Sciarrillo və ya Sciarra kimi də tanınan qədim Roma soyadı Kolónnoların (ital. Colonna, lat. Columnensis) nəsli olan Kolónnolar ailəsi və ya Kolónnolar Evi — Orta əsr Roma tarixində böyük rol oynamış, papa zadəganlığının bir hissəsini təşkil edən İtalyan zadəgan ailəsidir.
Nəslin əsasını qoyan 1037-ci ildə Almaniyadan gəlmiş hersoq Stefan hesab olunur. O, Palestrinanın sahibəsi qrafinya Emili ilə evlənmişdir. Onun nəslindən, Tuskulum (ital. Conti di Tuscolo, lat. Comites de Tusculana o de Tusculo) qrafları qanadına aid olan Pietro della Kolonna (1099 — 1151) öz "ləqəbini" (soyadını) rəvayətə görə yaxınlığında yaşadığı Trayan sütunundan almışdır. Burada o, Palestrina daxil böyük ərazilərə və möhtəşəm qəsrlərə malik idi. Başqa bir versiyaya görə isə ailənin soyadı öz mənşəyini Xll əsrdən yaşadığı Roma ətrafindakı Kolonna şəhərciyindən götürür. Kolonna ailəsi orta əsrlər və İntibah Romasında güclü olub, Papa (V Martin) və bir çox başqa kilsə və siyasi liderlərin sıralarında təmsil olunub. Ailə, 1511-ci ildə Papa bullası ilə dayandırılana qədər Romadakı təsir üstündə Orsini ailəsi ilə şiddətli mübarizə ilə diqqət çəkir. 1571-ci ildə hər iki ailənin başçısı Papa V Sikstusun qardaşı qızları ilə evlənirlər. Bundan sonra tarixçilər qeyd etdir ki, " Xristian dünyasının şahzadələri arasında onların adları qeyd olunmayan heç bir sülh bağlanmamışdır".[1]
Kolonna nəsli bu gün də mövcuddur. Onun ailə mülkü — Palatso Kolonna (ital. Palazzo Colonna), Romanın mərkəzində, Trevi dairəsinin Santi-Apostoli meydanında, yerləşən saraydır.
★ Covanni Kolonna (böyük) (vəfatı 1216) — katolik dini xadim, Santa-Priks kardinalı;
★ Covanni Kolonna (kiçik) (1212—1244) — Santa-Prassede kardinalı, Covanni Kolonnanın (böyük) qardaşı oğlu;
★ Aegidius a Columnis (1247—1316) — avqustin-alim, Gözəl Filipin tərbiyəçisi (onun üçün 1282-ci ildə "De regimine principum" kitabını yazmışdır), Akvinalı Fomanın fikirlərinin qatı tərəfdaşı, erudisiyasına görə "doctor fondatissimus" adlandırılmışdır, 1292-ci ildə öz ordeninin generalı rütbəsinə, 1296-cı ildə isə Burjun arxiyepiskopu rütbəsinə yüksəlmişdir.
★ Cakomo Kolonna (1250—1318) — katolik din xadimi, kardinal, öz qardaşları ilə birlikdə bütün torpaq, mülklərindən məhrum edilib, İtaliyadan qovulmuşdur;
★ Cakomo "Skyarra" Kolonna — Cakomo Kolonnanın qardaşı;
★ Covanni Kolonna (1295—1348) — Avinyonlu kardinal, Françesko Petrarka onun yanında kapellan kimi qulluq etmişdir;
★ Covanni Kolonna (1298—1343) — Tivolidən olan xronikaçı və tarixçi, F.Petrarkanın dostu;
★ Stefano Kolonna (vəfatı 1379) — Skyarra və Cakomonun qardaşı, Petrarkanın dostu;
★ Prospero Kolonna (1452—1523) — 1521-ci ildə imperator və papa qoşunlarına rəhbərlik edərək fransızları Milandan qovmuş, 1522-ci ildə marşal Lotreki Bikokka ətrafında darmadağın etmiş, Genuyanı almış, Milanı Bonivedən qorumuşdur;
★ Fabrisio Kolonna (vəfatı 1520) — məhşur italyan kondotyeri, Prospero Kolonna ilə birgə müharibədə vuruşmuşdur;
★ Vittoria Kolonna — onun qızı, Mikelancelonun dostu;
★ Pompeo Kolonna — кatolik kardinal, və 1530-cu ildən Neapol vitse-kralı, 1532-ci ildə vəfat etmişdir;
★ Мarkantonio Kolonna — Lepanto döyüşündə papa qoşunlarına rəhbərlik edib, məşhurlaşıb, 1584-cü ildə Siciliya vitse-kralı kimi vəfat edib.
, , , , , ,