Kratos (God of War)

Kratos (yun. Κράτος — "güc, hakimiyyət") və ya Spartanın Ruhu (ing. Ghost of Sparta) — Sony Computer Entertainment-a aid olan Santa Monica tərəfindən yaradılan God of War videooyunu seriyasının baş qəhrəmanı. Kratos yunan mifologiyasına əsaslanır. Kratos ilk dəfə 2005-ci ildə satışa buraxılan God of War videooyununda görünmüşdür. Videooyununun müvəffəqiyyəti, baş qəhrəmanı ehtiva edən altı yeni oyunun inkişafına gətirib çıxardı. Personaj ilk olaraq Terrens Konnor Karson tərəfindən səsləndirildi[4], personajın son təsviri God of War Ascension-da (2013) olmuşdur. Xristofer Cuc Terrens Konnor Karsonun yerini gələcəkdə satışa buraxılacaq olan yeni God of War oyununda dəyişdirdi. Antoni Del Riyo, personajı Ghost of Sparta (2010) oyunuda səsləndirdi.[5]

Kratos
God of War personajı
İlk göründüyü oyun God of War
Yaradan Deyvid Jaffe
Dizayner Çarli Ven
Səsləndirən(lər)

Terrens Konnor Karson (yetkin, 2005-2013) Xristofer Cuc (yetkin, 2016-h.h)[1]

Antoni Del Rio (uşaq, 2010)
Hərəkət tutan

Brendon Molel (2005) İosif Qatt (2007-2012)[2]

Terrens Konnor Karson (2013)[3]
Uydurma profil
NövüYarı-tanrı
AffiliasiyaSparta
MövqeKapitan, Sparta əsgəri (Spartanın Ruhu metamorfozundan əvvəl), Yunan Müharibə Tanrısı (Aresdən sonra)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

God of War oyun seriyası, PlayStation brendi üçün flaqman tituldur. Kratos oyunun ən populyar personajıdır. Personaj tənqidçilər tərəfindən yaxşı qəbul edilmiş və videooyun simvolu olmuşdur. Personajın müvəffəqiyyəti, Kratosun digər məhsullarla əlaqələndirilməsinə gətirib çıxarmışdır. Personajın God of War oyunlarından başqa, digər PlayStation oyunlarında kameyası olmuşdur.

Konsepti və dizaynı

[redaktə | mənbəni redaktə et]

God of War-ın yaradıcısı və oyun rejissoru Deyvid Yaffe qəddar görünən, lakin tipik ənənəvi yunan qəhrəmanına bənzəməyən bir personaj yaratmağa çalışırdı.[6] Yaffe Kratosun fərdiyyətçi olmasını istədiyi üçün, personaj ənənəvi zireh geyinmirdi.[7] Tamamilə maskalı bir personajdan istifadə edilməsi fikri təsdiqlənsə də, konsepsiya tərk edilmişdi, çünki dizayn ruhsuz görünürdü və müəyyən şəxsiyyətə malik deyildi.[8] Bəzi modellərdə personajın belində bir uşaq daşıması kimi, qeyri-ənənəvi elementlər var idi,[9] bəzi modellərdə isə saçları və digər "axan şeylər" kimi həddindən artıq detallara malik idi.[9]

Kratosun istifadə edilməmiş versiyalarını təsvir edən erkən konsepsiya sənəti (Bu versiyalar sonradan bonus kostyumlar kimi God of War III-də istifadə edilmişdir).

God of WarGod of War II-nin vizual inkişaf rejissoru Çarli Ven Kratosun dizaynının məsuludur. Çarli Ven, Kratosun dizaynı üçün getdiyi istiqamətində onun pop mədəniyyətindən olduğu kimi eyni mövzulu filmlərdən də çox təsirləndiyini demişdir. Çarli Ven, Kratosu yaradarkən restoranda salfetlər üzərində Kratosun eskizlərini çəkərək bir sıra təsvirinə gətirib çıxarmışdır.[10] Axırda Çarli Ven Kratosun tanınmış dizaynını yaratmışdır. Cüt zəncirlənmiş qılınclar Kratosun imza silahı olaraq seçilməsinin səbəbi isə, silahın personajın heyvani təbiətini daha da gücləndirməsi, həmçinin döyüşün sürətli qalmasına imkan verməsi idi.[11] Yaffe, personajın son versiyasını belə izah etmişdir: "[Kratos,] geyim baxımından Qədim Yunanıstanda özünü evdə tamamilə hiss edə bilməz. Mənə elə gəlir ki, o, oyunçuları oynaya biləcək bir personaj, kimki həqiqətən sadəcə, oyunçuya ağlını itirməyə və başlarındakı iyrənc fantaziyaları reallaşdırmaq üçün imkan verir, vermək olan daha böyük bir məqsədə çatır."[12]

Kratosun ən gözədəyən xüsusiyyəti onun kül-ağ dərisidir.[13] Personajın digər fərqləndirici xüsusiyyətlərinə sağ gözünün üstündə bir yaranın olması və sol gözündən başlayıb, bədəninin sol hissəsini dairələyib sol çiynində bitən böyük, qırmızı bir tatuirovkanın olmasıdır. Kratosun tatuirovkası ilk növbədə mavi rəngdə idi, lakin istehsalın mərhələlərində qırmıza rəngə çevrildi.[14] Axırda, Kratosun sağ gözündəki yaranın uşaqlıqda Olimp Tanrısı olan Ares ilə olan toqquşmanın nəticəsində meydana gəlindiyi öyrənildi. Tatuirovka isə, oxşar doğum izlərinə sahib olan, ölü qardaşı Deymosa bir hörmət əlamətidir.[15] Seriyanın gedişatı zamanı baş verən digər dəyişikliklərə Kratos Müharibə Tanrısı olduğu zaman ilahi zirehinin müvəqqəti əlavə edilməsi, Kratosun qarnında yara izi, Qızıl Post adlı bir epolet (God of War II-nin bütün hissəsi) kimi qabiliyyət artırıcı zirehlərHermesin Çəkmələri aiddir. Erkən God of War ssenarisinə görə, personajın boyu 6 fut 6 düym (1.98 m)-dir.[16]

Kratosun görünüşü bonus oyunda dəyişdirilə bilər. Oyunun müəyyən çətinlik səviyyələrində və çağırış rejimində tamamlanması bonus kostyumların kilidini açır. Bir neçə kostyum PlayStation Store (azərb. PlayStation Mağazası‎)-da əvvəlcədən sifarişlər və digər məhsullar (Məsələn, personajın ilk eskizlərini ehtiva edən God of War III) üçün eksklüzivdir.[17] Bir çox bonus kostyumları hekayə mövzusu ilə uyğun olsa da, "Afina" və "Müharibə Kartofu" qadın geyimləri kimi digər kostyumlar yumoristik və qəribədir. Oyun seriyasında istifadə edilə bilən cəmi 26 kostyum mövcuddur.[18]

  1. Shuman, Sid; Barlog, Cory; Judge, Christopher. God of War - E3 2016 LiveCast (YouTube) (English). 0:20: PlayStation.Blog, Sony Interactive Entertainment. June 14, 2016. April 13, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 15, 2016. Sid Shuman: Christopher Judge, who are you? Christopher Judge: I am fortunate enough to be playing Kratos.
  2. "Joseph Gatt Filmography". IMBD Pro. 2016-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-29.
  3. God of War: Ascension: Unchained – Kratos Comes to Life. SIE Santa Monica Studio. 2013.
  4. "Carson on Twitter". Twitter. 21 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 June 2017.
  5. Ready at Dawn. God of War: Ghost of Sparta. Sony Computer Entertainment. Səhnə: Başlıq titrləri.
  6. Prima Games, ed., (2005). səh. 203
  7. Prima Games, ed., (2005). səh. 208
  8. Prima Games, ed., (2005). səh. 199
  9. 1 2 Prima Games, ed., (2005). səh. 200
  10. Leyuis, Ed. "God of War Interview". IGN. Ziff Davis Media. 10 iyun, 2004. 2012-11-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 iyun, 2012. (#invalid_param_val)
  11. Prima Games, ed., (2005). səh. 206
  12. Heroic Possibilities (documentary). Sony Computer Entertainment. 2005.
  13. SIE Santa Monica Studio. God of War. PlayStation 2. Sony Computer Entertainment. Oracle: From this night forward, the mark of your terrible dead with be visible to all! The ashes of your wife and child will remain fastened to your skin, never to be removed! Narrator: And with that curse, all would know him for the beast he had become, his skin white with the ash of his dead family. The ghost of Sparta had been born.
  14. SIE Santa Monica Studio. God of War. PlayStation 2. Sony Computer Entertainment. Səhnə: Character Graveyard.
  15. Ready at Dawn. God of War: Ghost of Sparta. PlayStation Portable. Sony Computer Entertainment.
  16. Miller, Matt. "Anatomy Of A Character: Kratos". Game Informer. GameStop. March 17, 2010. December 7, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 22, 2010.
  17. Chen, Grace. "Coming to PlayStation Plus: Discounts on Dead Nation and PSone Classics". PlayStation.Blog. Sony Computer Entertainment America. November 17, 2010. 7 dekabr, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 may, 2012.
  18. Chan, Ken. "New God of War: Ghost of Sparta Skins Exposed, Deimos for God of War III Unveiled". PlayStation.Blog. Sony Computer Entertainment America. 28 oktyabr, 2010. 7 dekabr, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr, 2010.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]