Konstantin Adamov

Konstantin Haykoviç Adamov (15 avqust 1923, Bakı11 may 1990, Moskva) — erməni-sovet aktyoru, Azərbaycan SSR xalq artisti (1972), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972).[1]

Konstantin Adamov
Doğum tarixi 15 avqust 1923(1923-08-15)
Doğum yeri
Vəfat tarixi 11 may 1990(1990-05-11) (66 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Nikolo-Arxangel qəbiristanlığı[d]
Vətəndaşlığı
Fəaliyyəti aktyor
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1972 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1964 Azərbaycan SSR Dövlət mükafatı — 1972
"Əməkdə fərqlənməyə görə" medalı — 1959
IMDb ID2957503

15 avqust 1923-cü ildə Bakıda anadan olmuşdur.[1]

1946-cı ildə Moskva Şəhər Teatr Məktəbini bitirmişdir. 1947-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olmuşdur.

K.Adamovun yaradıcılığına təbiilik, səmimiyyət, obrazı dərindən duymaq və s. xasdır.

Teatrda əsas rolları

[redaktə | mənbəni redaktə et]
  • Voynitski ("Vanya Dayı", Anton Çexov)
  • Luzgin ("Qəlp Pul", Maksim Qorki)
  • Tarelkin ("Tarelkinin Ölümü", A. Suxovo-Kobılin)
  • Puşkin ("Komandorun Addımları", V. Korostılyov)
  • Sirano ("Sirano de Berjerak", E. Rostan)
  • Sarafanov ("Şəhər Ətrafında Görüş", A. Vampilov)
  • Təlxək ("Vaqif" Səməd Vurğun)
  • Vahid ("Kəndçi Qızı", Mirzə İbrahimov)
  • Yanar ("Sən Yanmasan", Nəbi Xəzri)
  • Rauf ("Dairəni Genişləndirin", İmran Qasımov)