Zibbz — Korin Qfeller (alm. Corinne Gfeller) və Sti Qfeller (alm. Stee Gfeller), bir bacı və bir qardaşdan ibarət İsveçrəli duet. Onlar Sürixdən olsalar da, Los-Ancelesdə yaşayırlar. Zibbz "Stones" mahnısı ilə İsveçrəni 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər.
Zibbz | |
---|---|
Əsas məlumatlar | |
Üslub | indi pop |
Fəaliyyət illəri | 2011–h.h. |
Ölkə | İsveçrə |
Şəhər | Sürix |
Heyət |
Korin Qfeller Sti Qfeller |
Vikianbarda əlaqəli mediafayllar |
2018-ci ilin yanvar ayında İsveçrənin SRG SSR telekanalı İsveçrənin 2018 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda Zibbz duetinin də iştirak edəcəyini təsdiqləmişdir. Kanadalı bəstəkar Laurell Barkerin bəstələdiyi "Stones" mahnısı ilə seçim turunda çıxış edən Zibbz nəticədə qalib gəlmiş və İsveçrəni Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir.[1][2][3]
Müsabiqə üçün uzun sürən hazırlıqlardan sonra Zibbz 8 may tarixində baş tutan müsabiqənin birinci yarımfinal mərhələsində 17-ci səhnə almışdır. Nəticədə duet 86 xalla yarımfinalda 13-cü yeri tutaraq, final mərhələsinə yüksələ bilməmişdir.
Albom adı | İl |
---|---|
Ready? Go! | 2013 |
It Takes a Village | 2017 |
Mahnı adı | İl |
---|---|
"Www. Ahh!" | 2011 |
"One Shot" | 2012 |
"Wake Up!" | 2013 |
"Neonlights" | |
"Dynamite Blonde" | 2014 |
"Undone" | |
"Run" | 2017 |
"Stones" | 2018 |
Əvvəlki: Timebelle "Apollo" |
İsveçrə Avroviziya Mahnı Müsabiqəsində 2018 |
Sonrakı: Luka Henni "She Got Me" |