Klaudiya Rafaela Teixeira Paskual (port. Cláudia Rafaela Teixeira Pascoal; d. 12 oktyabr 1994, Qondomar, Portuqaliya) — Portuqaliya müğənnisi. O, "O jardim" mahnısı ilə Portuqaliyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Klaudiya Paskual | |
---|---|
port. Cláudia Pascoal | |
Ümumi məlumatlar | |
Doğum adı |
Klaudiya Rafaela Teixeira Paskual port. Cláudia Rafaela Teixeira Pascoal |
Doğum tarixi | |
Doğum yeri | Qondomar, Portuqaliya |
Vətəndaşlığı | Portuqaliya |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 2015–h.h. |
Janr | |
Musiqi alətləri | vokal, ukulele, gitara |
Vikianbarda əlaqəli mediafayllar |
Klaudiya Paskual 2010-cu ildə Portuqaliyada keçirilən Ídolos yarışmasında, 2013-cü ildə isə X Factor musiqi yarışmasında iştirak etmişdir. 2014-cü ildə Paskual SIC Radical telekanalında yayımlanan Curto Circuito tolk-şousunda aparıcılıq üçün keçirilən yarışmaya qatılmış və nəticədə üçüncü yerə layiq görülmüşdür. 2015-ci ildə o bir daha Ídolos yarışmasında iştirak etmişdir.
2017-ci ildə Paskual Portuqaliyanın The Voice səs yarışmasında iştirak etmiş və finaladək yüksələ bilmişdir.
2018-ci ildə Klaudiya Paskual "O jardim" mahnısı ilə Portuqaliyanın RTP telekanalının Avroviziya 2018 üçün təşkil etdiyi Festival da Canção müsabiqəsində iştirak edərək, qalib gəlmiş və Portuqaliyanın ev sahibliyi etdiyi müsabiqədə ölkəni təmsil etmək hüququ əldə etmişdir.[1][2] May ayında keçirilən Avroviziya finalında mübarizəyə qoşulan Klaudiya səkkizinci səhnə almışdır. Nəticədə isə cəmi 39 xalla sonuncu yerdə qərarlaşmışdır.
Əvvəlki: Salvador Sobral "Amar Pelos Dois" |
Portuqaliya Avroviziya Mahnı Müsabiqəsində 2018 |
Sonrakı: Konan Oziriş "Telemóveis" |