Lombok

Lombok (ind. Lombok) — Malay arxipelaqına daxil olan, Kiçik Zond adalarına aid adadır. Ada İndoneziyaya məxsusdur. Cənubdan Hind okeanı, şimaldan isə Sakit okeana daxil olan Bali dənizi ilə əhatələnir. Lombok adasını[1] qərbdən Bali adasından Lombok boğazı, şərqdən isə Sumbavadan Alas boğazı ayırır.

Lombok adası
ind. Lombok
Ümumi məlumatlar
Sahəsi 5435 km²
Hündür nöqtəsi 3726 m
Əhalisi 3.000.000 nəfər
Yerləşməsi
8°33′54″ c. e. 116°21′05″ ş. u.HGYO
Ölkə  İndoneziya
Arxipelaq
Akvatoriya
Lombok adası xəritədə
Lombok adası
Lombok adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Rincani vulkanı

Adanın[2] [3] sahəsi təxmini olaraq 5435 km² təşkil edir. Ada ümumilikdə oval formaya malikdir. Onun şimaldan cənuba eni 80 km, şərqdən qərbə uzunluğu isə 70 km-dən bir qədər azdır. Ən hündür nöqtəsi 3726 metr yüksəkliyə malik olan Rincani vulkanıdır Şimal-qərb və şimal-şərq sahillərinə yaxın kiçik adalar vardır.

Lombokun relyefində kəskin yüksəliş müşahidə edilir. Şimal-şərqdə adanın ən hündür nöqtəsi olan Rincani vulkanıdır. Bu dağ hündürlüyünə İndoneziyanın ən hündür üçüncü zirvəsidir. Cənub hissəsi isə yayla düzənliklərdən ibarətdir.

Ada faydalı qazıntıları ilə zəngindir. Əsaən burada zəngin əlvan metal yataqları vardır. Üstəlik burada qurğuşun, qalay, dəmir, manqan, sink, gümüşqızıl çıxarılır.

Ada ekvatorial-mussondur. Bu demək olar ki, Malay arxipelaqı adalarına xas iqlimdir. Dağlara doğru daxldıqca isə iqlim şəraiti kəskin dəyişir. Yağışlar mövsümü oktyabrdan aprelə qədər davam edir. Yağıntının ən yüksək olduğu dövr isə dekabr-fevral ayları müşahidə edilir. Orta illik yağıntının miqdarı 1600 mm təşkil edir. Orta illik temperatur isə 26° S olur.

Adanın qərbində Lombok boğazında Volles xətti keçir. Bu xətt rəsmi olaraq AsiyaAvstraliya qitələrinin sərhəddidir. Bu keçidlik özünü flora və faunada göstərir.

Rincani vulkanın kraterində Seraqa Anak gölü yerləşir. 1997-ci ildə ərazidə park yaradılmışdır. Adanın yeganə endemik quş növü 2013-ci ildə aşkarlanan Otus jolandae quşudur.

Ada ərazisində ilk mərkəzləşdirilmiş dövlətin yaradılması ilk məlumat IX əsr aiddir. Bir qayda olaraq daha güçlü iqtisadiyata və ikişafa malik olan kyazlıqlar digər zəyifələri öz təsir dairəsinə salırdılar. Artıq XI əsrdən ada taməmən təsir dairəsində idi.

Adanın balilərdən tam azad olması Selaparanq dövlətinin sayəsində baş verir (XII-XVIII). Bu dövlət öz təsirini nəyinki, bütün lombok adasına hətta Sumbava adasının yarısına qədər yaya bilmişdi. 1357-ci ildə Selaparanq güçlü yava dövləti olan Macapaxitlərin hücumuna məruz qalır. Qısa müddətədə olsa ada vassal asıllığında olur.

1667-1668-cı illərdə lomboklularla holland işğalçıları arasında toqquşmalar baş verir. Hollandlar adanı tuta bilməsələrdə Sumbava adasını Selaparanq qoşunları əlində saxlaya bilmirlər. Zəyifləşmiş Selaparanqın vəziyyətindən istifadə edən bali knyazlığı Karanqasem 1672-ci ildə adaya çoxlu,sayda yürüşlər təşkil efirlər. Bunun nəticəsində Lombokun müstəqilliyinə 1740-ci ildə tamamən son qoyulur. XIX əsrfə sasaklar azad olma məqsədi ilə balilərə qarşı hollandlardan yardım istəyirlər. 1894-ci ildə ada tamamən hollandların əlinə keçir. Hollanlara qarşı baş qaldırılan üsyanlar bir nəticə vermir. Adaya böyük ziyan vurulur. Adada hollandlara qarşı qaldırılıan üsyanların birinə milliyəti rus olan Vasili Panteleymonoviç Malıqin olmuşdur[4].

1942-ci ildə bürün Niderland Ost-Hind şirkətinin əraziləri Yaponiyanın əlinə keçmişdir. 17 avqust 1945-ci ildə İndoneziyanın müstəqilliyi elan edilir. Ardından yaponlar danışıqsız təslim olduqdan sonra adanı tərk etməli olurlar. Hollandlar adada hakimiyyətlərini bərpa etsələrdə 1949-cı ildə İndoneziyanın ada üzərindəki hüquqlarını tanıyaraq adanı tərk etməli olurlar.

İnzibati bölgü

[redaktə | mənbəni redaktə et]

İnzibati cəhətdən ada Qərbi Kiçik Zond adaları [5] [6] (ind. Nusa Tenggara Barat) vilayətinə daxildir. Əsas inzibati mərkərzi Mataram şəhəridir. Adanın ərazisi dörd dairəyə bölünür.

Lombok adasında 3 milyondan çox insan yaşayır. İnsanların vilayətlərə görə bu cür səpələniblər:

  • Qərbi Lombok — 743 484 nəfər
  • Mərkəzi Lombok — 745 433 nəfər
  • Şərqi Lombok — 1 046 510 nəfər
  • Şimali Lombok — 204 556 nəfər
  • Mataran — 356 141 nəfər

Cənub və şərq hissələrdə insanlar əsasən platolarda cəmləşiblər. Dağlıq ərazilərdə isə əhali azdır.

Etnik tərkib, dil

[redaktə | mənbəni redaktə et]
Uşaqlar, ənənəvi sasak kəndi

Adanın 80 % əhalisi sasan xalqına mənsubdur. Yerdə qalan 10 % əhali Bali xalqıdır. Bundan əlavə adada az miqdarda çinlilər, yavalılar və İndoneziyanın digər xalqları yaşayır.

Adanın nisbətən yaşlı əhalisi sərnət olaraq İndoneziya dilində danışa bilirlər. Bununla belə əhali əhali sərbərt şəkildə öz dillərində danışa bilirlər.

Əhalinin 90 % qədəri İslam dinindədir. Əsasən sasaklar və yavalılar müsəlmandırlar. Balilər isə induaizmə etiqad edirlər. Ərazidə yaşıyan çinlilər Xristian dininin protestantkatolik qollarındadırlar.

İslam dininə etiqad edənlər arasında özlərini «islam vetu telu» adlandıran məhzəb nümayəndələri vardır ki, onlar dinin əsas sütunu sayılan namazlarını gün ərzində 5 vaxt deyil 3 dəfə qılırlar.

19902000 illərdə dini-etnik zəmində münaqişə baş vermişdir. Bu münaqişə nəticəsində balilər adanı tərk etmək məcburiyyətində qalırlar. Sonradan əldə olunan razılaşmadan sonra adada sakitlik yaranmış və adanı tərk etmik balilər geri qayıdırlar.

Adada 1000-ə qədər məçid vardır. Bir qismi isə inşa ərəfəsindədir.

Adanın 1990-cı illərdən əsas gəlir mənbəyi turizmdir. Xarici turistlər əsasən adanın təbiəti və tarixi abidələri müşahidə edirlər[7]. Ada dayvinq həvaskarlarını özünə cəlb edir.

Adada turizmin inkişafını əsas səbəblərindən biri onun İndoneziyanın ən iri turizm mərkəzi olan Bali adasına yaxınlığıdır. Bali adasına gələn turistlər oradan Lombok adasına gəlirlər.

Adada əhalinin bir hissəsi kənd təsərrüffatı məhsullarının istehsalı ilə məşğul olur. Aqrar sənaye əsasən sahil zolağı və düzənlik ərazilərində müşahidə edilir. Burada düyü, qarğıdalı, tərəvəz və kofe (XIX əsrdən) yetişdirilir. Üstəlik adada davar, at və toyuq kimi canlılar saxlanılır.

Sahil zolağındanda Balıqçılıq inkişaf etmişdir. Muncuq hasilatı munnçuq yetişdirmə fabrikləri hesabına təmin edilir. Daxili hissələrdə yetişdirilən bal bütün İndoneziyada məşhurdur.

Adada tekstil sahəsi yüksək inşkişafa malikdir. Metallurgiya sənayesi[8] hələ hollad işğalı dönəmindən məlumdur. 2006-cı ildən sənayenin bu sahəsi ekoloji problem səbəbindən fəaliyyətini dayandırmışdır. Son zamanlar adada zəngin qızıl yatağı aşkarlanmışdır. Buna baxmayaraq onun hasilatını həyata keçirmək məqsədi ilə qanunveriçiliyə dəyişiklik edilməsi zəruridir.

Adada yeganə aeroport 2011-ci ildə köhnə aeroportun yerində inşa edilən Lombok Beynəlxalq hava limanıdır[9]. Əsas limanları adanın qərbində yerləşən Lembar və şşərqində yerləşən Labuan-Lombok şəhərləridir.

Adada son zamanlar sürətli hərəkəti təmin etmək məqsədi ilə asfalt yollar çəkilir. Adanın infastrukturu yenilənir

  1. "Lombok" (ingilis). ABTA. İstifadə tarixi: 4 февраля 2010.[ölü keçid]
  2. "Bidang Agama" (indoneziya). Pemerintah Kabupaten Lombok. 2012-02-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 февраля 2010.
  3. "Geografi Kota Mataram" (indoneziya). Pemerintah Kotamadya Mataram. 2012-02-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 февраля 2010.
  4. Гневушева, Е. И. В. П. Малыгин — возмутитель спокойствия в Нидерландской Индии // Вопросы истории, М., 1959, N 12
  5. "NTB Bersaing" (indoneziya). Pemerintah Propinsi NTB. 2007-07-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 февраля 2010.
  6. "Panitia Pengadaan Barang Dan Jasa" (indoneziya). Pemerintah Kabupaten Lombok Barat. 2008-04-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 января 2010.
  7. "Lombokun cənub çimərlikləri". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-05.
  8. Abraham Lagaligo. "Lombok Akan Dibuka Lagi Untuk Tambang" (PDF) (indoneziya). TAMBANG - The Indonesian Mining Magazine. 2012-02-21 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 4 февраля 2010.
  9. "Selaparang International Airport" (indoneziya). SIA. 2007-10-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 февраля 2010.