Cənubi Koreya bayrağı

Cənubi Koreya bayrağıKoreya Respublikasının Dövlət bayrağı

Cənubi Koreya bayrağı
Təfərrüatlar
Proporsiya 2:3
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cənubi Koreyanın bayrağındakı ağ rəng Koreya xalqının milli rəngi hesab edilir. Bayrağın mərkəzində yerləşən emblem bütöv qəbul edilən kainata olan baxışları əks etdirir (daosizm). Bu emblemdə 2 əks enerji, "in" və "yan" bir-biri ilə həm birləşir, həm də qarşılıqlı əlaqə yaradır. "İn-yan" Böyük Başlanğıcın sintezi olub, Koreya dilində "theqık" adlanır. Buna görə də Koreya bayrağı "theqıkki" adlandırılır. Bayrağın künclərində triqrammalar yerləşir. Triqrammalar da, öz növbəsində, "in" (qırıq-qırıq zolaqlar) və "yan"dan (bütöv zolaqlar) təşkil olunub. Triqrammalar yuxarı sol küncdən saat əqrəbi istiqamətində aşağıdakı mənaları daşıyır: səma, cənub və yay; ay, qərb, payız və su; torpaq, şimal, qış; günəş, şərq, bahar, od. Qara rəng sayıqlığın, möhkəmliyin, ədalətin və bəkarətin rəmzidir. Ölçüsü 2:3 nisbətindədir.