Korduena

Korduena krallığının xəritəsi. Təx. e.ə. 60-cı il.

Korduena və ya Qorduena (kürd. Kardox; türk. Karduya; erm. Կորճայք, translit. Korçayk; yun. Κορδυηνή translit. Kordyini; ivr.קרטיגיני‏‎ translit. Kartigini)[1]Orta Şərqdə, Yuxarı Mesopatamiyada, Türkiyə ilə Suriya sərhədləri arasında qədim tarixi region.

1911-ci il Britannika Ensiklopediyasına görə, Korduena Bohtan regionunun (indiki Şırnak ili) qədim adıdır.[2] Region süryani mənbələrində Bet Kardu adlanır və Ermənistan ilə İran arasında, Van gölünün cənubundakı dağlıq ərazidə yerləşən kiçik bir vassal dövləti olduğu qeyd edilir. Korduena krallığının Dəclə çayının qərb sahillərində də torpaqları var idi.

Krallığın yerli əhalisi karduxi olmuşdur.[2][3] Korduena krallığının əsası Selevkilər imperiyasının süqutundan sonra qoyulmuşdur.[4] Korduena krallığı e.ə. 66-cı ildə Roma Respublikasının vassalına çevrildi[5] və romalılar ilə b.e. 384-cü ilinə müttəfiq qaldı.[6] Karduçilər hürri göy tanrısı olan Teşuba sitayiş edirdilər.[7]

Arşak Safrastyana görə, əntiq yunan ədəbiyyatında adları çəkilən midiyalılarsaklar qərəzli şəkildə təsvir edilmişdir. Safrastyan karduxiləri kutilər ilə bərabərləşdirir.[8]

Kürdlər ilə əlaqəsi

[redaktə | mənbəni redaktə et]

Corc Roulinson kimi XIX əsr alimləri Korduena krallığını müasir kürdlər ilə əlaqələndirir, onun qədim Kürdüstan olduğunu irəli sürürdülər.[9][10] Bu nöqteyi-nəzər Korduenanı protokürd[11] və ya müasir Kürdüstanın qədim adı[12] kimi görən yeni akademik mənbələr tərəfindən dəstəklənmişdir. Əlavə olaraq, Kolumbiya Ensiklopediyasında bu iddianın həqiqətə uyğun olduğu qəbul edilmişdir.[13]

T. A. Sinkler bu təyinetmənin həqiqətə uyğun olmadığını bildirmişdir.[14]

Bu adın tarix boyu çoxlu formaları olub. Buna əsas səbəb x səsinin latın dilində təmsil edilməsinin çətin olmasıdır. Karduçoy sözü özü yəqin ki, erməni dilindən alınıb, çünki -çoy şəkilçisi erməni dilindəki -x cəm şəkilçisi ilə bağlantılıdır.[15]

İnanılır ki, karduxilər hansısa bir qədim İran dilində danışırdılar.[16][17]

  1. Efraim Elimelech Urbach, I. Abrahams, The Sages, 1089 pp., Magnes Press, 1979, ISBN 965-223-319-6, p.552
  2. 1 2 Wikisource Kisholm, Hyu, redaktorPersia // Britannika Ensiklopediyası. 21 (XI). Cambridge University Press. 1911. 211–216.
  3. "Dictionary of Greek and Roman Geography (1854), CA´BALEIS, CARAMBIS, CARDU´CHI". www.perseus.tufts.edu. 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-03.
  4. Kurds // The Columbia Encyclopedia (ingilis) (Sixth Edition). Columbia University Press. 2001–07. 2006-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-07.
  5. Mommsen, Teodor. History of Rome – The Establishment of the Military Monarchy (ingilis). Modern Library. səh. 24. ISBN 0394604024. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-07.
  6. Gibbon, Edvard. The History of the Decline and Fall of The Roman Empire (ingilis). Archived from the original on 2000-01-22. İstifadə tarixi: 2019-08-07.
  7. A. Toffteen, Olaf. Notes on Assyrian and Babylonian Geography // The American Journal of Semitic Languages and Literatures (ingilis). The University of Chicago Press. 1907. səh. 323–357. 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-07.
  8. Safrastyan, Arşak. Kurds and Kurdistan (ingilis). London: The Harvill Press. 1948,. səh. 29. ISBN 1127520245. 2013-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-07.
  9. Raulinson, Corc. The Seven Great Monarchies Of The Ancient Eastern World (ingilis). Vol 7, The History, Georaphy, and Antiquities of Chaldaea, Assyria, Babylon, Media, Persian, Parthia, and Sassanian, or New Persian Empire. University of Oxford Press. 1871. 2009-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-07.
  10. Qriss, İ. G. T. Gordyene // Orbis latinus; oder, Verzeichnis der wichtigsten lateinischen orts- und ländernamen (alman) (2nd). Berlin: Schmidt. 1909 [1861]. OCLC 1301238 http://www.columbia.edu/acis/ets/Graesse/orblatg.html#Gordyene (#bare_url_missing_title). 2017-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-07 – Columbia University vasitəsilə.
  11. Hyusen, R. H. Introduction to Armenian Historical Geography IV: The Vitaxates of Arsacid Armenia. A Reexamination of the Territorial Aspects of the Institution (Part One) // Revue des études arméniennes (fransız). vol. 21. Société des études armeniennes, Fundação Calouste Gulbenkian. 1988–1989. səh. 281. doi:10.2143/REA.21.0.2017201. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-07.
  12. Di, A. D. The Role of Hostages in Roman Diplomacy with Sasanian Persia (ingilis). 40, . Historia: Zeitschrift für Alte Geschichte. 1991. səh. 366–374.
  13. Kurds // The Columbia Encyclopedia (ingilis) (Sixth Edition). 2001. 2016-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-07.
  14. Sinkler, T. A. Eastern Turkey, an Architectural and Archaeological Survey (ingilis). volume 3. Pindar Press. 1987. səh. 360. 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-07.
  15. Houtsma, M. T. E.J. Brill's first encyclopaedia of Islam, 1913-1936 (ingilis). BRILL. səh. 1133. ISBN 90-04-08265-4. 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-07.
  16. L. Harvi, Skott; Slokam, Conatan. "Old Iranian Online" (ingilis). December 20, 2018 tarixində arxivləşdirilib.
  17. Çahin, M. Before the Greeks (ingilis). 1996. səh. 109. ISBN 0-7188-2950-6. 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-07.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]