Nakayoshi (なかよし?, azərb. "Yaxşı dostlar") — Yaponiyada Kodansha tərəfindən nəşr olunan aylıq (月刊, gekkan?) şoco manqası jurnalı. İlk sayı 1954-cü ilin dekabrında çapdan çıxmışdır. "Nakayoshi" jurnalı (Ribon və Ciao kimi) 9–15 yaşlı qızlar üçün nəzərdə tutulub. Jurnalın ölçüsü telefon kitabçası boydadır, (buradan "telefon kitabçası manqası" termini yaranır), əsasən furoku (manqa jurnalı ilə birlikdə verilən hədiyyələr) ilə — oyunlar, kiçik çantalar, posterlər, etiketlər, taxta oyuncaqlar ilə verilir. Furoku qız uşaqlarını jurnalın nüsxələrini dostlarından götürmək əvəzinə mağazadan almağa həvəsləndirmək üçün nəzərdə tutulur. 1990-cı illərin ortalarında "Nakayoshi" jurnalının bir sayının qiyməti 400 yen idi və 448 səhifədən ibarət idi, hər ay 1.800.000 tirajla satılırdı.[4] 2007-ci ildə bu rəqəm cəmi 400.000 idi.[5]
Nakayoshi | |
---|---|
Növ | şoco manqası[1][2] |
Dövrilik | aylıq |
Format | A4 |
Tiraj |
101.000[2] (aprel–iyun 2016) |
Ümumi tiraj | 47.167[3] |
Təsis tarixi | dekabr 1954 |
Şirkət | Kodansha |
Ölkə | Yaponiya |
Qərargah | Tokio, Yaponiya |
Dil | yapon |
nakayosi.kodansha.co.jp | |
Vikianbarda əlaqəli mediafayllar |
1990-cı illərdə baş redaktor Yoşio İrie jurnalda "Seylor Mun" kimi fantastik manqalara yer verməyə başlamışdır.[6] "Nakayoshi" hər ayın 6-cı günündə nəşr olunur.
Tiraj:
İl | 2004[7] | 2005[7] | 2007[5] | 2009 |
---|---|---|---|---|
Tiraj | 457 083 | 457 500 | 400 000 | 306 667 |
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
Jurnalın İndoneziya dilində olan versiyası "Nakayoshi: Gress!" adlanır və Elex Media Komputindo tərəfindən İndoneziyada nəşr olunur.