Kivi (şəhər)

Givi,[2] Kivi və ya Küyüİrannın Ərdəbil ostanının Kövsər şəhristanında şəhər. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 6,467 nəfər və 1,721 ailədən ibarət idi[3]. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. 120 kəndi vardır və Ərdəbilin cənub hissəsində, şəhərdən 70 kilometrlik məsafədə yerləşmişdir.

Givi
37°37′00″ şm. e. 48°31′00″ ş. u.HGYO
Ölkə
Əhalisi
Əhalisi
  • 7.101 nəf. (2016)[1]
Xəritəni göstər/gizlə
Givi xəritədə
Givi
Givi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şimaldan Xalxal (Hirov) (Xalxal bölgəsinin mərkəzi), şərqdən Talış dağlarına, qərbdən Miyana bölgəsi, Qızılüzən çayı və Bacılar sıra dağları ilə əhatə olunur.

Şəhərdə 50 il əvvəl bələdiyyə yaradılmışdır. Şəhər iki hissədən ibarətdir: Yuxarı Küyü (ikinci məntəqə) və Aşağı Küyü (birinci məntəqə).

Küyünün islamdan öncə adı "Dörd Evlər" imiş. Tanınmış məhəllələri bunlardır:

Dəmirçi, Sitallı, Gəylər, Bazar.

Yuxarı məhəllə, Aşağı məhəllə, Xanlıq bağı, Kəvərə, Xanlıq, Hundur Arxı, Ərəneş.

Görməli yerlər

[redaktə | mənbəni redaktə et]
Küyünün mərkəzi hissəsi

Daş Hamamı: Bu hamamın suyu təbii isti-ilıx sudur və əvvəlki dövrlərdə böyük bir qayanın içində qazılmışdır.

İsti Su (Küyü Suyu - Xalxal Suyu): Bu Azərbaycanın ən adlım təbii mineral sularından sayılaraq, orqanizm üçün çox faydalı özəllikləri vardır və çox sayda turistləıri özünə cəlb edir.

Buzluq: Bu mağara Hirov - Kivi yolunun üstündə yerləşir və yayın istisındə belə onun içərisində soyuq olur.

Dəlikli Daş: Bu tarixi əsər, Küyünün yaxınlığından axan Arpaçayının kənarında olan bir qaya da tünel kimi dəlinmiş bir dəlikdir və içindən bir insan keçə bilir. Deyilənə görə oranı qədim zamanlarda bir qız yarıbdır.

  1. جمعیت به تفکیک تقسیمات کشوری (fars.).
  2. Givi Town[ölü keçid]
  3. ""Census of the Islamic Republic of Iran, 1385 (2006)"". 2011-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-05-24.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]