Kokos adası

Kokos (isp. Isla del Coco) — Sakit okeanda yerləşən ən böyük kimsəsiz adalardan biri. Kosta-Rika dövlətinə məxsus olub Puntarenas əyalətinin tərkibinə daxildir[1]. Ada ölkənin qərb sahillərindən 600 km-lik məsafədə yerləşir. Kokos adasına ən yaxın arxipelaq cənub-qərbdə yerləşən Qalapaqos adalarıdır[2]. Əyər kənar adalar nəzərə alınarsa Şimali Amerikanın ən ucaq cənub nöqtəsi Kokos adası hesab olunmalı[3]. Kokos adasını əhatə edən okean sularında ekvatoryal əkscərayanı hakimdir. Bu bölgə akvalaqçıların sevimli məkanıdır. Ada sularında çəkic balıq, delfinskatlar üstünlük təşkil edir[4]. Bəzi əfsanələrə görə Kokos adasında böyük xəzinə gizlədilmiş[5]. 2006-cı ildə Kosta-Rikada keçirilən prezident seçkiləri zamanı Kokos adasında seçki məntəqəsi yaradılmış. Kokos pitəsinin adı üzərində yerləşən Kokos adasının adından götürülüb[6].

Kokos
isp. Isla del Coco
Kokos adası. Dənizdən görünüş
Kokos adası. Dənizdən görünüş
Ümumi məlumatlar
Sahəsi 23,85 km²
Uzunluğu 8 km
Eni 3 km
Hündür nöqtəsi 771 m
Əhalisi 0 nəfər (2012-ci il)
Yerləşməsi
6°31′08″ şm. e. 87°04′18″ q. u.HGYO
Ölkə  Kosta-Rika
Vilayət
Akvatoriya
Kokos xəritədə
Kokos
Kokos
Kokos xəritədə
Kokos
Kokos
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
YUNESKO-nun bayrağı YUNESKO-nun Ümumdünya irsi,
obyekt № 820
ing.rus.fr.

Cəngəlliklərlə örtülü adanın fauna və florası qorunma altındadır[7]. 1997-ci ildə YUNESKO Kokos adasını Ümumdünya irsi olan obyektlər sırasına daxil etmiş[8].

Coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]
Kokos adası

Kokos adası Kosta-Rika ərazisinə aiddir. Ada Puntarenas əyalətinə daxil olub xüsusi inzibati vahid təşkil edir — Puntarenasın 11-ci kantonu (13 kantondan biri)[9]. Sakit Okeanın sahilindən 360 mil (600 km) qərbdə yerləşir. Adanın ümumi sahəsi 23,85 km² (9,2 mil²) — dir. Ada düzbucaqlı formada olub eni 8 km, tərəfləri isə 3 km-dir[10].

Adanın əsası Kokos litosfer plitəsinin üzərində yerlışir. Arqon-natrium üsulu ilə müəyyən edilmişdir ki, adanın formalaşması 1,91–2,44 milyon il əvvəl, pliosenin sonu baş vermişdir. Ada əsasən vulkan mənşəli bazalt süxurlarından təşkil olunmuş. Ehtimal olunur ki, püskürülmüş lava okean səthində soyuyaraq kiçik ölçülü bərk səthə çevrilmiş. Ada dağlıq relyefə malikdir və ən yüksək zirvəsi Cerro İglesiasdır (771 m)[11].

Dağlar əsasən adanın sahil ərazilərində, düzənliklər isə mərkəzi hissəsində yerləşir. Düzənliklərin hündürlüyü 200–260 metr arasında dəyişir. Kokos adasının sahil xətti kəskin parçalanmış və iki böyük körfəz formalaşmış : şimal-şərqdə Çatem və şimal-qərbdə Ueyfer-Bey. İki böyük çayı HenioPittier Ueyfer körfəzinə tökülür. Adada 200 yaxın mənzərəli şəlalələr mövcuddur. Yağışlı mövsümdə onların sayı daha da çoxalır[12]. Torpaq örtüyü dağ süxurlarının parçalanması və aşınması nəticəsində formalaşmış və əsasən gil, qum və kiçik daş parçalarının qarşığından ibarətdir. Turş tərkiblidir və tropik yağışlarında asanlıqla yuyulur. Dağ yamaclarında eroziya yüksəkdir[11].

Çatem buxtası

Kokos adası ekvatoryal konvergensiya zonasında yerləşdiyindən il boyu buludlu və leysanlı havalar üstünlük təşkil edir.[13]. Yanvar-mart və sentyabr-oktyabr ayalarında yağıntılar nisbətən az düşür. Ümumən adada rütubətli, tropik iqli hakimdir. Orta illik temperatura 23,6 °C-dir və orta illik yağıntının miqadarı 7000 mm-dən çoxdur. Sakit okeanda mövcud olan bir çox isti cərəyanlar adanın iqliminə mühüm təsir göstərir[14].

Adanın bitki örtüyü yetərincə zəngin və ecazkardır. Buna səbəb adanın qoruq ərazisi olması və əraziyə Kosta-Rika hökumətinin xüsusi icazəsi olmadan daxil olması qadağandır. Çiçəkli bitkilərin mövcud 235 növündən 70-nə ancaq adada rast gəlinir. Adanın maraqlı flora nümayəndələrindən qatırquyruğuayıdöşəyikimlərin 74 növünü, şibyəmamırların isə 128 növünü misal göstərmək olar.[15][16] Kokos adasında 90 növ göbələk qeydə alınıb.[17] Adanın müasir florası hal-hazırda da araşdırılır. Adanın bitki örtüyü üç tipə ayrılır: sahil, daxili və dağlıq.

Birinci, sahil tipinə tropik meşələr daxildir. Bu meşələr dəniniz səviyyəsindən 50 metr yüksəkliyə qədər qalxır. Sahil meşələrinin bitki örtüyünə əsasən Eritrina (Erythrina fusca), Kokos palması (Cocos nucifera) və Alliqator alması (Annóna glábra) daxildir. Ərazinin ot örtüyünə ayıdöşəyikimilər, əməköməcikimilərpaxlakimilər aiddir[12].

İkinci tip bitki örtüyü sahil boyu 500 metr yüksəkliyə qədər qalxır. Bu tipin daxilində dəmir ağacı, avokado üstünlük təşkil edir. Bölgədə həmçinin epifitlər, keçilməz cəngəlliklər — səhləbkimilər, ayıdöşəyikimilər, bromeliyakimilər (ananas), palmakimilər və bir neçə mamır növləri üstünlük təşkil edir.

Üçünücü tipə dağ tropik meşələri daxildir. Meşələr əsasən mərsinkimilər fəsiləsinə aid ağaclardan ibarətdir[18].

Heyvanat aləmi

[redaktə | mənbəni redaktə et]
Freqat

Ada ərazisində 400 növdən çox həşarat yaşayır. Bunun 65 növü endemikdir (16 %). Kəpənəklərqarışqalar çoxsaylı və çoxnövlüdür. Kokos adasında hörümçəklər də yetərincə çoxnövlüdür. Ada üçün Wendilgarda galapagensis hörümçəyi endemik hesab olunur. Çoxayaqlıların bir çoxu zəhərlidir. Nadir halda zəhərli ilanlara rast gəlinir[19][20]

  1. "Provinces of Costa Rica" (ing). statoids.com. 2018-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-23.
  2. "Isla del Cocos National Park" (ing). costa-rica-guide.com. 2018-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-23.
  3. "Крайние островные точки Северной Америки" (rus). natworld.info. 2018-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-23.
  4. White, E.R., Myers, M.C., Mills Flemming, J. and Julia K. Baum. 2015. Shifting elasmobranch community assemblage at Cocos Island—an isolated marine protected area. Conservation Biology, 29: 1186–1197. doi:10.1111/cobi.12478
  5. "Национальные парки и вулканы" (rus). www.yukrest.ru. 2019-04-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-23.
  6. "Cocos Plate" (ing). www.revolvy.com. 2018-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-01.
  7. "Остров Кокос и круизное путешествие". 2008-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-05-29.
  8. Cocos Island National Park Arxivləşdirilib 2008-01-18 at the Wayback Machine (ing.) на сайте UNESCO World Heritage Centre
  9. "Остров Кокос. Национальный парк (на испанском языке)". 2007-09-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-07.
  10. Montoya, M. 2007. Conozca la Isla del Coco: una guía para su visitación. In Biocursos para amantes de la naturaleza: Conozca el parque nacional Isla del Coco, la isla del tesoro (26 abril al 6 de mayo 2007). (ed. Organization for Tropical Studies). Organization for Tropical Studies. San José, Costa Rica.
  11. 1 2 Castillo, P., Batiza, R., Vanko, D., Malavassi, E., Barquero, J., and Fernandez, E. 1988. Anomalously young volcanoes on old hot-spot traces. I. Geology and petrology of Cocos Island. Geological Society of America Bulletin 100
  12. 1 2 Malavassi, E. 1982. Visita al Parque Nacional Isla del Coco. Revista Geográfica de América Central (15–16)
  13. "Экваториальная конвергентная зона" (rus). nado.znate.ru. 2019-05-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-19.
  14. Sinergia 69. 2000. Volumen 2. Aspectos meteorológicos y climatológico del ACMIC y su área de influencia. San José, Proyecto GEF/PNUD Conocimiento y uso de la biodiversidad del ACMIC, 184 страницы.
  15. Gomez, L.D. 1975. The Ferns and Fern-Allies of Cocos Island, Costa Rica. American Fern Journal 65 (4): 102–104
  16. Dauphin G. 1999. Bryophytes of Cocos Island, Costa Rica: diversity, biogeography and ecology. Revista de Biología Tropical. 47:309–328
  17. Rojas, C. and Stephenson, S.L. 2008. Myxomycete ecology along an elevation gradient on Cocos Island, Costa Rica. Fungal Diversity 29: 119–129.
  18. Trusty, J.L., Kesler, H.C. and Haug-Delgado, G. 2006. Vascular flora of Isla del Coco, Costa Rica. Proceedings of the California Academy of Sciences (Fourth Series) 57(7): 247–355.
  19. Kirkendall, L. and Jordal, B. 2006. The bark and ambrosia beetles (Curculionidae, Scolytinae) of Cocos Island, Costa Rica and the role of mating systems in island zoogeography. Biological Journal of the Linnean Society 89(4): 729–743
  20. Сто великих кладов Arxivləşdirilib 2008-12-16 at the Wayback Machine. Москва. "Вече". 2007