Koroğlu Qasımov

Koroğlu Becan oğlu Qasımov (1 yanvar 1969, Nərimanlı, Basarkeçər rayonu9 dekabr 2021, Bakı) — azərbaycanlı sahibkar, polis Polkovnik-leytenantı, Gəncə şəhəri polis şöbəsinin rəisi.

Koroğlu Qasımov
Koroğlu Becan oğlu Qasımov
Şəxsi məlumatlar
Doğum tarixi 1 yanvar 1969(1969-01-01)
Doğum yeri
Vəfat tarixi 9 dekabr 2021(2021-12-09) (52 yaşında)
Vəfat yeri
Vəfat səbəbi böyrək çatışmazlığı[d]
Dəfn yeri
Vətəndaşlığı
Uşaqları Qasımov Rövşən, Qasımov Becan
Atası Qasımov Becan
Anası Qasımova Sevil
Təhsili
Hərbi fəaliyyəti
Qoşun növü Hava hücumundan müdafiə
Xidmət illəri 1991-2007
Rütbə polkovnik-leytenant
Döyüşlər Qarabağ müharibəsi
İstefada 2007-2021
Təltifləri "Əla xidmətlərinə görə" (2004)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Koroğlu Qasımov 1 yanvar 1969-cu ildə Ermənistan SSR Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub.[1]

2007-cı ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olur, tanınmış iş adamıdır.Becanoğlu MMC-nin təsiscisidir.

Təhsili[redaktə | mənbəni redaktə et]

1975-ci ildə Nərimanlı kənd orta məktəbinə daxil olmuş, 1985-ci ildə həmin orta məktəbi bitirmişdir.[1]

1985-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olmuş və 1993-cü ildə institutu bitirmişdir.

1998-2002-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis AkademiyasındaAzərbaycan Kənd Təsərrüfatı Akademiyasında təhsil almışdır.[2]

Xidməti[redaktə | mənbəni redaktə et]

Koroğlu Qasımov 1986-1988-ci illərdə Moskva şəhərində “Hava hücumundan müdafiə” (PVO) hissəsində hərbi xidmət keçmişdir.[1]

1 oktyabr 1991-ci ildə Xanlar (indiki Göygöl) Rayon Polis Şöbəsində çavuş rütbəsi ilə işə başlamış, 1993-cü ildə leytenant rütbəsi almışdır.

1994-1996-cı illərdə Şəmkir Rayon Polis Şöbəsində rəis köməkçisi və qərargah rəisi vəzifələrində çalışmışdır. 1996-cı ildən Gəncə Şəhər Kəpəz Rayon Polis Şöbəsində baş əməliyyat müvəkkili,2000-ci ildən Gəncə Şəhər Nizami Rayon Polis Şöbəsində cinayət axtarışı şöbəsinin rəisi vəzifələrində işləmişdir.

1991-1993-cü illərdə Qarabağ müharibəsinin iştirakçısı olmuşdur, 6 mart 1998-ci ildən Qarabağ müharibəsi veterandıdır (vəsiqə: 009591). Ehtiyatda olan polis Polkovnik leytenantıdır.

Mükafat və təltifləri[redaktə | mənbəni redaktə et]

Azərbaycan Daxili İşlər naziri general-polkovnik Ramil Usubovun 30 avqust 2004-cü il tarixli, 1845 ş/h saylı əmri ilə “Əla xidmətlərinə görə” döş nişanı ilə təltif edilmişdir.[3]

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəlidir: İki oğlu, bir qızı var. Böyük oğlu Rövşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər DYPi-nin əməkdaşı və Polis Akademiyasının tələbəsidir. İkinci oğlu Becan BDU-nin Hüquq fakultəsinin tələbəsidir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 Karabakhmedia. "Göyçənin Koroğlusu". karabakhmedia.az (az.). karabakhmedia.az. 2016-10-10. 2016-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-11.
  2. Niftalı Göyçəli. "Becan Qasımov - Göyçə xatirələri" (Bioqrafik povest). Bakı: "Elm və təhsil", 2018. səh.180-181. ISBN 978-9952-8176-6-9
  3. Azərbaycan Daxili İşlər naziri general-polkovnik Ramil Usubovun 30 avqust 2004-cü il tarixli, 1845 ş/h saylı əmri