu kimi saxladığını bildirdi. Bundan başqa, Çoban 1317-ci ildə Olcaytunun bir başqa qızı olan Satı Bəy Xatun ilə nişanlandı.[2]

Sevincin ölümündən,yəni 1318-ci ildən sonra Çoban Elxani sarayında ən güclü adama çevrildi. Xüsusən onun Tamğanı, yəni hökmdar möhürünü daşımağa başlaması ümumiyyətlə mövqelərini gücləndirdi. Eyni zamanda Çoban vəzirlərin nüfuzlarını zəiflətməyə çalışırdı. 1318-ci ildə Çoban artıq saraydan uzaqlaşdırılmış məşhur vəzir olan Fəzlullah Rəşidəddini Elxani sarayına geri dönməyə razı salır. Lakin geri qayıdan Rəşidəddin bir müddət keçdikdən sonra Olcaytunu zəhərləməkdə ittiham edilir. Çoban da ona hücum edənlər sırasına qatılır. Elə həmin ilin iyulunda Rəşidəddin edam etdirilir.[2]

1319-cu ildə Göy Ordanın hökmdarı Özbək Elxani dövləti ərazisimi işğal etməyə başlayır. Elxani hökmdarı Əbu Səid bu işğalı dayandırmaq üçün yürüşə çıxır. Çobanda gələcəkdə Cəlairilər sülaləsinin əsasını qoyacaq Böyük Həsənin atası Əmir Hüseynə yardım etmək üçün yola düşür. Bu ikilinin ordu yeritdikləri şəxs isə Çağatay şahzadəsi Yasaur idi. Yasaur Xorasanı yağmalamaqda idi. Çoban yolda ikən Əbu Səidin Kür çayı sahilində vəziyyətinin pis olmasını eşitdikdən sonra ona yardım etmək üçün geri dönmək qərarına gəlir. Bu zaman Əbu Səidin ordusundakı bir çox zabit onu buraxıb qaçmışdı. Lakin Əbu Səidin səyləri nəticəsində Göy Ordanın döyüşçülərinə ağır zərbə vurmağı bacarmışdı. Lakin Çoban geri çəkilən düşmən ordusuna zərbələr endirməyi bacardı.[2]

Əbu Səidin zabitlərinin qaçma məsələsi sonradan çox müzakirə edildi. Çoban özünün bir başqa rəqibi olan Qurumuşini və digər bir çox zabitləri qaçmasına və hərbi səhlənkarlığa görə cəzalandırmaq istəyərkən məsələ onun əleyhinə çevrildi. Çobana qarşı çıxanlar arasında Əbu Səidin əmisi olan İrincin də var idi. O, Diyarbəkir hakimi olsa da, Çoban tərəfindən vəzifəsindən azad edilmişdi. İrincin 1319-cu ildə Miyanə yaxınlığında məğlub edildi. Bu hadisələrdən sonra Çoban Elxan üzərində bütün nüfuzu tamamilə əlinə keçirməyi bacardı. Onun Timurtaş, Şeyx Mahmud, Həsən və Dəməşq Xacə kimi oğlanlarına Gürcüstanın, Anadolunun, Xorasanın və Azərbaycanın hakimliyi verildi. O, eyni zamanda 1316-cı ildən nişanlı olduğu Əbu Səidin bacısı Satıbey Xatun ilə də evləndi.[2]

Çobanın Misir ilə ilkin təmasları düşmənçilik zəminində olsa da, daha sonra o, Olcaytuya təsir edərək 1312-ci ildə Rahbanın mühasirəsindən geri çəkilməyə onu razı sala bilmişdi. Onun məmlüklərlə əlaqələr elə bir dərəcəyə gəlmişdi ki, Qarasunqur onu Məmlük sultanı əl-Malek əl-Naserə yazdığı məktubları üzə çıxarmaqla hədələyirdi. Çobanın diplomatik fəaliyyəti Əbu Səidin naibi təyin edildikdən sonra daha da gücləndi. O, xarici dövlətlərlə aparılan danışıqlara, diplomatik heyətlərin göndərilməsinə nəzarət etməyə başladı.[2]

Çobanın adəti vaxtının çoxunu sərhəd boyunca, xüsusən ordu ilə birlikdə Dərbənddə keçirmək, saraya ildə 2-3 dəfə gəlməkdən ibarət idi. Lakin oğlu Timurtaş 1322-ci ildə Mehdi olduğunu elan edərək üsyana başladıqdan sonra Anadoluya getməyə məcbur oldu. Çoban şəxsən gedərək onun təslim olmasını, bağışlanmasını və hətta Əbu Səidin onu yenidən vəzifəsinə təyin etməsinə nail oldu. Bu əsnada Əbu Səid Çobanın qızı olan, amma o dövrün ən güclü sərkərdələrindən biri olan Böyük Həsən ilə evli olan Bağdad Xatunu sevməyə başladı. Bağdad Xatun 1323-cü ildə Böyük Həsən ilə evlənmişdi.[6] 1325-ci ildə 20 yaşlı Əbu Səid ona aşıq oldu və onunla evlənmək istədiyini bildirdi. Bağdad Xatunun evli olmasına baxmayaraq, Əbu Səid qızı ilə evlənmək istədiyini vasitəçilərlə ona çatdırdı.[7] Bu dövrdə mövud olan Çingizi qaydalara görə xaqan tərəfində bəyənilən hər bir qadın evli olsa belə ərindən boşadılır və xaqana göndərilirdi.[8] Çoban qızı ilə bağlı xaqanın əmrini yerinə yetirməsə də, onu açıq şəkildə rədd də etmədi.[9] O, qızını və yeznəsini qışlamaq üçün Qarabağa göndərdi. Əbu Səidi isə Bağdada göndərdi. Həmin qışdan sonra da Çoban Əbu Səidə bu baədə heç bir qərar vermədi. Çoban düşünürdü ki, hadisələri yatışdırmağın və unudulmasının təminatı üçün müəyyən müddət saraydan uzaqda qalmalıdır. O, saraydan getdiyi zaman Qiyasülmülk və xanı ona qarşı qaldıran digər vəzirləri də özü ilə birlikdə apardı.[10] Çoban Xorasana yollandıqdan sonra onun rəqibi olan əmirlər Əbu Səidi onun oğlu Dəməşq Xacəyə qarşı qaldırmağa başladılar.[2]

Bu əsnada Çoban öz qüdrətinin zirvəsinə çatmışdı. Əbu Səidin xəzinəsinin boş olmasına baxmayaraq, onun oğlu Dəməşq Xacə ən var-dövlətli şəxslərdən birinə çevrilmişdi. Dəməşq Xacə Çobanın oğlu olmaqla birlikdə, inzibati məsələlər üzrə nümayəndəsi idi və vaxtının çoxunu bolluq içində keçirirdi. Bundan istifadə edən saray əyanları Əbu Səidi ona qarşı qaldırmağa başladılar. Bu sıraya Çobanın himayəsində olan Rükn əl-Din Sain də daxil idi. Çobanın artıq evli olan qızı Bağdad Xatunla Əbu Səidin evlənməməsi və vəziyyətin sakitləşməsi üçün etdiyi şeylər də bir nəticə gətirmədi.[2]

1326-cı ildə Çoban Xorasanın işğalına əngəl olmaq üçün yürüşə başladı. Əbu Səidin müraciətindən onra ali monqol xaqanı Yesün Teymur Çobanı nominal olaraq bütün monqol ordusunun baş sərkərdəsi titulu ilə mükafatlandırdı.[11] Həmin ilin payızında Çağatay xanı Tamaşirin Amudərya çayını keçdi və Qəznə yaxınlığında Çobanın oğlu Həsən tərəfindən məğlub edildi. Çoban ilə birlikdə syahət edən Rükn əl-Din Sain Dəməşq Xacəni effektiv hakimiyyətlə Elxani sarayında buraxmışdı. Elə bu zaman Əbu Səid hərəkətə keçmək qərarına gəldi. Yaranmış fürsətdən istifadə edən Əbu Səid 1327-ci ilin avqustunda Çobanın oğlanlarından biri olan Dəməşq Xacənı gümanki Olcaytunun keçmiş cariyələrindən biri ilə yol verdiklərinə görə edam etdirdi.[12][13][a][2]

Oğlunun öldürüldüyü xəbərini eşidən Çoban Əbu Səidin üstünə yürüşə başladı. Onun məqsədi qısas almaq idi. O, yol üstündə yerli dini rəhbər olan Şeyx Əla əl-Dövləni sülh üçün danışıqlar aparmaq üçün razı sala bildikdən sonra özü Qəzvin yaxınlığında düşərgə saldı. Şeyxin danışıqlar cəhdi uğursuz olduqdan sonra o, ordusu ilə birlikdə qərbə doğru talan edə-edə irəliləməyə başladı. Quhaya çatdığı zaman o, Əbu Səidin düşərgəsindən cəmi bir gün uzaqlıqda idi. Lakin gecə düşdüyü üçün Çoban ordusu ilə düşərgə salıb gecələmə qərarı verməyə məcbur oldu. Lakin gecə zamanı onun ordusunun çoxu, buraya Əbu Səidin qohumu Məhəmməd bəy də daxil olmaqla, onun düşərgəsini tərk etdilər. Məhəmməd bəy gedərkən 30 min döyüşçünü də özü ilə apardı. Bununla da Çobanın Herata çəkilməkdən başqa yolu qalmadı. Savəyə çatdıqdan sonra o, arvadı Satıbəy Xatunu Əbu Səidin yanına göndərdi və özü Tabas istiqamətində hərəkət etməyə başladı. Bu istiqmaətlə irəliləməklə onun məqsədi Məvarəünnəhrdə sığınacaq tapmaq idi. Lakin Murğab çayına çatdığı zaman fikrini dəyişdirdi və Xorasana doğru irəliləməyə başladı. Herat şəhərində o, Kart sülaləsindən olan yerli hökmdar Qiyasəddin tərəfindən xoş qarşılandı. Lakin o, 1327-ci ildə Əbu Səidin əmri ilə tezliklə boğularaq öldürüldü. Çoban ilə birlikdə oğlu Çilaun da öldürüldü. Çobanın dostu olan Qiyasəddin daha şərəfli ölüm yolu hesab edilən boğulma ilə onun öldürülməsini əmr etmişdi. Tacik olan Qiyasəddinə Çobanı öldürəcəyi halda onun arvadı Kordoçin söz verilmişdi. Çoban öldürüldükdən sonra onun həyatını itirməsinin sübutu kimi barmaqlarından biri Əbu Səidə göndərildi. Çobanın oğlanlarının çoxu da irəlidəki bir neçə ildə öldürüldü. Qızı Bağdad Xatun Böyük Həsən ilə boşanmağa və Əbu Səid ilə evlənməyə məcbur edildi. Böyük Həsənə kompensasiya kimi Çobanın əvvəlki vəzifəsi - Elxani ordusunun baş komandanlığı verildi.[2]

Qızın təşkilatçılığı ilə Çoban Mədinə şəhərində Bəqi qəbiristanlığında dəfn etdirildi.1992

Hərbi yürüşləri

[redaktə | mənbəni redaktə et]

İDarəçilik bacarıqları ilə yanaşı Çoban özünün cəsirluğu ilə tanınmaqda idi. O dövrün qaynaqları ondan bəhs edərkən bu xüsusiyyətini tez-tez qabartmaqdadırlar. Çobanın cəsurluğu ilə ilk dəfə 20 yaşlarında ikən 1289-cu ildə Əmir Noqayın Qızıl Orda döyüşçülərindən ibarət ordusuna qarşı döyüşən məşhurlaşdı.Browne, p. 588 O, bundan sonra 1308, 1319 və 1325-c iillərdə də Elxani ulusunun ənənəvi düşməni Qızıl Ordaya qarşı yürüşlər həyata keçirdi. O dövrün tarixçilərindən olan İbn əl-Davadari onun 1313-cü ildə Toxta xana qarşı da hücuma keçdiyini bildirsə də, bu hadisə barədə digər qaynaqlarda məlumat yoxdur. Çobanın yaylaq əraziləri bilərəkdən həssas bölgələr olan Qəsr-e Tağ və Göyçə Dəniz (bəlkə də Göyçə gölü nəzərdə tutulur) məntəqələrində yerləşirdi.[2]

1299-cu ildə o, Qutluqşahın əmri altında Sulamışın üsyanını yatırmaq üçün göndərilmişdi. Bu yürüş zamanı Çoban əsas Elxani ordusunun gəlişini gözləmədən gecə hücumu etmiş və üsyançıları məğlub etmişdi. O, 1314-1515 və 1322-1323-cü illərdə də Anadoluya yürüşlər həyata keçirmişdir. 1922

Çoban Qazan xanın 3 dəfə Suriya yürüşlərinə də qatılmışdır. 1299-cu ildə o, Vadi Qazendar döyüşündə Qazan xanın da olduğu mərkəz cinahında döyüşürdü və döyüşün gedişatında önəmli rol oynamışdı.[17] Qazan xan Suriyadan geri gəldiyi zaman Qutluqşah ilə onu yerdə qalan bölgələri də ələ keçirmək üçün geridə buraxdı. O, 1300-cü ilin nəticəsiz Suriya kampaniyasında avanqarda rəhbərlik etdi və 1303-cü ilin fəlakətlə nətiicələnən üçüncü yürüşdə xüsusilə diqqətəlayiq rol oynadı. Qaynaqlardan bəlli olur ki, baş sərkərdə Çobanın tövsiyyəsinin ziddinə olaraq Dəməşqin təhlükəsizliyini təmin etmədən məmlüklərlə döyüşə girmişdir. Döyüşün gedişatında da bilindi ki, bu ağır nəticəsi olacaq bir səhv imiş. Həmçinin belə səbəblərə görə iki generalın arasında anlaşmazlıqlar var idi. Ordu məğlub olduqdan sonra məlubiyyətə görə Qutluqşaha 87 zərbə ilə cəzalandırıldı. Çoban isə ordu ilə qaldığı və ordusunun döyüşçülərinin əhval-ruhiyyəsinin düşməsinə, ordunun dağılmasına icazə vermədiyi üçün şərəflə qarşılandı. Lakin yenə də məğlubiy olduqları üçün ona simvolik olaraq 3 zərbə cəza verildi.[2]

Qaynaqlarda Əmir Çoban inanclı müsəlman kimi təsvir edilir. Həmçinin onun Olcaytunun şiəliyə keçməsinə qarşı çıxan sərkərdələrin də qarşısında durmuşdu. Mənbələrdə ədalətli və cəsur biri kimi adı çəkilən Çoban 1325-ci ildə Məkkəyə su kanalı çəkilməsinə də sponsorluq etmişdir. Dindar şəxs olan Çoban Təbriz şəhərində məscidlər tikdirməklə yanaşı, eyni zamanda da kilsələri dağıtdırmışdır. Lakin buna baxmayaraq, o, III Yabalaxanı da himayə etmişdir.[3]

Əmir Çoban Sulduz Sultan Satıbəy xatunla ailə qurmuşdu. Oğlanları

Qızları

  1. Bu barədə dəqiq fikir yoxdur. Bəzisi cariyəsi fikrini müdafiə edib, onun Sultaniyyədə Misir Xacə tərəfində tələyə salınıb tutulduğunu desə də, bəziləri onun Tağacarın qardaşının oğlu, Kitbuğanın isə nəvəsi Narin Tağayın təhrikləri nəticəsində öldürüldüyünü bildirirlər. Beləliklə, Dəməşq Çobanilərdən öldürülən ilk şəxs oldu, onun ardınca isə ailənin xeyli hissəsi də öldürüldü. Təbrizdəki Dəməşqiyyə məhəlləsi onun adını daşıyır, eyni zamanda bacısı Bağdad Xatun da onun adını yaşatmaq üçün bu məhəllədə məscid tikdirmişdir.[14][15][16]
  1. Yokkaichi, 2015. səh. 25–33
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Melville, 1992
  3. 1 2 Melville, 1996
  4. Little, 1970. səh. 118-23
  5. Brosset, 1848. səh. 604
  6. Dalkesen, 2007. səh. 183
  7. Lane, George. Daily life in the Mongol Empire. Greenwood Publishing Group. 2006. 251. ISBN 978-0-313-33226-5.
  8. Dalkesen, 2007. səh. 183-4
  9. Akbar Shāh K̲h̲ān Najībābādī. History of Islam (Vol 3). Darussalam. 2001. 319. ISBN 978-9-960-89293-1.
  10. Dalkesen, 2007. səh. 192
  11. Allsen, 2001. səh. 192
  12. Dalkesen, 2007. səh. 192-3
  13. Fisher, 1991. səh. 407–413
  14. "İran azərbaycanlıları: "Türkcə olan qədim adlar farslaşdırılır"" [Iranian Azerbaijanis: "Old Turkish names are Persianized"]. BBC News Azərbaycanca (az.). 2024-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-19.
  15. Melville, 1999
  16. Blair, 2008. səh. 13
  17. Brosset, 1848. səh. 631