Qara nəciblər və ya qara kübarlar (it. nobiltà nera, aristocrazìa nera) — Roma Papası IX Piy ilə qohumluq əlaqəsi olan italyan aristokrat ailələri. İtaliya krallığının qoşunları 20 sentyabr 1870-cil tarixində Romaya daxil olduqdan sonra Roma Papasını dünyəvi hakimiyyətdən məhrum etmiş, Papa vilayətini ləğv etmiş və Papa sarayını tutmuşdular. Sonrakı 59 ildə Roma Papası ancaq Vatikan ilə məhdudlaşmış və o, İtalya hökumətinin hakimiyyətinin möhkəmlənməməsi üçün özünün Vatikan məhbusu olduğunu iddia etmişdir. Əvvəllər Müqəddəs Taxtdan, papa sarayının yüksək rütbəli üzvləri (gizli kamerqerlər) də daxil titullar almış aristokratlar Papanın "həbsinə" yas tutaraq öz qapılarını bağlı saxlamaqda davam etdikləri üçün onları "Qara nəciblər" adlandırdılar.
1929-cu ildə Lateran razılığına görə "qara nəciblərə" İtaliya və Vatikanda ikili vətəndaşlıq verildi. Bu razılıq "qara nəciblərin" nümayəndələrinə, əvvəllər ancaq keçmiş Papa vilayətindən olan zadəganlar üçün açıq olan Zadəgan qvardiyasına daxil olmağa icazə verdi. 1931-ci ildə Papa XI Piy XII Alfonsun bütün katolik ölkələrdən olan zadəganların Zadəgan qvardiyasına qəbuluna icazə verilməsi haqda müraciətini rədd etmişdir.
"Qara nəciblərin" ən məşhur nümayəndələrindən biri, sonradan Roma Papası XII Piy olmuş Eucenio Paçellidir.
Con Koleman (Jhon Coleman)[1] və Yan van Helsinq (Jan van Helsing)[2] tərəfindən nəzəri olaraq daxil edilmiş "Venesiya Qara nəcibləri" termini təmamilə ayrı bir mənada — Venesiya tacir sinfi kimi — işlənir. Bu tacir sinfi Venesiya Respublikasında öz hakimiyyətini, 1063-cü ildən 1123-cü ilədək olan üç Səlib yürüşlərindən birincisi zamanı təsdiqləyərək, 1171–1172-ci illərdə dojları təyin etməyin mütləq hüququnu özündə saxlayan Maggior Consiglio'nu təsis etməklə zadəgan oliqarxiyasına çevirmişdir. Venesiyadan başqa, XII əsrdən kommersiya hüquqlarında imtiyazlara malik Genuya Qara nəcibləri də olub.