Kiçik qəşəng böcək (lat. Calosoma(Acalosoma)inquisitor) — sərtqanadlılar dəstəsinə, karabidlər fəsiləsinə aid növ. Təhlükə həddinə yaxınlaşır, yaxın gələcəkdə təhlükəli vəziyyətə düşə bilər. Azsaylı növdür.[1]
Kiçik qəşəng böcək | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Kiçik qəşəng böcək |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Bədəni tünd bürüncü və ya yaşılımtıl qara, nadir hallarda göy, qanadüstlükləri çox zaman parlaq yaşılımtıl, kənarları qırmızı və ya yaşıl rəngdə olan böcəkdir. Uzunluğu 15–28 mm-dir. Ətrafları qara rəngli, uzun və nazikdir.[2]
İran, Mərkəzi Avropa, Qafqaz, Orta Asiya, Uzaq Şərq, Azərbaycanda Şabran və İsmayıllı meşələrində rast gəlinmişdir. 2004-cü ildə İ.A.Nuriyeva tərəfindən Şabran rayonunda 4 ədəd, 2006-cı ildə 3 ədəd, 2010-cu ildə 3 ədəd qeydə alınmışdır (4,5,6).
Enliyarpaqlı meşə ağaclarının gövdə və budaqları üzərində, torpaq üzərində yaşayırlar. Böcəklərə aprelin ikinci yarısında təsadüf edilir və onlar 2 – 4 ilə qədər yaşayır. Qışlama müxtəlif sığınacaqlarda meşə ağacları, kötük və s. içərisində başa çatır. Yumurta torpağa qoyulur, sürfə 2 -3 həftə ərzində inkişaf edir və puplaşma torpaqda baş verir. Böcək və onun sürfələri müxtəlif yarpaqgəmirən tırtılları fəal sürətdə tapır və yeyir. Bunlara tək və həlqəvi ipəksarıyanları, həmçinin qış qarışçısını aid etmək olar. Beləliklə, onlar meşəçilik təsərrüfatına xeyli fayda verirlər. Cücüyeyən quş və heyvanlardan xilas olmaq üçün göyəm, yemişan və s. tikanlı sıx kolların içərisində gizlənirlər.[3]
Yaşayış arealının antropogen təsirlər nəticəsində daralması. Meşələrdə zərərvericilərə qarşı kimyəvi mübarizənin plansız surətdə aparılması.
Litvanın və Belarusun Qırmızı kitabına daxil edilmişdir.
Meşələrin qırılmasının və insektisidlərin plansız istifadəsinin qarşısının alınması, yayıldığı ərazilərin qorunması.
4. Nuriyeva İ.A. Azərbaycanın karabid böcəklər (Coleoptera ,Carabidae) faunasına dair. AMEA Xəbərlər cild 63 №5-6 Bakı “Elm” 2008. s.81-86.
5.Nuriyeva İ.A. Azərbaycanın Böyük Qafqazın Cənub-Şərq və Lənkəran vilayətlərinin karabid böcəklərinin (Carabidae) ekoloji xüsusiyyətləri. Azərbaycan Zooloqlar cəmiyyətinin əsərləri. II cild Bakı “Elm” 2010. s.384-389.
6. Нуриева И.А. Данные о жужелицах различных районов Азербайджана. Научно-практический конференция I-ых международных Беккеровских чтений Волгоград -2010. с.473-476